Telefon diplomatiyası
13.09.2023 [10:30]
Ərdoğan və Paşinyan hansı məsələləri müzakirə ediblər?
Mübariz ABDULLAYEV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığının təfərrüatları ilə bağlı geniş məlumat verilmir. Türkiyənin Anadolu Agentliyinin yaydığı xəbərdə bildirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi telefon danışığında, həmçinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olunmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyi vurğulanıb. Bu istiqamətdə diplomatik səylərin davam etdiriləcəyi qeyd olunub.
Telefon söhbəti barədə sualı cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, danışıq çox dolğun və vacib olub. “Qarşılıqlı anlayış var ki, hər zaman müəyyən nüanslar üzərində ünsiyyət olmalıdır”, - deyə N.Paşinyan qeyd edib.
Türkiyə və Ermənistan liderlərinin telefon danışığı ilə bağlı yayılan rəsmi məlumatlar qısa olsa da, müzakirələrin əhatə dairəsinin kifayət qədər geniş olduğu ilə bağlı ehtimallar böyükdür. Əslində, belə bir müzakirənin aparılmasına zərurət yaranmışdı. Çünki məğlub Ermənistanın davranışları birmənalı qarşılanmır. Bu ölkənin apardığı işğalçılıq siyasəti 30 il ərzində regionu ciddi təhdidlər altında saxlayıb, müharibə riskləri yaradıb, əməkdaşlığın genişlənməsinə maneələr yaradıb. Ermənistan özünün aqressiv siyasətindən postmüharibə mərhələsində də əl çəkmək istəmir. Bu ölkə xaricdəki havadarlarının dəstəyi ilə yeni müharibə hazırlıqları görür, silahlar tədarük edir. Son vaxtlarda Ermənistanın Azərbaycanla şərti sərhədlərdə törətdiyi təxribatların sayı artıb. Baş verənlər 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi ərəfəsində cərəyan edən prosesləri xatırladır. Təbii ki, regionda və bütün dünyada söz sahibi olan, NATO-da ikinci ən böyük orduya malik olan Türkiyə Ermənistanın sülh prosesini pozmasından, yeni müharibə siqnalları verməsindən narahatdır. Heç şübhəsiz ki, Prezident R.T.Ərdoğan N.Paşinyanla telefon danışığında ölkəsinin bu qəbildən olan narahatlığını ifadə etməklə öz mesajlarını Ermənistan liderinə çatdırıb. N.Paşinyan bu mesajlardan dərsini almalıdır. Məğlub Ermənistanın qarşısında dayanan yeganə seçim Azərbaycana və Türkiyəyə ərazi iddialarından geri çəkilməkdir. Belə iddiaların və pozuculuq fəaliyyətinin davam etdirilməsi bu ölkənin özü üçün daha böyük faciələrə yol aça bilər.
Böyük ehtimalla telefon danışığında Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən geri çəkildiyi də N.Paşinyanın diqqətinə çatdırılıb. Həmin sənədə uyğun olaraq kommunikasiyaların, o cümlədən də Zəngəzur dəhlizinin açılması Türkiyənin də iqtisadi və siyasi maraqlarına daxildir. Bu marşrut hazırda aktuallığı artan Orta Dəhlizi Türkiyə üzərindən Avropaya birləşdirəcək. Dəhlizin işə düşməsindən bütün region dövlətləri faydalanacaqlar. Ermənistan isə region dövlətlərinin maraqlarına qarşı çıxır. Bu ölkə müharibənin başa çatmasından üç ilə yaxın vaxt ötsə də, indiyədək kommunikasiyaların açılması istiqamətində hansısa bir əməli addım atmayıb. Ancaq Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq açılacaq.
Bu gün Türkiyə regionun aparıcı dövlətlərindən biridir, qlobal güc amili qismində çıxış edir. Yuxarıda vurğuladığımız kimi, bu ölkənin hərbi potensialı da kifayət qədər böyükdür. Bunları nəzərə aldıqda Ərdoğanın Paşinyanla telefon müzakirələrində sərt ritorika ilə danışdığı fikrini qətiyyətlə ifadə edə bilərik. N.Paşinyanın diqqətinə çatdırılıb ki, Ermənistanın Türkiyənin sərhədləri yaxınlığında yeni müharibə alovlandırmağa cəhd göstərməsi yolverilməzdir. Türkiyə Azərbaycanla 2021-ci ilin yayında Şuşa Bəyannaməsi imzalayıb. Bu Bəyannamənin müddəalarına uyğun olaraq Türkiyə Ermənistanın Azərbaycana qarşı yeni təxribatlarına seyirçi qalmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

