Azərbaycana gələn miqrantların sayı artıb
09.04.2011 [13:00]
Son vaxtlar Azərbaycanın böyük sürətlə inkişafı və əlverişli investisiya mühitinin yaradılması ölkəmizə beynəlxalq marağı xeyli artırıb. Buna görə də, Azərbaycana gələn miqrantların sayında böyük artım müşahidə edilməkdədir. Bu fikirləri dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov söyləyib. Onun sözlərinə görə, hazırda hər gün ölkəmizə 4-5 min nəfər əcnəbi daxil olur ki, onlar arasında Rusiya və Gürcüstan vətəndaşları çoxluq təşkil edir. 3-cü yerdə Türkiyə, 4-cü yerdə isə İran vətəndaşları dayanır. Azərbaycana gələn miqrantların 80 faizi məhz bu 4 dövlətin payına düşür.
Xidmət rəisi əcnəbi miqrantların Azərbaycana yalnız qanunsuz əmək fəaliyyəti və texniki işlərlə məşğul olmaq üçün gəldikləri barədə deyilənləri də təkzib edərək vurğulayıb ki, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər ümumi sayın maksimum 25 faizini təşkil edir: "Digər əcnəbilər isə ya azərbaycanlılarla ailə qurmaq, ya turist kimi, ya da təhsil almaq və qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəyə gəlirlər. Biz bu sahədə mütəmadi işlər aparırıq. Hətta həmin əcnəbini ölkəyə işləməyə dəvət edən şirkət rəhbərləri ilə söhbət aparırıq ki, görək, onun fəaliyyətinə həqiqətənmi ehtiyac var. Eyni zamanda, burada işləmək üçün gələn əcnəbilərdən peşə təhsilinin olması tələb edilir".
Xidmət rəisinin sözlərinə görə, əgər 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində ölkə vətəndaşları xaricə gedirdilərsə, indi əksinə, həmin insanların geri qayıtma prosesi müşahidə olunur.
Jurnalistlərin sualını cavablandıran A.Rəhimov bildirib ki, Xaçmaz rayonunda kompakt halda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edilib: "Azərbaycanda yaşayan hər bir əcnəbi kimi, Xaçmazın Xraxoba kəndində yaşayan Rusiya vətəndaşları da müvafiq icazə almalıdırlar. Biz başa düşürük ki, sözügedən kəndlərdə mövcud olan məsələ tarixi bir məsələdir. Həmin kənddə yaşayan insanlar bu bölgəyə bağlı adamlardır. Biz Rusiya tərəfi ilə bu məsələnin həllinə çalışırıq. Həmin kənddə yaşayan Rusiya vətəndaşlarının kütləvi şəkildə Rusiyaya köçürülməsi nəzərdə tutulurdu. Lakin onlar öz istəyi ilə yaşayış yeri seçməyə və dəyişməyə qərar verdilər. Rusiya səfirliyinin əməkdaşları və biz onlara xəbərdarlıq etdik ki, əgər bu ölkədə yaşamaq istəyirsinizsə, müvafiq icazə almaq gərəkdir. Əks halda onlar Azərbaycandan deportasiya ediləcəklər".
A.Rəhimov qeyd edib ki, Rusiyada ölkəyə qayıtmış ruslarla bağlı dövlət proqramı mövcuddur: "Rusiya səfiri də onlarla görüşdə bu barədə bildirib. Kənd sakinləri isə gələcəkdə yaşayacaqları yeri özləri müəyyənləşdirmək istəyir. Yaxın vaxtlarda bu problem də həllini tapmalıdır".
Xidmət rəisi Azərbaycanda viza rejiminin sərt olması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, ölkə rəhbərinin verdiyi Sərəncam hava limanında viza rejiminin təkmilləşdirilməsini özündə ehtiva edir: "2000-ci ilin əvvəllərinə qədər Azərbaycana gələn əcnəbilərə hava limanında viza verilirdi. Bu da təbii idi. çünki cəmi bir neçə ölkədəki diplomatik korpusumuzda viza verilməsi mümkün idi. İndi isə 60-70 ölkədə bu proses həyata keçirilir. Hava limanında viza rejiminin saxlanması prosesə nəzarəti effektli edir".
Daha sonra A.Rəhimov qeyd edib ki, ötən il Azərbaycanda 10 mindən çox əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Onun sözlərinə görə, son 1 ay ərzində ölkədə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 700-dən çox fakt aşkarlanıb: "Əgər əcnəbilərin qanun pozması aşkarlanıbsa, ona xəbərdarlıq edilir. Əgər addım atılmırsa ona qarşı tədbir görülür".
A.Rəhimov deyib ki, qanunu pozmuş əcnəbi miqrantların saxlanması üçün Yevlaxda məntəqə tikilib və yaxın vaxtlarda Bakıda da belə bir obyekt istifadəyə veriləcək. O qeyd edib ki, ölkədə qanunu pozan miqrantlar arasında İran, Rusiya və Gürcüstandan gələnlər üstünlük təşkil edir. Türkiyəli miqrantlar isə daha çox burada yaşamaq üçün müraciət edir: "Qanunsuz miqrantlar ölkədən çıxarılarkən, onlara heç bir konpensasiya ödənilmir".
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

