Avropa İttifaqı və Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir
24.06.2011 [09:48]
Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olub.
Avropa Parlamentinin sədri Yeji Buzek və Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa Parlamentinin sədri Yeji Buzek çıxış edərək Prezident İlham Əliyevi Avropa Parlamentinə ilk dəfə gəlişi münasibətilə ürəkdən salamlayıb.
O, vurğulayıb ki, biz parlamentlərimiz arasında əlaqələri inkişaf etdirməliyik.
Yeji Buzek həmçinin, Azərbaycan Prezidentinin məhbusları azad etməsini alqışladığını dilə gətirib.
“Enerji sahəsində əməkdaşlığımız, xüsusilə də qaz layihələrində, eynilə də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri regionda vəziyyəti tamamilə dəyişdi” - deyən, Avropa Parlamentinin sədri bildirib ki, Avropa İttifaqı və Avropa Parlamenti dünyanın bu regionunda dondurulmuş Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir: “Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə, Rusiya, Fransa və ABŞ-ın fəaliyyətinə çox ciddi yanaşırıq. Başqa çox vacib bir məqam əlbəttə ki, Madrid prinsipləridir. Mən bütün bu məqamları bir daha cənab Prezidentin diqqətinə çatdırdım. Biz bu məsələdə dəstək verməyə, kömək etməyə hazırıq”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək söyləyib ki, əminəm ki, mənim Avropa Parlamentinə, Avropa İttifaqına və Avropa Komissiyasına səfərim gələcək əlaqələrimizin inkişafında çox mühüm rol oynayacaq: “Biz bir məsələdə birləşmişik və bu, bir-birimizə yaxınlaşmaq və Avropa təsisatları ilə Azərbaycan arasında mümkün qədər çox sahələri əhatə edəcək uzunmüddətli strateji tərəfdaşlıq qurmaqdır.
Bugünkü danışıqlarımız zamanı daha çox diqqət Azərbaycanda siyasi islahatların davam etdirilməsinə, demokratik sistemin gücləndirilməsinə və Azərbaycanın siyasi sisteminin Avropa İttifaqı ölkələrinin siyasi sisteminə yaxınlaşdırılmasına yönəldi. Həmçinin, Azərbaycanda iqtisadi islahatlar yalnız o zaman uğurlu ola bilər ki, bu islahatlar siyasi islahatlarla birgə aparılsın. Bizim çox liberal iqtisadi qanunvericiliyimiz vardır. Bu, bizə xarici sərmayədarları cəlb etməyə kömək edir. İnvestorlar adətən siyasi vəziyyəti proqnozlaşdırıla bilən və sərmayələrin qorunduğu ölkələrə sərmayə yatırırlar”.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik üçün çox vacibdir” - deyən dövlətimizin başçısı İlham Əliyev diqqətə çatdırıb ki, bu münaqişə regional sabitlik və təhlükəsizlik üçün ən böyük təhlükədir: “Biz ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərinin və bu gün cənab Barrozunun bəyanatlarından ruhlanırıq ki, status-kvo qəbuledilməzdir. Bu gün biz eyni fikri cənab Buzek ilə də bölüşdük. Bu çox vacib bəyanatlardır. çünki biz bu münasibətləri illərdir ki, gözləyirdik. Bildiyiniz kimi, bizim torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır və yüz minlərlə azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşayır. Status-kvonun dəyişdirilməsi Azərbaycan torpaqlarının azad olunmasına, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə, bütün kommunikasiyaların açılmasına, bütün qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtmasına gətirib çıxaracaqdır. Bu isə öz növbəsində Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Ondan sonra isə üç Cənubi Qafqaz ölkəsi siyasi islahatları birgə aparmağa və Avropa təsisatları ilə daha sıx əlaqələr qurmağa başlaya bilərlər.
Avronestin yaradılması yaxın tarixin ən mühüm hadisələrindəndir. Bu isə Avropa ilə Qafqaz ölkələri arasındakı əlaqələrə uyğundur. “Şərq tərəfdaşlığı”, Avronest, Assosiativ razılaşmaya dair danışıqlar - bütün bunlar əməkdaşlığımızın mühüm elementlərindəndir və bizə Avropaya daha yaxın olmağa imkan verəcəkdir”.
“Azərbaycan böyük enerji ehtiyatlarına malik olan bir ölkə kimi potensialını reallaşdırmaq istəyir ki, özünün enerji resurslarını dünya bazarlarına nəql edə bilsin” - deyən Prezident İlham Əliyev əlavə edib ki, Avropanın isə şaxələndirməyə, yeni təchizat marşrutlarının yaranmasına ehtiyacı var: “Bu məsələdə bizim maraqlarımız üst-üstə düşür. Bu səbəbdən əməkdaşlığımız, onun gündəliyi çox genişdir. Bu gün Avropa Parlamentini ziyarətim bu münasibətlərin hər iki tərəf üçün nə qədər vacib olduğunu göstərir”.
Sonra jurnalistin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

