Əsgərlərimizə cinayət işinin açılmasında...
19.04.2023 [10:00]
CİNAYƏT TƏRKİBİ
MÜBARİZ
44 günlük müharibədə acınacaqlı məğlubiyyət acısı yaşayan və bunu həzm edə bilməyən Ermənistan qalib Azərbaycana qarşı ədavət siyasətini davam etdirir. Bunu biz bir neçə gün bundan əvvəl əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgərə münasibətdə bir daha görürük. Qarşı tərəfin azərbaycanlı əsgərlərə münasibətdə sərgilədiyi qəddarlıq açıq-aşkar rasizm əlamətidir və bütün beynəlxalq hüquq normalarına, həmçinin humanizm prinsiplərinə ziddir.
Əsirlərə münasibətdə qeyri-insani davranış
Ermənistanda əsir götürülən azərbaycanlı əsgərlər - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başlanıb. Ermənistan məhkəməsi əsgərlərimizin həbsinə qərar verib. Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi qaldırılıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Bundan əvvəl isə sosial şəbəkələrdə Ermənistanda əsir götürülən azərbaycanlı əsgər Hüseyn Axundovun təhqirlərə məruz qalması, şəxsiyyətinin alçaldılması, döyülməsi barədə görüntülər yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlum işgəncə faktı ilə bağlı yaydığı mətbuat məlumatında bildirildiyi kimi, Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Eyni zamanda, Ermənistan Baş Prokurorluğunun əsgərlərimiz barəsində cinayət işi açmasında və onların həbsə alınmalarında cinayət tərkibi var. Əsgərlərimizə qarşı irəli sürülən ittihamlar saxtadır. Əsgərlərimiz Ermənistan tərəfinə qarşılarına hər hansı bir hərbi məqsəd qoymadan keçiblər. Belə olan halda onlara qarşı bir neçə ağır maddə ilə cinayət təqibinə başlanılması hansı məntiqə sığır? Aydın görünür ki, Ermənistanın əsgərlərimizə qarşı humanizm prinsiplərindən uzaq olan davranışları sırf siyasi sifarişdir və qərəzə, ədavətə əsaslanır.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi qaldırılıb. Respublika Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, bəzi media və sosial şəbəkə səhifələrində yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. Məlumatda oxuyuruq: “Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq”.
Beynəlxalq qurumlara çağırış
Müharibələrin yazılmış və yazılmamış qanunları var. Müharibələrin necə aparılmasında bütün dünya Azərbaycanla Ermənistanın fərqini gördü. Birinci və İkinci Qarabağ müharibələri respublikamız üçün ədalətli müharibələr idi. Bizim torpaqlarımız işğal altına düşmüşdü, ölkəmizin ərazi bütövlüyü pozulmuşdu. Hər bir azərbaycanlının Ermənistanın havadarlarının dəstəyi ilə öz nəzarətinə keçirdiyi şəhər və kəndlərə güclü mənəvi bağlılığı var. Bu yerlər əcdadlarımızın əvəzsiz mirasıdır. Burada həmişə azərbaycanlılar yaşayıblar və özlərinə xas olan zəngin mədəniyyət formalaşdırıblar. Buna görə də biz həmin torpaqların düşmən əlində qalması faktı ilə heç vaxt barışmadıq. Böyük Qələbəmizi biz ədalətli müharibədə qazandıq. Eyni zamanda, əsgər və zabitlərimiz, bütövlükdə Azərbaycan cəmiyyəti əsir düşən emənilərlə humanizm prinsipləri ilə davrandılar. Bir nümunəni xatırlayaq: İkinci Qarabağ müharibəsi zamanı əsir götürülən erməni qadın Bakıya gətirildi. O, Bakıda doğulmuşdu və vaxtilə yaşadığı məhəlləni görmək istəyirdi. Erməni əsirinin bu istəyi təmin edildi - o doğulub boya-başa çatdığı məhəlləyə aparıldı, burada gəzdi, xatirələrini bölüşdü və bütün bunladan sonra azərbaycanlılara qarşı səhv münasibətdə olduğuna görə üzr istədi, peşimançılıq çəkdiyini dilə gətirdi. Həmin qadın və yüzlərlə digər erməni əsirləri sonradan heç bir ilkin şərt irəli sürülmədən Ermənistana qaytarıldı. Bu, Azərbaycanın jestidir, xalqımızın humanizm ənənələrini qoruyub saxladığını təzahür etdirir.
Bəs müharibənin digər tərəfi olan Ermənistan hansı tərəfdən diqqət çəkir? Əvvəla, bu ölkə ədalətsiz müharibəyə qoşulmuşdu. Ermənistanın üç onillik ərzində ərazilərimizin 20 faizini işğal altında saxlamasının heç bir mənəvi və hüquqi əsası yox idi. Bax elə buna görə də erməni hərbiçiləri döyüşlərin qızğın çağında mövqelərini, silah-sursatlarını qoyub qaçırdılar. Çünki onların bizim ərazilərimizdə döyüşmələri üçün motivasiyaları yox idi. Ermənistan azərbaycanlı əsirlərə münasibətdə də həmişə qəddar davranışları ilə diqqət çəkib. Əsirlərimiz işgəncələrə məruz qalıb, zərərli istehsalatlarda ağır işlərə cəlb olunub, təhqirlərlə üzləşiblər. Beynəlxalq təşkilatlar Ermənistanda saxlanılan əsgərlərimizin fiziki və mənəvi işgəncələrə məruz qalmalarına biganə yanaşmamalıdırlar. Bütün bunlara görə Ermənistan sərt şəkildə qınanmalı və cəzalandırılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı mətbuat məlumatında qeyd olunduğu kimi, aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

