Vardanyan beynəlxalq axtarışda
21.06.2023 [11:00]
Politoloq: Ukraynanın erməni milyarder haqqında qərarı tamamilə düzgündür
N.BAYRAMLI
Məlum olduğu kimi, Ukrayna erməni milyarder, Qarabağdakı erməni separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyana qarşı sanksiya tətbiq edərək onu axtarışa verib. Vardanyan bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Bu barədə yayılan xəbərlərdə erməni iş adamının Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq düzənə qarşı fəaliyyət göstərdiyi, habelə digər qanun pozuntuları törətdiyi qeyd olunub.
Qeyd edək ki, Avropada da R.Vardanyan artıq bir cinayətkar kimi “ad çıxarmağa” başlayıb. Belə ki, Belçikanın nüfuzlu dövri nəşrlərindən biri olan “EUReporter”də dərc olunan məqalədə separatçıların keçmiş “dövlət naziri, erməni milyarder “ Ruben Vardanyan Avropa İttifaqı və bütün Qərb üçün təhlükə adlandırılıb. Məqalədə qeyd edilir ki, ABŞ bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib. Məqalədə Ruben Vardanyan da daxil olmaqla, bu siyahının tamamlanmasına çağırış yer alıb.
“EUReporter”in məlumatına görə, Moskvanın “yaxın fiquru” sayılan Vardanyan “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mane olmağa çalışır. Qəzet Ukrayna kəşfiyyatına istinadən Rusiyadakı müəyyən qüvvələrin Qarabağdakı separatçıları silahlarla təmin etməsi məlumatına da toxunub. “Onlardan təxribatlar üçün, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq edilməli, o, həm də İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb edilməlidir” - “EUReporter” qeyd edib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Vardanyanın Ukrayna tərəfindən beynəlxalq axtarışa verilməsi Moskvanın “xüsusi missiyasını” yerinə yetirən bu adamın həm də rəsmi Kiyevin qəzəbinə tuş gəldiyini göstərir. Digər tərəfdən, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazilərimizdəki qondarma qurumun “dövlət naziri vəzfəsi”ndən uzaqlaşdırılsa da, erməni milyarder Vardanyan hələ də guya hansısa “hərəkat” yaratması ilə bağlı müxtəlif açıqlamalar verir. Onun sözlərinə görə, Vardanyanın Ukrayna tərəfindən axtarışa verilməsinin, sanksiyalara məruz qalmasının ciddi səbəbləri var: “Məlumatda deyilir ki, Vardanyan dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Bu o deməkdir ki, erməni milyarderin Ukraynaya qarşı hərbi təcavüzdə müəyyən formada iştirakı var. O, çirkli pulların yuyulması ilə məşhurdur. Verilən məlumatlara görə, Rusiyanın Ukraynada hərbi mövcudluğunun artırılması üçün Vardanyanın şirkətlərindən də istifadə olunub. Bütün bunlara görə, o, məsuliyyətə cəlb olunmalıdır. Bu baxımdan, Ukraynanın erməni milyarder haqqında qərarı tamamilə düzgündür”.
Politoloqun fikrincə, Vardanyan Qarabağ klanının əvvəlki nümayəndələrinin vaxtilə keçdiyi yol ilə getmək istəyirdi: “O, Qarabağda separatçı fəaliyyətindən bir müddət sonra Ermənistanda hakimiyyətə gəlməyi qarşısına məqsəd qoymuşdu. Bütövlükdə, bu şəxs böyük region üçün təhlükə mənbəyidir, erməni milyarder separatizmin genişlənməsinə çalışır. Bu səbəblərdən də, Vardanyan törətdiyi cinayətlərə görə saxlanılmalı və öz cəzasını almalıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

