Müsavat Partiyası yeni parçalanmanın astanasında
12.01.2012 [15:58]
Radikal müxalifət düşərgəsi yenidən şəxsi maraqların toqquşma meydanına çevrilib. Bir müddət öncə bir neçə partiya funksionerinin istefasından sonra Müsavat partiyasındakı sükut yenidən pozulub. Partiya sədri İsa Qəmbərin istefası və mart ayında keçiriləcək qurultay gündəmə gəlməklə yenidən qruplaşma davası alovlanır. Qeyd edək ki, partiya daxilindəki bu çəkişmələr həm də digər düşərgə təmsilçiləri tərəfindən qızışdırılır. Bu mənada bir sıra məqamlara açıqlıq gətirmək üçün gedən prosesləri ardıcıllıqla təhlil etmək lazımdır.
2010-cu il parlament seçkilərindən sonra Müsavat partiyasının bir neçə üzvünün-Sülhəddin Əkbərin, İbrahim İbrahimlinin, Qabil Hüseynlinin, Adil Qeybullanın istefası bu gün artıq közərməyə başlayan yeni savaşın qarşısını müvəqqəti almışdı. Həmin dövrdə öz istefasını guya müxalifətdaxili inteqrasiyanın reallaşmaması ilə əlaqələndirən S.Əkbər açıq şəkildə AXCP-nin maraqlarını qorumağa çalışırdı. Bəlkə də, AXCP-dən gələcəkdə məhz sədrlik məsələsində təminat aldığı üçün S.Əkbər özünü bu cür təqdim edirdi. Bəlli olan odur ki, hər zaman S.Əkbər və Vurğun Əyyub qruplaşmasına qarşı olan Arif Hacılı-Rauf Arifoğlu qruplaşması İ.Qəmbərin buna razılaşmasına imkan verməzdi. Və həmin dövrdə istefalar artıq bir-birilərinə qarşı açıq təhqir döyüşünə keçən tərəflərin sükuta üstünlük verməsinə şərait yaratdı...
Amma bu sükut yenidən pozulur. Qeyd edək ki, S.Əkbərin partiyadan çıxmasından sonra həmin qruplaşmanın əsas simasına çevrilən V.Əyyub məğlubiyyətlə barışaraq partiya işlərindən kənarlaşmışdı. İ.Qəmbərin martda sədrlikdən gedəcəyi məsələsi gündəmə gəldikdən sonra isə V.Əyyub yenidən fəaliyyətini diriltməyə çalışır. Uzun müddət idi ki, özünü KİV-dən uzaq saxlamağa çalışan V.Əyyub həbsdə olan Arif Hacılının sədrliyə namizədlik məsələsinə münasibət bildirib. O, deyib ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir. Onun Arif Hacılıya bu mənada eyham vurmasının arxasında isə bəzi məqamlar dayanır. Qeyd edək ki, V.Əyyub A.Hacılını hər hansı bir səsvermədə rahat şəkildə üstələyə biləcəyinə arxayın kimi danışır. Digər tərəfdən, isə onun birdən-birə sədrliyə namizəd olmaq fikrinə düşməsi özü də maraqlıdır. Demək ki, V.Əyyub A.Hacılıya və ya həmin komandadan hər hansı başqa bir şəxsin rahat şəkildə sədr kürsüsünə əyləşməsinə imkan vermək istəmir. Hətta özünün namizəd olmayacağı təqdirdə isə “tərəfdarlarını” başqa bir namizədə səs verməyə çağıracağını da bildirir. Bu isə hər bir mənada qarşı komandadan olan namizədin seçilməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə olunacağına işarədir.
Təbii ki, A.Hacılı-Rauf Arifoğlu qruplaşması da yeni savaşa start verilməsindən xəbərdardır. Qeyd edək ki, R.Arifoğlu, əslində heç bir zaman sədrlik məsələsində A.Hacılıya güzəştə getməzdi. Amma bir problem mövcuddur ki, bu da onun Müsavat partiyasına sədrlik etməsinə imkan vermir. Xatırlamaq yerinə düşər ki, R.Arifoğlu Müsavat partiyasına özünün həmtəsisçisi olduğu “Yeni Müsavat” partiyası ilə gəlib və ötən illər ərzində müsavatçılar onu hələ də tam müsavatçı kimi qəbul etmirlər. Yəni, onun partiya daxilində heç vaxt qəbul olunmaması sədr olmasına əngəl yaradır. Bu səbəbdən də hazırda o, A.Hacılıya dəstək vermiş kimi görüntü yaratmaq məcburiyyətindədir.
Bütün bu proseslərin fonunda isə İ.Qəmbərin sükuta qərq olması artıq uzun müddətdir ki, Müsavat sədrinin proseslərə təsir imkanını itirməsindən xəbər verir. Hələ bir-iki il öncə partiyasında istefaların tüğyan etdiyi dövrdə onun qruplaşmaların əlində aciz qaldığı və öz təsir imkanlarını itirməsi bəlli olmuşdu. İndiki halda isə qruplaşmalar arasındakı qalmaqalın yenidən alovlanması, sadəcə Müsavatın qurultayından qabaq yeni bir parçalanma təhlükəsinin də yaranmasından xəbər verir. Əslində, bu parçalanma qurultaydan sonra qaçılmazdır. Yəni, hər hansı qruplaşmanın qalibiyyəti nəticəsində məğlub tərəf həmin komandayla işləmək istəməyəcək. Belə olan halda isə həmin qrupun partiyanı tərk etməsi labüddür...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

