Əli Kərimli istintaqa kömək edəcəkmi?
30.03.2023 [10:42]
Fazil Mustafaya qarşı törədilən sui-qəsd...
İctimaiyyətin irəli sürdüyü versiyalar, yaxud diqqət yenə də “cənub”a yönəlməlidir?
Xəbər verildiyi kimi, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törədilib. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Kalaşnikov: silah eynidir, tətiyi çəkən “əl” kimindir?
Fazil Mustafanın tanınmış şəxs olduğunu nəzərə alsaq, törədilən terror aktı ilə bağlı cəmiyyətdə, KİV-də bir sıra versiyalar səslənir. Bu versiyalardan biri isə İran versiyasıdır ki, hələ rəsmi təsdiqini tapmayıb. Amma sosial şəbəkələrdə yayılan məlumatlar ictimaiyyətin diqqətini “cənuba” yönəldir. Çünki ortada digər “komponentlər” də var. İran versiyasını səsləndirən ictimaiyyət nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum zamanı da “Kalaşnikov” konstruksiyalı avtomat silahdan istifadəni önə çəkir - necə deyərlər, silah həmin silahdır, tətiyi çəkən barmaq o deyil. Xatırladaq ki, bu ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə edilən hücum zamanı istifadə olunmuş silahla bağlı mühüm məqamlar ortaya çıxmışdı. Hətta bəlli olmuşdu ki, bu silah İran-İraq müharibəsi dövründə İraq əsgərlərindən götürülmüş avtomat olub...
Baş verən son sui-qəsd hadisəsində də eyni markalı silahdan istifadə olunması eyni dəst-xətt versiyasını gücləndirir. Hər bir halda bu bir ehtimaldır və hələ ki, rəsmi təsdiqini tapmayıb...
AXCP sədri hansı şəbəkələri nəzərdə tuturdu?
Artıq bir neçə aydır ki, İranın Azərbaycanda qurduğu cəsus şəbəkəsi ifşa olunur. Ard-arda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu şəbəkənin onlarla üzvü müəyyənləşdirilərək saxlanılıb. Hətta şəbəkənin daha geniş tərkibdə fəaliyyət göstərdiyi ehtimal olunur. Belə bir məqamda hər bir Azərbaycan vətəndaşı ölkəmizin milli maraqları, milli təhlükəsizliyi üçün həmrəylik nümayiş etdirməli və törədilən cinayətin günahkar(lar)ının aşkarlanması üçün səfərbər olmalıdır. Hətta Azərbaycanda olan İranla əməkdaşlıq edən şəbəkələrdən xəbərdar olanlar belə öz köməyini əsirgəməməlidir.
Maraqlıdır ki, hələ aylar öncə AXCP sədri Əli Kərimli İran rəsmilərinə və onların ölkəmizdə olan uzantıları - burada qurduqları cəsus şəbəkəsi haqda fikirlər səsləndirirdi. Əli Kərimli Sevinc Osmanqızının internet televiziyasına müsahibəsində aşağıdakı fikirləri demişdi: “İran rəsmiləri Azərbaycanla bu münaqişəni, mübahisəni dərinləşdirən zaman bir itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, onlar uzun illər ərzində səy göstəriblər, Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var, onları da pis vəziyyətdə qoyurlar”.
Bu sitat çox şeydən xəbər verir və burada AXCP yetkilisinin İran rəsmilərinə və onların ölkəmizdə olan uzantılarına - burada qurduqları cəsus şəbəkəsinə təəssübkeşliyi açıq-aydın hiss olunurdu. Əli Kərimlinin İran rəsmilərinə Azərbaycana qarşı fəaliyyət sərgiləyərkən ehtiyatlı davranmağa və illər boyunca səy göstərib respublikamızda qurduqları şəbəkəni qorumalarına çağırış etməsi həm də bu şəbəkədən xəbərdar olması deməkdir. Əli Kərimli İranın Azərbaycanda qurduğu cəsus şəbəkəsi barədə kifayət qədər geniş məlumata malik birisi kimi danışır - deməli, o, daha geniş tərkibdə mövcud olan cəsus şəbəkəsinin digər, hələ saxlanılmamış üzvlərinin çirkin fəaliyyətindən də xəbərdardır. AXCP sədri belə bir açıqlama ilə çıxış edirsə, bunun hüquqi müstəvidə məsuliyyətini də anlayır və daşıyır. O, əlində olan faktlarla hüquq-mühafizə orqanlarına İranın ölkəmizdəki cəsus şəbəkəsinin yerdə qalan üzvlərinin də aşkarlanmasına kömək edəcəkmi? Əslində, belə bir şəbəkənin mövcudluğunu təsdiqləyən Əli Kərimli tərəddüd etmədən bu addımı atmalıdır.
Əli Kərimli istintaqa kömək etməsə...
“Yeni Azərbaycan” qəzetinin 8 fevral 2023-cü il tarixli sayında isə “İrana məsləhət verənlər” başlığı altında məqalə dərc olunmuşdu. Məqalədə məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa bildirmişdi ki, Əli Kərimli adlı şəxs İran xüsusi xidmət orqanları ilə əlaqəsi bilinən Taleh Bağırzadənin müraciətlərini öz sosial şəbəkə səhifəsində yerləşdirib yayırdı. Millət vəkili vurğulayıb ki, buna insan haqları kontekstindən yanaşmaq gülünc görünər. “O, elə həmin şəbəkənin içində olanlardan biridir. Guya özü fərqli bir yerdən gəlibmi? Bu günə qədər də ayaqda durmasının əsas səbəbi məhz həmin şəbəkə ilə bağlı olmasıdır. Ona görə də bu cür açıqlamalar verir. Əli Kərimlinin guya Amerika, Avropa dəyərlərinin daşıyıcısı olduğu iddia edilir. Bəs necə olur ki, bu adam həm də İranın bu kimi “dəyərlərinin” təbliğində önəmli rol oynayır? Bu necə ola bilər? Diqqət yetirsək, belə izahat və ya məsləhət verənlərin, hətta sosial şəbəkədə söyüş söyənlərin hamısının mənbəyindən İran çıxacaq. Avropada yaşayan və hədyan yayanlara da bütün şayiə, şantaj xarakterli materiallar İran xətti ilə ötürülür. Həmin şəxslər də İran xətti ilə idarə olunurlar. Bunlar hamısı bilinən məsələlərdir. İndiyə qədər bunların çoxu bilinmirdi. Artıq bilinir və ümid edirəm ki, bundan sonra hansısa məsələlərdə korrektələr ediləcək” - deyə F.Mustafa vurğulamışdı.
İndiki halda Əli Kərimlinin istintaqa yaxından kömək etməsi, bildiklərini bölüşməsi gözlənilən hal sayılmalıdır. Əks halda isə... Bunun vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətlə əvəzləyə bilməsi ehtimalı belə yarana bilər. Maraqlıdır, Əli Kərimli Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı istintaqa kömək edəcəkmi?
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26

