33 gün qaldı...
11.04.2023 [10:12]
Ərdoğan bütün sorğularda liderdir
AKP parlament siyahısını açıqladı - mühüm yeniliklər var
Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə 33 gün qalır. Artıq partiyalar seçkilərdə iştirakla bağlı ərazilərini Yüksək Seçki Qurumuna (YSK) təqdim ediblər. Maraqla gözlənilən isə hakim AKP-nin təqdim edəcəyi siyahı idi. Belə ki, zaman-zaman siyahıda yeni adların təmsil olunacağı ilə bağlı informasiyalar dolaşırdı. Artıq iqtidar partiyasının da siyahısı bəlli olub - 14 may seçkiləri üçün siyahını yeniləyən AKP-də 181 şəxs siyahıdan kənarda qalıb. Namizədlərin siyahısının ötən dövrə nisbətdə dəyişikliyi isə 65 fazi təşkil edib. Qeyd edək ki, namizəd olaraq siyahıda əvvəlcə nazirlər təmsil olunub. İrəli sürülən namizədlərin ən gənci 18 yaşlı Nisa Alptekin, ən yaşlısı isə Azərbaycan ictimaiyyətinə də yaxından tanış olan 73 yaşlı Şamil Ayrım olub. Bundan başqa, AKP seçkilərində onu dəstəkləyən digər partiyaların nümayəndlərinə də siyahısında yer ayırıb. Belə ki, HUDA PAR-dan 4, DSP-dən isə 3 ad AKP-nin namizəd siyahısında yer alır.
Hazırki deputatlardan yalnız 104-ü...
AKP-nin namizədlik siyahısında maraq doğuran bir sıra məqamlar yer alıb. Türkiyə mətbuatının məlumatına görə, AKP Cümhur İttifaqında müttəfiq olduğu MHP, BBP və Yenidən Rifah Partiyası (YRP) ilə ortaq siyahıya getmədiyi halda HUDA PAR və DSP-dən 7 ad bu siyahıda təmsil olunub. Onu da qeyd edək ki, AKP-nin 2023-cü il deputatlığa namizədlər siyahısı yaranma tarixindən bu günə qədər ən böyük dəyişiklik edilmiş siyahıdır. Hazırda parlamentdə təmsil olunan deputatlardan yalnız 104-ü siyahıya düşüb. Zəlzələdən zərər çəkmiş 11 vilayətin 49 deputatından yalnız onu yeni siyahıya daxil edilib.
“Üçmüddətli qayda” işə düşdü - tanınmış simalar siyahıda olmayacaq...
Eyni zamanda, “üçmüddətli qayda” siyahıda mühüm təsirlər buraxıb. Belə ki, seçki siyahısı elan edilməmişdən öncə ard-arda üç dəfə deputat seçilmiş şəxslərin yenidən namizəd olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. Yeni siyahıda AKP-dən üç dövr millət vəkili olan 65 ad namizəd olmadı - sadəcə, Konya millət vəkili Orhan Erdem burada istisna təşkil etdi...
Bunun əvəzində TBMM sədri Mustafa Şentop, AKP-nin sədr müavini Binəli Yıldırım, sədr müavinləri Hayati Yazıcı, Mehmet Özhaseki, Həmzə Dağ, Nurettin Canikli, Vedat Dəmiröz, Ali İhsan Yavuz, AKP baş katibi Fatih Şahin, AKP Qrup sədri İsmət Yılmaz, eləcə də, Bülent Turan, Mustafa Elitaş, Yılmaz Tunç, TBMM Plan və Büdcə Komitəsinin sədri Cevdet Yılmaz da daxil olmaqla, deputatlar üç müddətli qaydaya görə siyahıya daxil edilməyiblər.
