Danışıqlar masasına gedən tərəflərin çəkisi və ya Azərbaycanın fonunda Ermənistanın çəkisizliyi
22.06.2011 [09:27]
Kazan görüşünə çox az vaxt qalıb. Bu arada isə Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşünün hansı siyasi-psixoloji şəraitdə və hansı tərəfin üstünlüyü ilə keçəcəyi əsas müzakirə olunan məsələlərdəndir. Təbii ki, danışıqlara təsir göstərən amillər içərisində ölkələrin daxili sosial-iqtisdi vəziyyəti, beynəlxalq nüfuzu kifayət qədər böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanla Ermənistanı müqayisə etdikdə, respublikamızın işğalçı ölkə qarşısında hər bir sahədə mütləq üstünlüyə malik olması açıq surətdə özünü göstərir.
Müasir demokratik dövlət quruculuğunda əldə olunan uğurlar danışıqlarda üstünlük amili kimi
Danılmaz həqiqətdir ki, beynəlxalq nüfuzu, siyasi və iqtisadi gücü, regionda gedən proseslərə təsir imkanlarının artması nəticəsində Azərbaycan Kazan görüşünə üstün tərəf kimi yollanır. Heç şübhəsiz, bu nailiyyətlərin əsasında ölkə rəhbərliyinin həyata keçirdiyi rasional siyasi-iqtisadi strategiya dayanır. Onu da qeyd edək ki, Avroatlantik məkana uğurla inteqrasiya edən respublikamızda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu yönündə böyük uğurlar əldə olunub. Siyasi sistemin demokratik prinsiplər əsasında təşkili nəticəsində bu gün ölkədə seçib-seçilmək, söz, fikir azadlığı bərqərar olub, qanunun aliliyi təmin edilib. Xalqın iradəsinin bilavasitə seçkilərin nəticəsində öz əksini tapması isə şəffaflığın və ölkə rəhbərliyinin demokratiyaya sadiqliyinin ən önəmli göstəricilərindəndir. Eyni zamanda, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın inkişafına göstərilən dəstək, sosialyönümlü siyasətin reallaşdırılması fonunda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin son dövrlərdə daha da gücləndirilməsi ölkəmizdə şəffaflığın və qanunun aliliyinin təmin olunduğunu deməyə əsas verir. Digər tərəfdən, çox mühüm bir faktor isə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasətin ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanması, yüksək qiymətləndirilməsidir. Məhz bu amil, yəni xalqın etimadı ölkədəki sosial-siyasi sabitlik mühitinin başlıca səbəblərindəndir. Təsadüfi deyil ki, bu gün Azərbaycan beynəlxalq miqyasda demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olduğu, tolerant bir ölkə kimi tanınır. Bu isə öz növbəsində, Azərbaycanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərinə də təsir göstərir. Bildiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa daxil olmaqla qlobal güclər, eləcə də, Avropa İttifaqı ölkələri respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verir. Bir sıra qlobal əhəmiyyətli regional layihələrin əsas iştirakçısına çevrilən Azərbaycan Qərbdə etibarlı tərəfdaş kimi qəbul olunur.
