Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vardanyan üç yoldan birini seçdi...

Vardanyan üç yoldan birini seçdi...

28.12.2022 [10:43]

Separatçı milyarder öz məqsədlərini ifşa etməkdədir

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək, hər iki dövlət qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq. Ermənistan artıq oktyabrda keçirilmiş Praqa Sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu isə Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir. Hər hansı bir xarici dövlət bu məsələyə qarışa bilməz.

Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələni müzakirə etmək fikrində deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Hətta həmin “qurumun” “təmsiçiləri” dəyişsə də, nəticə dəyişmir. Məsələn, artıq separatçılar adından Ruben Vardanyanın danışması da heç nəyi dəyişmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir - Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələni Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla danışmaq fikrində deyil. Onun Moskvadan Qarabağa çox aydın gündəliklə göndərilməsi də artıq sirr deyil...

Oxu daşa dəyən Ruben...

Vardanyanın isə “Qarabağ arzuları” tükənməz olduğu qədər, gülünc və qeyri-ciddidir. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də, həm özünün varidatını artıracağını, həm də havadarlırının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəydi. Azərbaycan Vardanyanın qeyri-qanuni hərəkətlərini ifşa etdi. Ekofəalların iştirakı ilə başlanan aksiya isə separatçı “nazirin” əl-qolunu bağladı. İndiki məqamda özünü oda-közə vuraraq çıxış yolu axtaran, amma tapmayan Vardanyan bunun nəticəsidir ki, gah nala vurur, gah da mıxa.

Məsələn, ən bariz sübut - Xankəndidə 100 minlik etiraz aksiyası təşkil edəcəyini deyən, sonradan isə bu “qərarını” ləğv edən Vardanyan düşdüyü çıxılmaz durumu pərdələməyə çalışır. Sonradan “keçirdiyi” aksiyadan yayılan fotoşəkillər isə gülünc bir mənzərə formalaşdırır - 100 minlik dediyi “mitinqdə” 100 nəfər yoxdur. Bu mənada da, Vardanyan artıq yeni metodlara əl atır.

Vardanyanın “ağıllı həlli” və ya 3 seçim qarşısında...

Bir neçə gün öncə erməni KİV-lərinə açıqlamasında Vardanyan bildirmişdi ki, qarşılarında 3 seçim var - Azərbaycana inteqrasiya, Qarabağdan getmək və ya döyüşmək. O, hətta ağıllı həll yolunun tapılmasını zəruri sayırdı. Əlbəttə ki, onu bu seçimlər qarşısında qoyan faktorlar mövcuddur. İlk növbədə Azərbaycan öz hədəflərində qətidir - təbii sərvətlərimizin talanmasına son verilməlidir, erməni vətəndaşlarımızın taleyi ilə bağlı heç kimlə danışmaq fikrində də deyilik. Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Vardanyanın Qarabağı tərk etməsini tələb edərək onun fəaliyyətinin kriminal avantürist xarakter daşıdığını deyib.

Eyni zamanda, Vardanyan artıq tək qaldığını da dərk edir - arzuladığı xarici dəstəyi qazana bilmir, Ermənistanın siyasi rəhbərliyi onun arxasında dayanmır. Çünki Paşinyan özü də dərk edir ki, Vardanyan regiona hazır proqramla gəlib və müəyyən müddətdən sonra onun əsl arzusu ortaya çıxacaq - Vardanyan Xankəndini İrəvana dəyişəcək. Bu səbəbdən də Paşinyan da onu dəstəkləmir.

Vardanyanın müharibə “istəyi” - terrora çağırış...

Vardanyan, həqiqətən də, avantürizmə üstünlük verərək terror çağırışları etməkdə israrlıdır. O, İtaliyanın TEMPI nəşrinə müsahibəsində bildirib ki, təslim olmayacaqlar. Başqa sözlə, Vardanyan erməniləri “döyüşməyə çağırıb”. Təbii ki, onun müharibə ritorikasının haradan qaynaqlandığı bəllidir. Vardanyan özü də anlayır ki, absurd fikirlərinin həyata keçməsi üçün heç bir şans yoxdur. Vardanyanın yersiz və heç bir əsasa söykənməyən müharibə çağırışının səbəbi və hədəfi də bəllidir - 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömrünü uzatmağa” çalışır. Eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında gedən sülh danışıqları prosesində qondarma qurumun “tərəf” kimi danışıqlar aparması istiqamətində səylər göstərilir. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etməkdir ki, Azərbaycanın məsələdəki mövqeyi qətidir - Bu, olmayacaq...

Vardanyanın “müharibə” ritorikasına, burada da bəzi nüanslar özünü açıq şəkildə ortaya qoyur. Artıq iki ildir ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə Azərbaycanın tam dolğun məlumatı var. Son proseslərin təhlili də bunu göstərir. Eyni zamanda, vəziyyət Azərbaycanın xeyrinədir. Bunu isə dəyişmək mümkün deyil. Bu mənada, Qarabağa fərqli maraqların əli ilə göndərilən, fərqli planlarla gələn Vardanyanın narahatlığı anlaşılandır. Qarabağda qurulmasına çalışılan oyunların heç bir perspektivi yoxdur. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir.

Vardanyanı terrora çağırış əsasında hüquqi müstəvidə məsuliyyətə cəlb etmək olar

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Vardanyanın müharibə ritorikasına əsaslanan çıxışları özünü “göstərmək” planlarından qaynaqlanır. O, guya özünü bizə qarşı bir tərəf kimi göstərmək niyyətindədir. Amma Azərbaycan dövləti aydın şəkildə bildirib ki, Vardanyan ilə heç bir danışıqlar aparılmayacaq: “Azərbaycanın mövqeyi qətidir. Vardanyan ola bilsin ki, gündə bir söz desin. Bu şəxsin mahiyyəti bəllidir - o, separatçıdır. Onun məqsədləri də bəllidir. Separatizmə dəstək axtarışındadır. Bu baxımdan, onun dediklərini ciddi qəbul etmək lazım deyil”.

Politoloqun fikrincə, Azərbaycan dövləti Vardanyanın terror çağırışlarını nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürə bilər.  Vardanyanı hüquqi müstəvidə zərərsizləşdirmək üçün isə kifayət qədər imkanlarımız var. “Əgər bu şəxs terror, qarşıdurma ilə bağlı çağırışlar edirsə,  onun istəyi və mahiyyəti ortadadır. Bu adam qan tökülməsini arzulayır və öz məqsədini ifşa edir. Bu mənada da onu terrorçu olaraq hüquqi metodlarla zərərsizləşdirmək olar. Əgər həqiqətən də dediklərini reallaşdırmaq fikrinə düşsə, o zaman Azərbaycan da daha ciddi tədbirlər görməlidir. Buna Azərbaycanın imkanları var”, - deyə İ.Vəlizadə əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28