Müsavatçı gənclər partiyanın qurultayının təxirə salınmasına etiraz edir
16.04.2011 [11:16]
Son vaxtlar bəzi radikal müxalifət partiyaları ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Məlum olduğu kimi, Müsavat partiyası bu istiqamətdə “fəallıq” göstərənlərin ön sıralarında gedir. Lakin Müsavatın cəhdləri heç bir nəticə verməyəcək. çünki bu partiyanın anti-milli mövqeyi, Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrin əlində alətə çevrilməsi ilə bağlı ictimaiyyətimiz kifayət qədər məlumatlıdır. Bu səbəbdən də, adıçəkilən partiyanın ölkəmizdə keçirilən seçkilər zamanı xalqın dəstəyindən məhrum olması aydın şəkildə özünü göstərməkdədir.
Son vaxtlar diqqətçəkən əsas məqam isə ondan ibarətdir ki, artıq Müsavatın başqanı İsa Qəmbərin fəaliyyətinə qarşı təkcə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri yox, həm də, sözügedən partiyanın öz üzvləri çıxmaqdadırlar. Son vaxtlar bu şəxsin fəaliyyətinə etiraz olaraq müsavatçıların partiyanın sıralarını tərk etməsi də ictimaiyyətə məlumdur. Etirazçılar İsa Qəmbərin partiya rəhbəri postundan istefa verməsini bir tələb kimi irəli sürürlər. Bu prosesdə xüsusilə müsavatçı gənclər fəallıq göstərir.
Gənclər Müsavat başqanlığına namizədlərini müəyyənləşdirib
Doğrudur, İsa Qəmbər Müsavat partiyasının növbəti qurultayında rəhbərlikdən gedəcəyini bildirib. Lakin son günlər bu partiya daxilində cərəyan edən proseslər göstərir ki, o müxtəlif bəhanələrlə bu qərarından dönməyə çalışır. Məlum olduğu kimi, Müsavat partiyasının qurultayının cari ilin aprel-may aylarında keçirilməsi nəzərdə tutulurdu. Amma bu günlərdə sözügedən partiyanın rəhbərliyi guya ölkədəki “situasiyanı nəzərə alaraq” qurultayın ilin sonunda keçirilməsinə qərar verib. Müsavat partiyasındakı etibarlı mənbəmizin verdiyi məlumata görə, bu qərar partiya daxilində ciddi narazılığa səbəb olub. Xüsusilə, bir qrup müsavatçı gənclər qurultayın təxirə salınması ilə razılaşmır və qurultayın əvvəlcədən nəzərdə tutulduğu vaxtda keçirilməsini təkid edirlər. Onlar qurultayda İsa Qəmbərin nəinki rəhbərlikdən getməsində, hətta ümumiyyətlə, partiya üzvlüyündən istefa verməsində də israrlıdırlar. Aldığımız məlumatda bu məsələnin kifayət qədər ciddi olduğu və müsavatçı gənclərin tələblərindən dönmək fikrində olmadıqları da vurğulanır.
Etibarlı mənbəmiz onu da xəbər verir ki, artıq həmin gənclərin adını gizli saxladıqları liderləri də var. Həmin şəxsin namizədliyi isə qurultayda partiyanın başqanı postuna irəli sürüləcək. Məhz bu səbəbdən də, gənclər partiyanın qurultayının təxirə salınmasına kəskin etiraz etməkdədirlər. Qeyd edək ki, həmin gənclər arasında xaricdə təhsil alanların da olduğu bildirilir. Avropa təhsili görmüş və bu mühitdə yaşamış bu gənclər isə hesab edirlər ki, indiki taktika ilə radikal müxalifət partiyaları, o cümlədən, Müsavat hər hansı uğur qazanmaq iqtidarında deyil, həmçinin, cəmiyyətdən dəstək almaq imkanlarından məhrumdur.
Xaricdə təhsil alan gənclər İ.Qəmbərin düşüncə tərzini qəbul etmir
“Gənclər hesab edirlər ki, İ.Qəmbərin fəaliyyəti Avropa demokratiyası və düşüncə tərzi ilə daban-dabana ziddir. Ona görə də, partiyadakı gənclər birmənalı olaraq İ.Qəmbər diktaturasından qurtulmaq istəyirlər” - deyə, mənbə vurğulayır. Bu prosesə ciddi hazırlıq görüldüyünü deyən mənbənin bildirdiyinə görə, əslində, gənclərin həmin tələbi irəli sürməsi ciddi arqumentlərə əsaslanır. Onlar Müsavatın ideologiyasızlığa yuvarlanması, eləcə də, indiki vəziyyətə düşməsinə görə əsas günahkar kimi məhz İsa Qəmbəri görürlər. Eyni zamanda, bu partiyanın xarici qüvvələrin əlində alətə çevrilməsi və ölkəmizdə sabitliyi pozmaq istiqamətində cəhdləri də kəskin etirazla müşayiət olunur. Müsavatçı gənclər hesab edirlər ki, məhz İ.Qəmbərin istefası partiyanın sağlam siyasi qüvvəyə çevrilməsində təkan rolunu oynaya bilər. Buna görə də, Müsavatın qurultayının təxirə salınmasına etiraz edən gənclər qarşıya qoyduqları məqsədə çatmaq üçün fəaliyyətlərini davam etdirəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