Nazirlər birinci sıradan namizəd oldu - iki nazir siyahıda yoxdur
Əvvəllər kabinet üzvlərinin əksəriyyətinin zəlzələ bölgəsindən və bəzi böyük şəhərlərin yüksək rütbələrindən irəli sürüləcəyi bildirilsə də, bu, baş vermədi. Vitse-prezident Fuat Oktay Ankara 3-cü bölgə, ədliyyə naziri Bəkir Bozdağ Şanlıurfa, əmək və sosial müdafiə naziri Vedat Bilgin Ankara 2-ci bölgə, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbul 1-ci bölgə, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya, energetika və təbii sərvətlər naziri Fatih Dönmez Eskişəhər, gənclər və idman naziri Mehmet Kasapoğlu İzmir 1-ci region, xəzinə və maliyyə naziri Nurəddin Nebati Mersin, daxili işlər naziri Süleyman Soylu İstanbul 2-ci region, milli təhsil naziri Mahmud Özer Ordu, milli müdafiə naziri Hulusi Akar Kayseri, sənaye və texnologiya naziri Mustafa Varank Bursa 2-ci bölgə, kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi Kahramanmaraş, ticarət naziri Mehmet Muş Samsun, ailə və sosial xidmətlər Naziri Dərya Yanık Osmaniyə, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu isə Trabzondan ilk namizədlər oldular. Qeyd edək ki, Türkiyə seçki sisteminə görə namizədlər arasında da sıralama mövcuddur. Bu mənada, nazirlər ilkin sırada yer alan namizədlər sayılırlar.
Siyahıda iki nazirin - səhiyyə naziri Fahrettin Koca və mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun olmaması isə onların öz istəklərindən irəli gəlib. Belə ki, bu nazirlərin hər ikisi parlament siyahısında olmaq istəməyiblər. Əvəzinə keçmiş nazirlərdən Faruk Çelik Artvin və Abdülhəmid Gül deputat siyahılarında qeyd ediliblər.
Namizədlər vəzifələrdən istefa verdilər...
İqtidar partiyasının siyahısında təmsil olunmaq üçün bəzi namizədlər tutduqları vəzifələrindən istefa veriblər. Belə ki, Milli Müdafiə Nazirliyinin Qərargah rəisi, briqada generalı Rəmzi Albasan Ankara 3-cü bölgə, 6-cı yerdən, Kayseri şəhər valisinin köməkçisi Mehmet Sadık Tunç İzmir 1-ci region 9-cu yerdən, Aydın Regional Mədəniyyət və Turizm idarəsinin müdiri Umut Tuncer Aydından 5-ci sırada namizəd olub.
Eyni zamanda, Prezident Administrasiyasının işlər idarəsinin müşaviri Zəki Korkutata Bingöl 2-ci yerdən, Maşınqayırma və Kimya Sənayesi Baş direktor müavini Əli Keskinkılıç Karabük 2-ci yerdən, Küçükçekmece rayon rəhbəri Turan Bedirhanoğlu Bitlis 1-ci yerdən, səhiyyə nazirinin müavini Halil Eldemir Biləcik birinci sıradan namizədliyi irəli sürülüb.
11 zəlzələ bölgəsinin 49 deputatından 39-u ...
Qeyd edək ki, siyahılarda ən diqqətçəkən məqamlardan biri zəlzələdən ziyan görmüş bölgələrdən irəli sürülən deputatlığa namizədlər olub. 11 vilayətdə hazırkı 49 deputatdan 39-u, yəni yüzdə 80-i siyahıya daxil edilməyib. Millət vəkili olmaq üçün istefa verən Hatay valisi Rəhmi Doğanın isə namizədliyi irəli sürülməyib. Ərzurum millət vəkili Zehra Taşkesenlioğlu da siyahıda yer almayıb.
Mədəniyyət işçiləri, jurnalistlər...
AKP-nin siyahısında Türkiyə mədəniyyətinin tanınmış simaları da təmsil olunublar. TRT-də yayımlanan “Payitaht Abdülhəmid” serialında “Tahsin Paşa” obrazı ilə şöhrət qazanan Bahadır Yenişehirlioğlu Manisadan 1-ci yerdən namizəd olub. Keçmiş Miss Türkiyə Seda Sarıbaş Aydının ikinci millət vəkili namizədi olub. AKP-nin “Türkiyənin Yüzyılı” mahnısını bəstələyən musiqiçi Yücel Arzen də İstanbul 3-cü bölgəsində 14-cü yerdən namizəd göstərilib.
Namizədlər arasında mətbuat işçiləri də az deyil. Belə ki, jurnalistlər Hülki Cevizoğlu İstanbul 1-ci region, 6-cı yer, Şebnem Bursalı İzmir 1-ci bölgə 3-cü yerdən, Halime Kökçe İstanbul 3-cü Region 15-ci yerdən namizəd göstərilib.
