Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AP-nin qəbul etdiyi "qətnamə" beynəlxalq hüquqa ziddir

AP-nin qəbul etdiyi "qətnamə" beynəlxalq hüquqa ziddir

21.01.2023 [11:23]

Qurum hansı səbəbdən Azərbaycanın ərazi bütövlüyü haqda danışmır?

Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi "qətnamə" reallıqdan tam kənardır. Özündə böhtan mahiyyətli, anti-Azərbaycan xarakterli müəddəaları birləşdirən bu "qətnamə"də Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi,  Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialar qeyd edilib, artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar olunub. 

Laçın yolunda keçirilən etiraz aksiyasının blokada olmadığı, həmin yoldan avtomobillərin rahat istifadə etməsi faktı hər kəsə məlumdur. Ən azından Avropa Parlamenti bunu yoxlaya bilərdi – demək ki, qurum heç bir əsaslı informasiya almaq marağında olmayıb. Basdırılmış "Madird prinsipləri" isə artıq hər hansı bir əhəmiyyətə malik deyil – 2020-ci il Vətən müharibəsi ATƏT-in Minsk qruppu kimi bu prinsipləri də tarixin arxivinə yollayıb.

Maraqlıdır ki, bu "qətnamədə" Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü haqda niyə danışmır? Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanat ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və bu razılaşmanın 4-cü bəndini sanki "unudub". Silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmayan Ermənistana verilən bu dəstək Avropa Parlamentinin qərəzini ortaya qoymurmu? 21-ci əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması isə biabırçı haldır. 30 ilə yaxın davam etmiş işğal dövründə Avropa Paralamenti yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalması faktına, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silinməsi və sərvətlərinin talan edilməsi faktlarına göz yumub. Bununla bağlı Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənib. Demək ki, qurumun ermənipərəst mövqeyi ədalətsiziyə və qərəzə əsaslanır.

Məsələ ilə bağlı KİV-ə açıqlamasında Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, Avropa Parlamentinin və onun qəbul etdiyi qətnamənin Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur, beynəlxalq hüquqa zidd qəbul edilmiş sənədlər bizim üçün kağız parçasıdır. Millət vəkili deyib ki, Avropa Parlamentində deputatlarla görüşləri axşam saatlarına qədər davam edib: “Sonuncu görüşümüz də alman deputat Maykl Qahlerlə oldu. Hər görüşdə deputatlardan tərəf tutmadan, ölkə seçmədən sadəcə beynəlxalq hüququ dəstəkləmələrini xahiş etdik. Eyni zamanda hər bir deputata bildirdik ki, Laçın ətrafında yaradılmış feyk informasiya blokadası regionda sülhü istəməyən və Ukraynada baş verən müharibədən diqqəti yayındırmaq istəyən qüvvələrin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Çünki ötən ilin 15 dekabr tarixindən bu günə qədər Laçın koridorundan Avropa Parlamentinin deputatlarının sayı qədər nəqliyyat vasitəsi keçib”.

K.Cəfərov vurğulayıb ki, bu cür cəhdlər Avropa Birliyini sülh danışığı prosesindən kənarlaşdırmaq üçün edilir: “Onsuz da Avropa Parlamentinin və onun qəbul etdiyi qətnamənin Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur, beynəlxalq hüquqa zidd qəbul edilmiş sənədlər bizim üçün kağız parçasıdır. Azərbaycan xalqının Avropa institutlarına etimadı sıfırdır. Çünki 30 il müddətində xalq onlardan heç bir ədalət görmədi. Ədaləti Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz və xalqımız bərpa edib. Bu mərhələdə vitse-prezidenti korrupsiya ittihamları ilə həbs edilən Avropa Parlamentinin qəbul etdiyi və ya edəcəyi qərarlarının legitimliyini artıq Avropa Parlamentinin öz üzvləri sorğulayır. Həbs edilən vitse-prezident Eva Kaili də ermənipərəst idi və Laçın dəhlizinin "bloklanlanması" ilə bağlı irəli sürülən qətnamə layihəsinin təşəbbüskarı da Eva Kailinin təmsil olunduğu Sosial-Demokratlar partiyasıdır. Ona görə də görüşdüyümüz bir sıra digər partiyaların nümayəndələri həmin qətnamə layihəsinə səs verməyəcəklərini bildirdilər".

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, bundan əvvəl də Avropa Parlamentində guya Azərbaycanın Qarabağda erməni mədəni irsini dağıtdığına dair, hətta digər ərazilərində də eyni addımların atıldığına dair yalanlar ortaya atılıb. Bu baxımdan millət vəkili həm ötən ilin mart ayında erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin, həm də bu ilin 18 yanvar tarixində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla dolu olan qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsini Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirib: "Çünki bu tip münaqişələr və mübahisəli münasibətlər təkcə Qafqazda, Ermənistanla Azərbaycan arasında deyil. Buna dünyada, xüsusilə Avropada Ukrayna-Rusiya münasibətlərini misal göstərmək olar. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə Ukrayna rəsmi dövlət səviyyəsində öz torpaqları olan Krımı ən zəruri ehtiyaclardan, hətta içməli sudan belə məhrum etdi. Təbii ki, bu, həmin dövlətin öz haqqını tələb etmə forması idi. Lakin həmin vaxt bütün beynəlxalq təşkilatlar, ən əsas da Avropa Parlamenti susma mövqeyində idi. Bu gün Avropa Parlamenti və onun kimi beynəlxalq təşkilatların mövqe bildirməli olduqları irqçilik cinayətləri və sözün əsl mənasında humanitar blokada, humanitar cinayətlər var. Lakin dünya sanki bütün müharibə cinayətlərini unudub, öz haqqını tələb edən azərbaycanlı kiçik ekofəal dəstəsini cinayətkar kimi görür və ya görmək istəyir. Halbuki, Şuşa-Xankəndi yolunda ermənilərə məxsus sərbəst hərəkət edən maşınların görüntüləri yayıldı”.

Müşfq Cəfərov qeyd edib ki, bu gün Azərbaycan çox güclü tərəfdaşlıqlar əldə edir. Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda iştirakı bəzi qüvvələri narahat edir. "Azərbaycan enerji, iqtisadiyyat sahəsində günü-gündən vacib ittifaqlara imza atır. Bunu dünya mətbuatı da etiraf edir və onlar Azərbaycan Prezidentinin Avropada güclənən mövqeyindən bəhs edirlər. Ermənistan müxalif qüvvələrinin də əsas müzakirə mövzusu Azərbaycanın güclənməsidir", -deyən M.Cəfərov əlavə edib ki, bu qətnamələr bir kağız parçası olaraq qalacaq. Burada əsas məqsəd Avropa İttifaqı ilə iqtisadi münasibətləri pozmağa hədəflənib, buna isə nail olmayacaqlar. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirəcək.

SADİQ

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28