Rusiya ilə geniş əlaqələr - balanslaşdırılmış siyasətin uğuru
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində Avroatlantik məkana inteqrasiya xətti əsas götürülüb. Lakin bununla belə, ölkənin milli maraqlarının regional və beynəlxalq siyasi-iqtisadi şəraitin tələbləri ilə səmərəli uzlaşdırılmasının məhsulu kimi meydana çıxan balanslaşdırma siyasəti qarşıya qoyulan məqsədləri tam reallaşdırmağa imkan verir. Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu balanslaşdırılmış siyasət dəyişən qlobal siyasi, iqtisadi reallıqlar şəraitində ölkənin mənafelərini maksimum təmin etməyə, beynəlxalq mövqelərini gücləndirməyə imkan verir. Bu gün tarixi ənənələr və coğrafi yaxınlıq da nəzərə alınmaqla möhkəm təməllər üzərində qurulan Azərbaycan-Rusiya əlaqələri ölkəmizin balanslaşdırma siyasətinin uğurundan, uzaqgörənliyindən xəbər verir. Siyasi və iqtisadi baxımdan faydalı olan Azərbaycan-Rusiya əlaqələrinin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Digər tərəfdən, regionda və işğalçı Ermənistan üzərində böyük təsir imkanlarına malik olan Rusiya ilə əlaqələrin yüksək səviyyədə saxlanması bölgənin sabit inkişafına təhlükə törədən Dağlıq Qarabağ konfliktinin ədalətli həllində rəsmi Moskvanın adekvat mövqe nümayiş etdirməsinə şərait yaradır. Belə nəticəyə gəlmək olar ki, bu gün Azərbaycanın Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ, habelə Avropa İttifaqı ölkələri ilə yüksək səviyyəli əlaqələr qurması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların konstruktiv keçməsinə müsbət zəmin yaradan vacib faktordur.
Azərbaycan sözünü deyib, indi növbə Ermənistanındır
Münaqişənin həlli ilə bağlı Azərbaycanın konkret mövqeyi isə çoxdan bəllidir. Rəsmi Bakı danışıqların başlandığı ilk gündən etibarən Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında olmasını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini Ermənistanın hərbi təcavüzünün gerçək nəticələri kimi dünya birliyinin diqqətinə çatdırır. Məlum olduğu kimi, Azərbaycan tərəfinin məsələ ilə bağlı istəyi münaqişənin beynəlxalq hüququn tələbləri çərçivəsində, soydaşlarımızın hüquqlarının, eləcə də ölkənin ərazi bütövlüyünün bərpa olunması ilə ədalətli həllinə nail olmaqdır. Bu baxımdan, rəsmi Bakı işğal olunmuş ərazilərdən qoşunların çıxarılması, kommunikasiyanın açılması, ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin torpaqlarına qayıtması, sonuncu mərəhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prinsiplərinin daxil olduğu münaqişənin mərhələli həlli variantına üstünlük verir. Göründüyü kimi, Azərbaycanın konfliktin həllinə dair mövqeyi Minsk qrupunun irəli sürdüyü Madrid prinsipləri ilə də uyğunluq təşkil edir ki, bu da ölkəmizin danışıqlardakı mövqeyinin üstünlüyünü təsdiqləyir.
Ermənistan isə Azərbaycandan fərqli olaraq, danışıqlara beynəlxalq nüfuzunu itirmiş, iqtisadiyyatı dağılmış, sosial-demoqrafik böhranlar, siyasi qarşıdurmalar içərisində olan bir ölkə kimi yollanır. Yaranmış vəziyyətin kökündə isə Ermənistanın bu vaxtadək işğal siyasətindən əl çəkməməsi, təxribatçı fəaliyyətlər, bir-birinə zidd bəyanatlarla münaqişənin həllini uzatmaq cəhdləri dayanır. Regional əməkdaşlıqdan kənarda qalan, beynəlxalq qınaq obyektinə çevrilən Ermənistan üçün Kazan görüşü sülhün əldə olunması istiqamətində addım atmaq və vəziyyəti dəyişmək üçün bəlkə də son imkandır. Ermənistan tərəfinin səylərinə baxmayaraq dünya birliyi anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan başlıca amil Ermənistanın sərgilədiyi mövqedir. BMT, ATƏT, AŞ PA, İKT kimi təşkilatlarda Azərbaycan ərazilərinin azad ediməsini tələb edən qətnamələr qəbul edən beynəlxalq ictimaiyyət Ermənistanın sülhə doğru atacağı addımları gözləyir. Artıq siyasi manevr imkanları tükənən Ermənistan işğaldan əl çəkmək məcburiyyətindədir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