Rəy sorğuları davam edir
Parlament seçkiləri ilə yanaşı prezident seçkilərinə də hazırlıq yüksək səviyyədə davam edir. Artıq bölgələrdə seçki anketləri üzrə ilkin rəy sorğuları da keçirilir. Vurğulanmalıdır ki, bu prosesdə bəzi Avropa təşkilatları da yer alır ki, bu da Türkiyədəki seçkilərə beynəlxalq marağın böyüklüyünü göstərir. Sorğu anketləri üzrə bütün bölgələri əhatə edən respondentlərin rəyi öyrənilib. Rəy sorğularında hazırki iqtidar daha çox səs qazanıb - Prezident Ərdoğanın yenidən dövlət başçısı seçilməsi şansı yüksək qiymətləndirilib. Bunu son dövrlərdə atılan bəzi siyasi addımlarla əlaqələndirən sorğu iştirakçılarının fikrincə, fevral ayında baş verən təbii fəlakət zamanı Türkiyənin hazırki iqtidarı vəziyyətə tam nəzarət edə bildi. Eyni zamanda, ölkəyə edilən yardımların Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətlə əlaqələndirənlərin də sayı çoxluq təşkil edir - Azərbaycan başda olmaqla dünyanın bir çox dövlətlərinin Türkiyəyə dəstək olması, istər texniki yardımlar, istər maddi, istərsə də humanitar xarakterli yardımların ardı-arası kəsilmədən Türkiyəyə göndərilməsi məhz AKP liderinin apardığı siyasətin nəticəsi kimi dəyərləndirilir. Rəyi öyrənilən seçicilər bildiriblər ki, həmin dövrdə Türkiyə iqtidarının iş qrafiki də mühüm gərginliyi ilə seçilib - Prezident Ərdoğan dəfələrlə zələzələ baş verən bölgələrə baş çəkib, çadır şəhərciklərində vətəndaşlarla görüşüb, ən xırda problemlərin həllində əsaslı rol oynayıb.
Ərdoğanın sürprizləri...
“Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğanın reytinqinin daha da yüksəlməsi həm də son dövrlərdə açıqlanan bəzi proqramlarla əlaqələndirilir. Belə ki, prezident Ərdoğanın vətəndaşlara vəd verdiyi bəzi sürprizlərin təfərrüatı açıqlanıb. Türkiyə mediasında yayılan məlumatlara görə, hazırda üç istiqamət üzərində iş aparılır. Birincisi, “Ailə hesabı”nın yaradılmasıdır. Belə ki, yeni evlənən cütlüklərin məişət əşyaları və bənzəri xərcləri rahatlıqla etmələri üçün dövlət bankları 250 min lirə civarında sərfəli faizlə kredit verəcək. Kreditlər üçün 2-3 il güzəştli dövr, daha sonra isə 10 il ödəmə müddəti tətbiq olunacaq. İkincisi, Vətəndaşlıq Fondunun yaradılmasıdır. Uşaqlar dünyaya gəldikdən sonra dövlət hər ay onlar üçün fonda 100 və ya 200 lirə yatıracaq. Yaşı 18-dən yuxarı olan hər kəs müəyyən şərtlər daxilində onun üçün yığılan pulu çıxara biləcək. Bu, müəyyən mənada “vətəndaşlıq maaşı” kimi olacaq. Ümumiyyətlə, toplanan pulların universitet təhsilində istifadə formuluna diqqət yetirilir. Üçüncü istiqamət isə gənclər üçün bayram bonusudur. Yəni, universitet tələbələrinə təqaüdçülər kimi ildə iki dəfə - dini bayramlarda bayram bonusu veriləcək. Universitet tələbələrinə “tətil pulu” adı altında veriləcək pulun 1000 lirə civarında olması nəzərdə tutulur.
Hazırki prezident favoritdir...
Beləliklə, mayın 14-nə az müddət qalmış Prezident Ərdoğan seçkilərin favoritidir. Vurğulandığı kimi, xarici KİV, beynəlxalq siyasi analitiklər də seçki mübarizəsinin əsasən iki namizəd arasında gedəcəyini iddia edirlər - Prezident Ərdoğan isə daha çox şanslı kimi dəyərləndirilir. Həmin siyasi mütəxəssislər bunu Ərdoğanın rəhbərliyi altında AKP-nin hakimiyyəti dövründə Türkiyənin özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırması, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməsi ilə bağlayır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

