Səbəbkar İrandır!
05.04.2023 [10:11]
İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısı alınmalıdır
N.BAYRAMLI
Bir neçə gündür ki, İran İslam Respublikasının Azərbaycan mediasında İran əleyhinə yayımlar və məqalələrlə bağlı ölkəmizə nota verməsi ilə müxtəlif müzakirələr gedir. İranın Azərbaycana notasına dair yerli medianın sualına cavab verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış notasının aprelin 3-də daxil olduğunu deyib. Onun sözlərinə görə, qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.
“İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir. Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoşniyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub. Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb”, - deyə Ayxan Hacızadə əlavə edib.
Ümumiyyətlə, Azərbaycana nota göndərilməsi və bu notanın məzmunu əslində fars rejiminin atdığı bütün addımların qeyri-ciddiliyindən xəbər verir. Absurd ittihamlar irəli sürən bu rejim birmənalı şəkildə anlamalıdır ki, rəsmi Tehrandan fərqli olaraq Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş media qurumları konstitusion dəyərlərə və milli maraqlara əsaslanaraq fəaliyyət göstərir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, mediada səsləndirilən fikirlər mövcud şəraitdə İranın qərəzli anti-Azərbaycan çıxışlarına adekvat şəkildə verilən əsaslı yanaşmalardır. Bu yanaşmalar da öz növbəsində hər bir Azərbaycan vətəndaşının düşüncələrinin aydın təzahürüdür. Nəticə etibarilə, İran hakimiyyətinin Azərbaycanı ittiham etməzdən öncə öz yerli telekanalları vasitəsilə davamlı şəkildə səsləndirilən təhdid ritorikasını və heç bir tarixi-hüquqi əsası olmayan məlumatları bir də nəzərdən keçirməsi çox yaxşı olardı. Bununla onlar Azərbaycan cəmiyyətinin və mediasının haqlı çıxışlarının təbii əsaslarını aydın şəkildə görmüş olarlar.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İranda səfirliyimizin fəaliyyət göstərməməsi fonunda oradan Azərbaycana nota verilməsi təəccüb doğuran məqamdır. Digər tərəfdən, Azərbaycanda Tehrandakı rejimdən fərqli olaraq mediada plüralizm, fikir müxtəlifliyi hökm sürür. Üstəlik, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. İctimai rəylə hesablaşmaq lazımdır. İranın silsilə şəkildə törətdiyi terror aktları ictimai rəyə təsir edir.
Politoloq xatırladıb ki, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti aparır. İranın xüsusi xidmət orqanları Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq üçün “Səhər TV” telekanalı yaradıblar. “Vətənpərvər Azərbaycan mediası isə İrana layiqli cavab verir. Dövlətini, bayrağını, Vətənini sevən ekspertlər isə hər zaman öz vətəndaş mövqeyini bildiriblər, bundan sonra da bildirəcəklər. İranın ölkəmizə qarşı böhtan, şantaj və terror dilində danışmağı da bir nəticəsini verməyəcək”,- deyən İ. Hüseynov əlavə edib ki, bu gün İranın ölkəmizə qarşı düşmənçilik siyasəti çox faciəvi nəticələr verə bilər. Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarıyıq. Regionda yeni müharibə istəmirik və müharibəyə yol açan müxtəlif pozucu və destruktiv addımları qətiyyətlə pisləyirik.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51

