/ / Təhsil nazirinin müavini, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Sokrat mükafatı ilə təltif olunub
Təhsil nazirinin müavini, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Sokrat mükafatı ilə təltif olunub
02.08.2011 [10:32]
İyun ayının 19-21 tarixlərində Avropanın ən tanınmış elm mərkəzlərindən biri olan Oksford Universitetində (Böyük Britaniya) keçirilmiş “Liderlər sammiti” bizim ölkə üçün də çox əlamətdar olub. Azərbaycan Respublikası bir daha bütün dünyaya həyati əhəmiyyət kəsb edən sahələrdə öz mötəbərliyini və nüfuzunu, ilk növbədə yüksək intellektual və elmi potensialını nümayiş etdirmək imkanı əldə edib.
Sammitdə iştirak edən dünya alimləri yekdilliklə müasir cəmiyyətin intellektual inkişafında böyük xidmətlərinə görə beynəlxalq Sokrat mükafatı ilə təltif olunmuş həmyerlimizi - təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü İradə Mehtiqulu qızı Hüseynovanı yüksək rəğbətlə qarşılayıblar.
Qeyd etmək lazımdır ki, bu səviyyəli mükafat mövcud olduğu tarixi ərzində ilk dəfədir ki, vətənimizin elm nümayəndəsinə təqdim olunub. İradə Hüseynova Azərbaycanda bu cür yüksək mükafata layiq görülmüş ilk qadın alimdir.
Sokrat mükafatı bu və ya digər ölkənin milli elminin ən yüksək inkişaf dərəcəsini simvolizə edir. Nüfuzlu mükafata laureatlığa namizədlərin seçim meyarına onun dünya elmində böyük nüfuza malik olması, tədqiqatlara və onların nəticələrinə əhəmiyyətli şəxsi töhfəsi daxildir.
Avropa elmi üçün əhəmiyyətli hadisə olan “Liderlər sammiti” bütün ölkələrin tanınmış alimlərini, təhsil sahəsində yüksək səviyyəli dövlət məmurlarını, siyasətçiləri, ideoloqları, biznes-elitanın çoxsaylı nümayəndələrini bir araya gətirir. Sammit mətbuatda geniş işıqlandırılıb.
Sokrat mükafatının təqdimolunma mərasimi təntənəli şəkildə keçirilib. Mükafat qızıl suyuna salınmış medallar, qızıl suyuna salınmış düşünən insan obrazını əks etdirən heykəlcik, diplom və fəxri şəhadətnamə komplektindən ibarətdir. Mükafatın təqdimolunma mərasimində professor İradə Hüseynovanın elmi, professional, pedaqoji və ictimai fəaliyyətinə, onun maarifçilik və xeyriyyəçilik işinə, asudə vaxtına həsr olunmuş film-çarx nümayiş olunub.
İradə Hüseynovanın qafqazşünaslıq sahəsindəki ciddi elmi araşdırmaları və yeni elmi istiqamət olan Əliyevşünaslıq elminin banisi kimi sanballı və fundamental tədqiqatlarının böyük əhəmiyyət daşıdığı mərasimdə xüsusi qeyd olunub. O, ümummilli lider Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr olunmuş ilk doktorluq dissertasiyasının müəllifidir.
