Larşenin “çağırışı”...
19.07.2023 [10:36]
Fransa Senatının sədri sülhə qarşı təbliğat aparır
Ermənistan parlamentinin spikeri Alen Simonyan Fransaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Onun fransalı tərəf müqabilləri isə ənənələrinə sadiq qalaraq yenə də qeyri-demokratik, beynəlxalq hüquqa zidd açıqlamaları ilə yadda qalıb. Əslində, təəccüblü hal yoxdur - Fransa Azərbaycana qarşı 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanı dəstəkləyib. Bu dəstək hazırda da davam edir. Azərbaycanın 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etdikdən sonra isə bu dəstək açıq müstəviyə keçib. Hətta rəsmi Paris Ermənistanı silahlandırdığını etiraf edir və bundan çəkinmir. Məsələn, Fransa Senatının sədri Jerar Larşe Parisdə erməni həmkarı Alen Simonyanla görüşdən sonra Makron hökumətini “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Fransa silahlarının tədarükünü sürətləndirməyə” çağırıb.
50 zirehli transportyor “hədiyyə”
Xatırladaq ki, ötən ilin oktyabrında Paris İrəvana daimi hərbi attaşe təyin edib. Bu, Fransa-Ermənistan hərbi əlaqələrini genişləndirməyə xidmət edir. Bu il isə hərbi “əlaqələr” daha da intensivləşib. Hətta Fransa təmsil olunduğu beynəlxalq qurumların iradəsinə zidd olaraq Ermənistana silah-sursat, hərbi maşınlar belə peşkəş edir. Məsələn, bu ilin mayında Fransa Ermənistana 50 zirehli transportyor (BTR) “hədiyyə edib”. Hələ iyun ayının əvvəlində 170 fransız parlamentarisi və digər seçkili orqanın üzvü olan şəxslər hökuməti İrəvana daha çox hərbi dəstək verməyə çağırmışdı. İyunun 18-də isə Ermənistanın müdafiə naziri Parisə səfər edib və fransalı həmkarı ilə görüşüb.
Fransanın anti-NATO siyasəti...
Ermənistanın silahlandırılması faktı rəsmi Paris üçün niyə bu qədər önəmlidir - bu bir neçə istiqamətdə izah oluna bilər. Məsələn, Fransa bu yolla regionda özünün “nüfuzunu” yüksəltməyə çalışdığını önə sürə bilər - amma bu kimi iddianın özünün də arxasında qeyri-qanuni hallar dayanır. Çünki Ermənistanı silahlandıran Fransanın üzvü olduğu hərbi təşkilatlar Parisin bu addımını qəbul etmir. Rəsmi İrəvanın bu gün Fransanın hərbi müttəfiqlərinə qarşı döyüşən ölkələrin təmsil olunduğu təşkilata üzv olması artıq şərhə ehtiyac qoymur. Beləliklə, Parisin “Ermənistan sevgisi” o qədər böyükdür ki, Fransa NATO-nu qarşısına almaq bahasına belə İrəvana silah ötürür. Təbii ki, alternativ iddia Fransanın anti-NATO siyasəti apardığını deməyə əsas verir. Bunun arxasında dayanan “arqumentlər” isə indiki halda Qərb-Rusiya “qarşıdurması” üçün yeni istiqamət xətti müəyyənləşdirə bilər.
“Böyük bacı”nın “kiçik bacı”ya “qayğısı”
“Böyük bacı” Fransa özünün “kiçik bac”ısı Ermənistanı silahlandırmaqla bölgədə güc balansını təmin etməyə çalışır. Xatırladaq ki, aprelin əvvəlində Fransadan Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction generale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Artıq ikitərəfli silahlanma komitəsinin işi bərpa olunur. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Fransa mətbuatında 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüf ifadə olunub. Fransa xüsusi xidmət orqanlarının ruporu qismində çıxış edən nəşrlərdən biri A.Sarkisyanın Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış etdiyinə xüsusi diqqət çəkmişdi.
Fransanın kolonist “arzuları”...
Daim Ermənistanın arxasında dayanacağını deyən Fransadan bu ölkəyə öldürücü silahların tədarük ediləcəyi barədə məlumatları Paris inkar etmir. İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi “böyük bacının” niyyətini bir daha ortaya qoymuş oldu. Fransalı hərbi attaşenin Fransa ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət etməsi nəzərdə tutulur. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən prezident Emmanuel Makron göstərib. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Belə çıxır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün kolonist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır. Amma Parisin bu niyyəti reallaşmayacaq.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

