Bononun “səhvi”...
11.03.2023 [10:10]
ABŞ dövlət rəsmisinin açıqlaması ölkəsinin mövqeyinə ziddir
Regiona səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Luis Bono həm Azərbaycana, həm də Ermənistana səfər etdi. Bononun səfərinə qədər artıq ABŞ rəsmilərinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhün imzalanması istiqamətində mövqeləri bəlli idi - hətta dövlət katibi Blinken dəfələrlə bu məsələnin iki tərəf arasında dialoqla həllini dəstəkləmişdi. Bu mənada, ABŞ-ın sülhlə bağlı mövqeyi bəllidir: bu mövqe beynəlxalq hüquqa, konvensiyalara və razılaşdırmalara əsaslanır. Amma Luis Bononun öz ölkəsinin mövqeyini bilə-bilə Ermənistanda dilə gətirdiyi fikirlər birmənalı qarşılana bilməz.
Bononu danışdıran nədir?
Xatırladaq ki, Luis Bono “Azatutyun”a müsahibəsində “Dağlıq Qarabağ”ın nizamlanma prosesinin bir hissəsi olub-olmayacağı barədə suala cavabında bildirib ki, “Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona “Dağlıq Qarabağ” da daxil edilməlidir”.
Bir daha vurğulanmalıdır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Luis Bononun isə beynəlxalq hüquq çərçivəsində davranış sərgiləməsi bir diplomat olaraq birinci vəzifəsidir. Bono “ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri”dir - prosesin “tərəfləri”ni müəyyənləşdirən şəxs deyil. Bu mənada, onun artıq tarixə çevrilmiş “Minsk qrupu həmsədri” kimi danışması qəbulolunmazdır. ABŞ dövləti onu hazırda daşıdığı vəzifəyə təyin etməklə “Minsk qrupunun” aktuallığını itirdiyi, tarixin arxivinə tullandığı faktını təsdiqləmiş oldu. Onsuz da illər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan bu qrup özünün fəaliyyətsizliyi ilə seçilirdi - aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupu son nəticədə tarixin arxivinə yola salındı. Bononun hazırki açıqlaması da əsassız xarakter daşıyır... O baxımdan ki...
Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs təsdiqləyir
Bono unudur ki, Qarabağın tarixi Azərbaycan torpağı olması, hazırki dönəmdə Azərbaycanın suveren ərazisi sayılması faktı bütün dünya tərəfindən öz təsdiqini tapır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin oktyabrın 6-da və oktyabrın 31-də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Beləliklə, erməni baş nazir Azərbaycanın Xankəndi üzərindəki suveren hüquqlarını da tanımış olur. Bu isə onu göstərir ki, Bono Paşinyandan daha artıq “canıyananlıq” etməməlidir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müəyyən bəndləri üzrə konsensus var. Qeyd etmişdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair sənəddə Qarabağ probleminə toxunulmamalıdır. Demək ki, konsensus həm də bu məsələni əhatə edir - yəni, Ermənistan etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır.
Hətta separatçı rejim Qarabağın Azərbaycanın torpağı olduğunu təsdiqləyir. Rejimin “başçısı” Arutyunyanın, rejimə müxalif olan siyasətçilərin bununla bağlı kifayət qədər etirafları mövcuddur.
Bu ilin yanvarında Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfəri zamanı bildirmişdi ki, Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - “bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”.
Bu siyahını çox uzatmaq olar. Belə ki, hətta Rusiyanın dövlət rəsmiləri, ABŞ-ın ayrı-ayrı dövlət rəsmiləri məsələ ilə bağlı açıqlamalarında danışıqların tərəfi kimi Azərbaycan ilə Ermənistanı nəzərdə tuturlar. Hətta Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə belə dövlət katibi Blinken “üçüncü tərəf”lə bağlı ifadə işlətməmişdi - Bononun açıqlaması öz ölkəsinin maraqlarına zidd dəyərləndirilə bilər.
Azərbaycanda erməni əhalinin yaşadığı Qarabağ rayonu var
Bononun öz fikirlərini “əsaslandırmaq” üçün irəli sürdüyü “arqumentlər” isə əsassızdır. O, öz fikirlərini Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilmiş üçtərəfli görüş zamanı səsləndirilən fikirlərlə “izah etməyə” çalışır. Amma burada da səhfə yol verir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur: “Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil”.
Azərbaycanın dövlət başçısı bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim”.
Və bu fikirlər qısa zamanda həyata keçdi - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edildi və ilk görüş baş tutdu. Beləliklə, Azərbaycan özünün erməni vətəndaşları ilə təmasların formalaşdırdı. Bu isə Bononun yol verdiyi nöqsanı və təhrifi bariz şəkildə ortaya çıxarır.
Bono ABŞ-ı təkzib edir? Müşavirə xatırlatma...
Ümumiyyətlə, ABŞ-ın son dövrlərdə sülh prosesinə diqqəti və aktiv müdaxiləsi müşahidə edilir ki, bu da hər iki ölkə tərəfindən təqdir olunur. Maraqların qarşılıqlı uzlaşdırılması ilə bağlı ABŞ üçün Brüssel formatı məqbul sayılır. Xatırladaq ki, bir müddət öncə Ağ Evin Dövlət Departamentinin sözçüsü Ned Prays da bildirmişdi ki, ABŞ prosesin Brüssel formatında inkişafını dəstəkləyir. Ondan öncə isə ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı. Fevralın 18-də isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. Yəni, ABŞ Aİ-nin təşəbbüsü ilə formalaşan Brüssel formatını dəstəkləyir. Həmin format isə artı bir ildən artıqdır ki, davam edir - 2021-ci ilin dekabrından başlanan görüşlərin hansı formatda gerçəkləşdiyini yəqin ki, Luis Bono da bilir və xatırlayır. Yəni, burada yenidən hansısa “söz oyunu” aparmaq nə tərəflər üçün, nə də yəqin ki, ABŞ üçün məqbul sayıla bilməz.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays son açıqlamasında bildirib ki, ABŞ ikitərəfli, habelə Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli formatda səylərini davam etdirməklə problemin həllinə dəstək verməyə hazırdır. Bu isə Bono üçün yaxşı xatırlatmadır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

