“Makronun jandarmları”
14.07.2023 [10:00]
Və ya reallıqlara “fransız qalanlar”
Belə bir ifadə var: “məsələyə fransız qalmaq”. Bu, başa düşməmək, anlamamaq, hətta biraz da qaba ifadə etsək, dərk etməmək mənasına gəlir. Özlərini “sosial şəbəkənin siyasi fenomenləri” qiyafəsində təqdim edən radikal ünsürlərin siyasi proseslərdən çıxdaş olması bir həqiqətdir. Cəmiyyətdə onları ciddi qəbul edən yoxdur. Virtual meydanda yalana, şər-böhtana söykənən “təhlillər”, aldıqları qrantların qarşılığında çirkin kampaniya aparmaları onların tamamilə rəzil-rüsvay vəziyyətə düşməsinə səbəb olub. Həmin yararsız ünsürlər siyasi proseslərdən çıxdaş olmaqla yanaşı, reallıqlara da “fransız qalıblar”. Əli Kərimli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Cəmil Həsənli və Gültəkin Hacıbəyli kimilərin Fransanı, onun ermənipərəst və müstəmləkəçi siyasətini hər vəchlə müdafiə etmələri bunun bariz nümunəsidir.
Faktlara müraciət edək:
- Əli Kərimlinin son aylarda “ən sevimli analitiki”nə çevrilən Tofiq Yaqublu deyir ki, “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində Fransanın mövqeyi tamamilə normaldır”. Ola bilsin ki, Fransanın mövqeyi Tofiq Yaqubluya “normal görünür”. Çünki o da erməni və ya ermənipərəst kimi anormal düşünür. Nə beynəlxalq hüquq baxımından, nə də Azərbaycanın haqlı yanaşması nöqteyi-nəzərindən bu mövqe normal sayıla bilməz. Başqa sözlə, Parisin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı əsassız iddialar irəli sürməsini və ya belə iddiaları dəstəkləməsini, Frankofoniyada Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışmasını, Fransa Milli Assambleyasının qərəzli sənədləri müzakirəyə çıxararaq Ermənistanı deyil, Azərbaycanı “təcavüzkar” kimi qələmə verməsini, Parisin ölkəmizə qarşı BMT çərçivəsində qətnamələr qəbul edilməsi uğrunda canfəşanlığını “normal” adlandırmaq üçün, yumşaq desək, azərbaycanlı olmamaq gərəkdir. T.Yaqublu bilmirmi ki, Fransa prezidenti separatçılara açıq dəstək nümayiş etdirir? Və ya eşitməyibmi, Makron qondarma status məsələsini dilindən düşürmür? Budurmu Fransanın “normal” mövqeyi? T.Yaqublu məsələyə bu qədər “fransızdırmı?”. Fransanı tənqid etməyə cəsarətləri çatmırsa, bəlkə, başqa bir həqiqəti etiraf etsinlər, yəni, bu yanaşmanın arxasında “maddi maraqların” dayandığını söyləsinlər? Ə.Kərimlinin gizli kassası sayılan Qənimət Zahidin Fransaya AXCP adından neçə mühacir qəbul etdirdiyini açıqlasınlar?!
- Gültəkin Hacıbəyli də Yaqublu kimi Makronunun ermənipərəst mövqeyini müdafiə edir, Fransa prezidentini “təmizə çıxarmağa” çalışır. Bildirir ki, “erməni diasporunun üzvləri ilə görüşdə onların qulağına pıçıldadığı və əminəm ki, sonradan dediyinə peşiman olduğu bir sözə görə Makronu asıb-kəsmək, Fransaya nota vermək düzgün deyil”. Ə.Kərimlinin “sosial şəbəkə fenomeni”nə çevirdiyi G.Hacıbəylinin məsələyə bu qədər “fransız olması” inandırıcı sayıla bilməz. Fransanın hansı əməllər törətdiyini və Azərbaycana qarşı hansı təxribatçı addımlar atdığını bilmirmi? Xeyr, bildiyi halda inkar edir - bu, daha inandırıcıdır. Onun Fransanın mövqeyindən, ermənilərə və separatçılara qol-qanad gərməsindən xəbərsiz olması real deyil. Onu danışdıran sadəcə maddi maraqlardır. Çünki Hacıbəylinin siyasi əqidəsinin olmadığı dəfələlərlə sübut edilib;
- Cəmil Həsənli, Əli Kərimli və Fuad Qəhrəmanlı kimilər isə “Fransanın müstəmləkə keçmişini təftiş etməyə nə ehtiyac var?” tezisini “copy-paste” edərək sosial şəbəkələrdə paylaşırlar. Müstəmləkəçiliyi müdafiə edəcək qədər şiddətli “fransa sevgisi”nin onlarda haradan qaynaqlandığı bəllidir. Qrant-qonorar və direktivlərin gəldiyi ünvandan... Və bu adresin Paris yaxınlığında olmasına şəkk-şübhə yoxdur.
Fransız “jandarmeriyası” Azərbaycan tamaşaçısına və ya oxucusuna məşhur Lui De Fünesin jandarmlarla bağlı filmlərindən tanışdır. Azərbaycanın radikal müxalifəti də “De Fünesin jandarmları” misalı lənətlənmiş dairədə Makrona haqq qazandırmaq üçün dövrə vururlar. Hətta “De Fünesin jandarmları”nın məram və məqsədi “Makronun jandarmları”ndan parlaq idi desək, yanılmarıq. Özünü ən səfeh tərəfləri ilə tamaşaçıya sevdirən “De Fünesin jandarmları” lənətlənmiş dairədə dövrə vura-vura yaranan problemlərdən ağıllı çıxış yolunu axtarırdılar, dayanıb fikirləşirdilər - ağıllarına heç nə gəlməyəndə başlarını “danqıldadırdılar”. Amma “Makronun jandarmları” lənətlənmiş dairədə özlərini tamam itiriblər, çünki əlləri ilə vurmağa baş da tapmırlar. Makronu müdafiə etmək bahasına başlarını o qədər itiriblər.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

