Qafqazdakı əsir...
03.10.2023 [11:55]
“Forpostluğu” İrəvanı Livana çevirəcək
Fransanın son illərdə Cənubi Qafqaza münasibətdə yürütdüyü siyasət birmənalı qarşılana bilməz. O baxımdan ki, özünü “Avropa demokratiyasının siması” kimi təqdim etməyə çalışan rəsmi Parisin Azərbaycana və Ermənistana münasibətdə ortaya qoyduğu disbalans həm də ədalətsizlik, beynəlxalq hüquqa hörmətsizlik kimi məqamlarla müşayiət olunur. Əslində burada bir “qanunauyğunluq” var - Fransanın müstəmləkəçi siyasət arzuları tarixən sülh və əmin - amanlığın təmin olunmasında yox, müharibə və münaqişələr üzərində qurulub. Afrikadakı koloniyaları əlindən çıxan Fransa hazırda Ermənistanı özünün “arxa bağçasına” çevirmək uğrunda çalışır. Bu gün Afrikada baş verənlər, Nigerdə, Konqoda və digər regionlarda Fransa müstəmləkəçiliyinə qarşı baş qaldırması, Yeni Koledoniya, Poleneziya kimi Fransadan minlərlə kilometr aralıdakı “tabe regionlar”ın siyasi mübarizəsi Parisin neomüstəmləkəçi simasını bütün dünyaya göstərməkdədir. Təəssüf ki, hər zaman özünə “böyük bacı” axtarışında olan Ermənistan bu reallığı görməzdən gəlir. Onlar indi də Fransanın “vassalı” və ya “forpostu” olmaq istiqamətində “irəliləyirlər”.
Səlibçilik siyasətinin tərkib hissəsi
Maraqlı haldır ki, XXI əsrdə Fransa hələ də özünün müstəmləki siyasətindən əl çəkmək niyyətində deyil. Başqa sözlə, Paris bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Bunun üçün də Fransa bölgəni, daha doğrusu Ermənistanı militaristləşdirməyə çalışır. Bu yolla destabilizasiya formalaşdırılır, ümumi təhlükəsizlik arxitekturasının qurulması ləngiyir, iqtisadi layihələr təxirə salınır - nəticədə, Fransa özünün maraqlarını Cənubi Qafqazda “yerləşdirir”. Parisdə səslənən “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” fikri məhz bu istiqamət üçün müəyyənləşdirilib. Bu həm də, Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir. “Sərhədlərin müqəddəsliyi” müasir səlibçilik siyasətinin tərkib hissəsidir - fərdi maraqların təmini uğrunda regionda ambisioz müharibənin başlamasını körükləmək Fransa üçün indiki məqamda “yeganə hədəfdir”.
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri bölgədə yeni münasibətlər sisteminin qurulmasını şərtləndirir. Hətta 2020-ci il Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev bölgədə çoxtərəfli əməkdaşlıq platformalarının anonsunu səsləndirmişdi. Hətta nümayiş etdirəcəyi konstruktiv mövqe əsasında bu əməkdaşlıq plaftormalarında Ermənistanın da iştirakı istisna olunmadı. Amma erməni məkri, erməni xisləti davamlı sülhə, təhlükəsizliyə təhdid yaratmaqda davam edir. Bu gün Fransanın təhriki ilə yeni “arzular” “fikirləşən” rəsmi İrəvan növbəti səhfə yol verməkdədir.
Fransanın “erməni himayədarlığı”...
Ermənistan müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. 30 ilə yaxın davam etmiş keçmiş “Qarabağ münaqişəsi”nin həllində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun üzvü kimi “missionerliyini” tam başa çatdırmayan Fransa regiona yenidən nüfuz etmək niyyətindədir. Bu yolda isə Ermənistandan vasitə kimi istifadə edir. Mənzərəni tam açmaq üçün bəzi məsələlərə diqqət yetirək:
- Aİ Şurasının Azərbaycan ilə Ermənistan arasında davam edən sülhyaratma vasitəçiliyi real nəticələr vəd edir. Fransa prosesi görür və anlayır ki, sülh müqaviləsi imzalanacağı, sərhədlər müəyyənləşəcəyi təqdirdə onun regiona yenidən müdaxilə şansları tamamilə ortadan qalxacaq.
- Belə olan təqdirdə Fransa özünü bir yolla regiona salmalıdır. Laçın dövlət sərhəd-buraxılış məntəqəsi “humanitar şou”nu istisna etdi - Qarabağdakı qeyri-qanuni xuntanın ləğvi isə Parisi düşündürür. Yeni alət kimi yenidən İrəvanın siyasi rəhbərliyinin seçilməsi isə boşuna deyil. İstər Makronun Azərbaycanın “işğalçı” qiyafəsində təqdim etmə cəhdləri, istərsə də müdafiə nazirinin son “bəyanatları” bütün dünyada Fransa üçün neqativ münasibət yaradacaq amillərdir və bunu rəsmi Paris başa düşür. Amma öz maraqları üçün, regionda yaranacaq yeni iqtisadi perspektivlərdən “kənar düşməmək” üçün bunu da gözə alır. Bu mənada, Fransanın Ermənistana göstərdiyi “dəstək” “ayı xidməti”ndən o yana getmir.
Qafqaz əsiri olmaqdan qurtulmalıdır...
Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər - Ermənistan Livanın taleyini yaşayacaq. Nəticə etibarı ilə, Ermənistan seçim qarşısındadır - ya, “Qafqaz əsiri”nə çevrilərək böyük güclərin, dövlətlərin maraqlarının və ya oyunlarının vasitəsi kimi istifadə olunacaq, ya da Azərbaycanla sülh müqaviləsi bağlayaraq öhdəliklərini yerinə yetirəcək. Bəlkə, ondan sonra Ermənistan xarici ölkələrin regiondakı “QHT”-si olmaqdan qurtula və bir dövlət kimi özünü sübut edə bilər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

