YAP qayğıya ehtiyacı olan insanlara daim maddi və mənəvi dəstək göstərir
23.08.2011 [10:41]
Müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də Oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir. Məhz elə bu fəzilətli əməlin savabına nail olmaq və cəmiyyətin qayğıya ehtiyacı olan təbəqəsinə maddi və mənəvi dəstək vermək məqsədi ilə Yeni Azərbaycan Partiyası dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatında iftar süfrəsi təşkil edib.
İftar mərasimində Milli Məclisin deputatı Rauf Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov iştirak ediblər.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva mərasimdə çıxış edərək ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tərəfindən bu cür humanizm aksiyalarının davamlı şəkildə keçirildiyini bildirib. O, oruc tutan insanlara bol ruzi, cansağlığı arzulayıb.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının milli-mənəvi dəyərlərə ehtiram bəslədiyini, qayğıya ehtiyacı olan insanlara dəstək verdiyini vurğulayıb. V.Rəhimzadə bildirib ki, partiya funksionerləri dəfələrlə bu məkanda ahıl insanların görüşünə gəlib və müqəddəs bayramlarımız münasibətilə onları təbrik edib. “Qayğıya ehtiyacı olan insanlara hər zaman dəstək vermək Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin tərkib hissəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Heydər Əliyev siyasətinin təbliğatçısı olan Yeni Azərbaycan Partiyası da fəaliyyətində bu prinsipi daim diqqət mərkəzində saxlayır” - deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.
Bildirilib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Pansionatın direktoru Bəhruz Əlmədətov çıxış edərək müəssisənin sakinlərinə göstərilən diqqət və qayğıya görə, YAP rəhbərliyinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, pansionatın sakini olan 187 ahıl insan Azərbaycan dövlətinin qayğısını daim hiss edir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09

