Yardımın qarşısını “kəsənlər”...
31.08.2023 [11:02]
Separatçı rejim yeni “soyqırımı” planı üzərində baş sındırır
Vardanyan yenidən “fəallaşdırılır”?
Qarabağda yaşayan erməni əsilli əhalinin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aparılan humanitar yardım karvanı humanizm nümayişidir. Azərbaycanın bu nəcib addımına qarşı separatçı rejimin, eyni zamanda, fərqli ölkələrin “missionerləri” qismində Qarabağda təxribatlar törədən şəxslərin tutduqları mövqe anlaşılan deyil - bir yandan, insanların “acından ölməsi” kimi dezinformasiyalarla beynəlxalq aləmin “diqqətini cəlb etməyə” çalışırlar, digər tərəfdən, yardım karvanına qarşı hücum təşkil edərək təxribatlar törədirlər.
Separatçıların yerli erməniləri girov saxlamasının növbəti sübutu
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarından və könüllülərdən ibarət müşayiət qrupu gecəni çadırlarda keçiriblər. Məqsəd Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardımı çatdırmaqdır və bunun üçün içərisində 40 ton un olan iki yük avtomobili Ağdam-Xankəndi yolunda dayanıb. Bu, Azərbaycanın davranışı, ölkəmizin öz vətəndaşılarına “əl uzatması” - bunun qarşılığında separatçı rejimin davranışı isə yalnız və yalnız təxribata, bicliyə, qarşıdurmaya köklənib. Özünü rejim rəhbəri kimi təqdim edənlər, bütövlükdə, Qarabağ ermənilərinin adından danışmamaq hüququ olmayanlar birinci addım kimi yardımı qəbul etməkdən imtina etməklə bağlı “bəyanatlar” səsləndlirliər. Separatçıların girovuna çevrilmiş erməni əhali isə proseslərə səssiz reaksiya verir. Niyə bu qənaətə gəlinilir? Separatçı rejim və Ermənistan iddia edir ki, guya Qarabağda 120 min insan “yaşayır”. Təbii ki, bu rəqəm 10 dəfə şişirdilib - bununla belə, əgər humanitar yardımı istəməyən yerli əhali olsaydı, ən azından min nəfərin etirazının şahidi olmalı idik. Demək ki, yerli insanların separatçı rejimin girovuna çevrilməsi ilə bağlı iddialar doğrudur - ortada olan 5-10 nəfərlik terrorçu qrup erməni əhalinin adından danışmaqla prosesi manipulyasiya etməyə çalışır.
Məqsədli dezinformasiya...
Yardım TIR-ları Ağdam yoluna çatdıqdan sonra erməni mənbələrinin yaymağa çalışdıqları müxtəlif şaiyələr də qızışdırma xarakterli olub. Belə ki, onlar “Azərbaycan TIR-ları sülhməramlıların müşayiəti ilə Xankəndiyə gedir”, “Azərbaycanlılar sülhməramlıların postunu keçdikdən sonra çadırlar qurmağa başlayıb” kimi iddialar yazıblar - bu özünəməxsus “təqdimat” isə “gələcək soyqırımın ilkin işartısı” kimi qələmə verilib. Beləliklə də, onlar bu humanist davranışı layiqincə dəyərləndirə bilməyiblər, əhali arasında nifaq salmağa çalışıblar.
Təxribatların təşkilatçıları...
Sonrakı proses onu göstərir ki, bu kimi dezinformasiyalar məqsədli şəkildə yayılıb - çünki “informasiyaların” yayılmasından həmən sonra kiçik bir qrup erməni təxribatçısı yardımın qarşısını kəsmək məqsədilə Ağdam yolunda Rusiya sülhməramlılarının postu qarşısına toplaşıb. Ardından isə separatçıların “silahlı dəstələri” həmin əraziyə gətirilib. Erməni təxribatçılar Rusiya sülhməramlılarına qarşı da fiziki təzyiqlərə əl atıb. Yayılan görüntülər təxribatçıların sülhməramlıların avtomobilinə hücum etdiyini, rusiyalı hərbçiləri təhqir etdiyini təsdiq edir. Sülhməramlıların avtomobili ərazidən təcili şəkildə uzaqlaşaraq, xilas ola biliblər.
Qeyd etdiyimiz kimi, çox məhdud saylı bu təxribatçı qrupun kimliyi hər kəsə bəllidir - onların erməni əhalisinin mövqeyini ifadə etmədiyi bütün rakurslardan aydındır. Erməni mənbələri həmin şəxslərin Ruben Vardanyanın yaratdığı qondarma “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvlərinin olduğunu yazır. Təxribata qondarma təşkilatın “rəhbəri” Arşak Abramyan başçılıq edir.
Məlum məqsədlərinə çatmayan Ruben...
Ruben Vardanyanın “siyasi kimliyi” barədə geniş danışmağa ehtiyac yoxdur - Azərbaycan cəmiyyəti onun kimliyini, haradan və hansı məqsədlə göndərildiyini, hətta hansı təxribatçı əməllər törətdiyini yaxşı bilir. Göründüyü kimi, ötən ilin sonlarında qondarma rejimin arasında “peyda olan”, sonradan isə aradan çıxan Ruben Vardanyan yenidən “fəallaşdırılır”. Fevral ayında Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyarder Ruben Vardanyanın istefası ilə qısa sürmüş “sərgüzəştlər” bitmiş kimi görünürdü. Həmin dövrdə ard-arda baş verənlər Vardanyanın “filminin başlamamış sona çatmasını” şərtləndirmişdi. Xatırladaq ki, Qarabağa “göndərilən” zaman Vardanyanın qarşısına situasiyanı dəyişmək kimi vəzifə qoyulmuşdu. Amma plan işləmədi - Vardanyan kartının əsl üzü, əsl məqsədi çox tez bəlli oldu. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri bəyan etdi. Beləliklə, Vardanyanın “Qarabağ arzuları” dövrü başlamamış bitdi. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlarının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəydi.
Vardanyan “istifadəyə yararlı” olduğunu göstərməyə çalışır...
Həmin vaxtdan sonra kölgəyə çəkilərək ara-sıra sərsəm bəyanatlar verməklə məşğul olan, guya Araikə qarşı “müxalifətdə” dayanan Vardanyan yaranan situasiyadan öz xeyri üçün istifadə etməyə çalışıb. Arutyunyanın “hərəkətsizliyindən” istifadə etməyə cəhd göstərən Vardanyan məqsədli şəkildə yenidən fəallaşdırılır. Baş verənlər yayılan xəbərləri təsdiqləyir - Vardanyanın yeni “vəzifəsi” Qarabağdakı ermənilərin reinteqrasiyasının qarşısını almaqdan ibarətdir. Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclər arasında nifaqın yayılması təbliğatını aparır. Yardım karvanına da məhz həmin 5-6 insanla “hücum” etməyi planlaşdırıb. Bununla isə Vardanyan vaxtilə bağlı olduğu dairələrə hələ də “istifadəyə yararlı olduğunu” sübut etməyə çalışır.
SADİQ
Xəbər lenti
Hamısına bax
Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00

Xəbər lenti
21 Sentyabr 15:57

Xəbər lenti
21 Sentyabr 15:29

Siyasət
21 Sentyabr 15:04

Xəbər lenti
21 Sentyabr 14:48

Xəbər lenti
21 Sentyabr 14:11

Siyasət
21 Sentyabr 13:41

Xəbər lenti
21 Sentyabr 13:36

Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30