Mükafatın təqdimolunma mərasimində və eləcə də plenar iclaslardakı çıxışında İradə xanım Hüseynova qeyd edib ki, Azərbaycan dövlətçiliyinin inkişafında və respublikanın iqtisadi cəhətdən çiçəklənməsində bütün böyük nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
“Liderlər sammiti” iştirakçılarının eyni zamanda ayrı-ayrı müəssisələrdə, ali məktəblərin rektorları, Böyük Britaniya və Avropanın tanınmış alimləri ilə işgüzar görüşləri keçirilib. Sammitin devizi “Uğurlu insanlar üçün dünya quraq” şüarı olub. Azərbaycan milli hökumətinin nümayəndəsi kimi İradə Hüseynova Azərbaycan Respublikasında təhsilin vəziyyətindən, onun səviyyəsi və keyfiyətinin əldə olunmasında uğurlardan, təhsil sahəsində dünya göstəriciləri və standartlarına uyğunlaşmadan, milli təhsil sisteminin dünya təhsil sistemləri birliyinə inteqrasiyasından, təhsil müəssisələrinin maddi-texniki və tədris-metodik bazasının gücləndirilməsindən, müəllimlər və şagirdlər üçün sosial proqramlardan, təhsil proseslərinin informasiyalaşdırılması və kompyuterləşdirilməsindən, biliklərin qiymətləndirilməsində yeni yanaşmalardan, Azərbaycan gənclərinin dünyanın aparıcı təhsil mərkəzlərində təhsili üçün qəbul olunmuş dövlət proqramından, təhsilə dövlət maliyyəsinin həcminin artmasından, ali təhsil elminin inkişafından və digər məsələlərdən bəhs edib.
Professor İradə Hüseynova sammitdə tanınmış bir alim kimi öz elmi təcrübəsini bölüşüb və çoxsaylı monoqrafiyalarında, fundamental elmi işlərində əksini tapmış Qafqazda tarixi proseslərin araşdırılmasına dair apardığı tədqiqatlardan danışıb. Onun qiymətli elmi əsərləri olan - “Heydər Əliyev: siyasi rəhbərdən ümummilli liderə”, “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “Qafqaz xalqlarının tarixi”, “Qafqazın tarixi ensiklopediyası” - elm dünyasında böyük şöhrət qazanıb. İradə Hüseynovanın dünya elmi ictimaiyyətinin şəksiz marağını cəlb etmiş kitabları təmənnasız yayılıb, dünyanın bütün milli kitabxanalarına hədiyyə olunub və müəllif onların təkrar əldə olunması, dünya ölkələrindən, xüsusən də Yaponiyada yenidən nəşrinin lisenziyalaşdırılması üçün sifarişlər alıb.
Sammit çərçivəsində Avropa rektorlarının bir araya gəldiyi görüşdə ilk çıxış edən təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova elm və təhsildə innovasiya proseslərinin həyata keçirilməsinin vacibliyi probleminə dair dərin təhlilə və arqumentlərə söykənmiş məruzə ilə çıxış edib.
“Liderlərin sammiti”nin keçirilməsi proqramına professor İradə Hüseynova Oksford Şəhər Şurasında şəhərin meri ledi Ellis Bencamin ilə işgüzar görüş də daxil idi. Görüşdə elm və təhsilin inkişaf strategiyası və siyasəti məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Professor, Sokrat mükafatı laureatı İradə Hüseynovanın işgüzar görüşlərindən biri Bodleian kitabxanasının direktor müavini Maykl Xoni ilə olub. Görüşdə elm, təhsil, elmi mübadilənin aktual məsələləri müzakirə olunub, professor İradə Hüseynova özünün elmi monoqrafiya və kitablarının bir neçə nüsxəsini bütün dünyada tanınan Bodleian kitabxanasına hədiyyə edib.
Sammitin yekunları üzrə illüstrasiyalı kitab hazırlanıb ki, burada da laureatlar barədə məlumatlar əksini tapıb. Professor İradə Hüseynovanın fəaliyyəti dünya alimlərinin kataloqunda kifayət qədər geniş formatda təqdim olunub, məlumatda onun çoxcəhətli dövlət, ictimai, elmi, pedaqoji fəaliyyəti geniş əksini tapıb. Dövlət və elm elitasının fəal nümayəndəsi olmaqla, ümummilli və ümumbəşəri dəyərlər tərəfdarı olan İradə xanım nüfuzlu dünya forumlarında ölkəsini və xalqını ləyaqətlə təmsil edir.
Təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü İradə xanım Hüseynovanı qəzetimizin redaksiyası adından çox nüfuzlu beynəlxalq mükafata - Sokrat mükafatına layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

