Paşinyanın növbəti yalanları…
08.07.2023 [14:41]
Erməni baş nazir Qarabağda Ermənistan hərbçilərinin mövcudluğunu inkar etməyə çalışır
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Belə ki, o, hökumətin iclasında çıxışı zamanı iddia edib ki, guya Laçın dəhlizinin “qanunsuz blokadası” nəticəsində Qarabağda “humanitar böhran” günü-günə daha da ağırlaşır. Paşinyan Qarabağda yerləşən Rusiya sülhməramlılarının da təchizat çatdırmaq imkanı olmadığını deyib. Baş nazir ərazidə təbii qaz və elektrik enerjisinin təchizatında da problemlərin olduğunu iddia edib.
Paşinyanın daha bir yalanı Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizdə Ermənistan hərbçilərinin olmasını inkar etməsidir: “Biz xüsusilə Qarabağ istiqamətində Azərbaycan ritorikasının və təbliğatının davamlı şəkildə artdığını görürük. Azərbaycan Ermənistandan “Dağlıq Qarabağ”dan Ermənistan qoşunlarının çıxarılmasını tələb etməkdə davam edir, lakin bizim orada hərbçilərimiz yoxdur. Bir daha qeyd edirəm ki, Qarabağda Ermənistan ordusu yoxdur. Qarabağda “DQ müdafiə ordusu” fəaliyyət göstərir, onun mövcudluğunun səbəblərini isə hər kəs Azərbaycanın rəsmi təbliğatında və hərəkətlərində görə bilər”.
XİN: Ermənistan yanlış siyasətdən əl çəkmək istəmir
Qeyd edək ki, Paşinyanın bu tipli yalanlar səsləndirməsi artıq “ənənəyə” çevrilib. Azərbaycanın Xarici İşlər Nazirliyi onun növbəti iddialarına cavab verib. Nazirliyin məlumatında bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır. Qeyd edilir ki, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir. Ermənistanın Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.
Mina terror davam edir
“Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və üçtərəfli Bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi öz öhdəliklərini heçə saydığını nümayiş etdirir. Azərbaycana qarşı mina təhdidini təkzib edən baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim edilən xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55 faizdən əksəriyyəti xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur. Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”, -deyə XİN vurğulayıb.
Ümumiyyətlə, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması təhlükəsiz və sabit Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesini davam etdirir.
Azərbaycan bundan sonra da təxribatlara lazımi cavab verəcək
Azərbaycanın dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Eyni zamanda, ölkəmiz dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərir. Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir. Bütün bunların fonunda Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdidləri dəf etməkdə qətiyyətlidir. Ona görə də, Ermənistan vəziyyəti daha da gərginləşdirməkdən çəkinməlidir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

