Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şəxsiyyət qüsurlu olanda...

Şəxsiyyət qüsurlu olanda...

03.10.2023 [21:28]

Müqayisələr və düşüncələr də qüsurlu olur

Redikül müxalifətin qərəzi və qısqanclığı heç kimə sirr deyil. Amma son proseslərə - antiterror tədbirləri nəticəsində 30 ilə yaxın torpaqlarımızda mövcud olmuş qeyri-qanuni xuntanın diz çökdürülməsinə nəzərən bu qısqanclığın və qərəzin bir kənara qoyulması vacib idi. Təbii ki, düşüncəsi, məntiqi, təfəkkürü yerində olan, qüsursuz şəxsiyyətə malik, içində Vətən, xalq, torpaq sevgisi daşıyan hər bir şəxs bu günlərdə bu böyük sevinci paylaşır. Müxalifətin ayrı-ayrı nümayəndələri belə Müzəffər Ali Baş Komandanın apardığı siyasəti təqdir edir, bütün işlərin zərgər dəqiqliyi ilə yerinə yetirildiyini önə sürür...

... Belə bir məqamda siması(zlığı)nı yenidən efirlərə daşıyaraq xalqa kin, dövlətə nifrət aşılayan Əli Kərimli öz ampluasındadır. “Toplum TV”-yə müsahibəsi Əli Kərimlinin bütün qüsurlarını - həm şəxsiyyət kimi, həm siyasətçi kimi, həm də bir azərbaycanlı kimi qüsurlarını açıb ortaya qoydu. Ə.Kərimli bu müsahibədə özündən qaça bilmədi və qaragüruh mahiyyətini bütünlüklə ifşa etdi.

İlk növbədə müsahibənin əvvəlində Ə.Kərimlinin psixoloji gərgin durumda olduğu nəzərə çarpır - bu təbiidir, özünütəkzib vaxtı gəlib çatıb. Bundan qaçmaq istəyi Ə.Kərimlini müsahibə zamanı düşdüyü rəzil durumu - “kliniki siyasi ölümü” gerçəkləşdirdi.

Əli Kərimli deyir ki, bu məsələ (suverenliyin bərpası - red) İlham Əliyevin vaxtında həll olunacaqsa, Azərbaycan hakimiyyəti, İlham Əliyev bundan faydalanacaq - birincisi, məsələ yox, məsələlər artıq öz həllini tapıb. Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə böyük hərblərlə ÇATIB. O ki qaldı, faydalanma məsələsinə, baş verənlərdən - suverenliyin bərpasından, ərazi bütövlüyünə nail olunmasından Azərbaycan xalqı faydalanacaq. Azərbaycan Prezidenti 3 ildir ki, döyüş meydanında, diplomatik masa arxasında bu qələbəni ilmə-ilə hörür. Öndan öncə isə 17 il geosiyasi situasiyanı dəyişmək üçün bütün gücünü səfərbər etmişdi. İqtisadi sferada, hərbi müdafiənin təşkili müstəvisində ildən-ilə artan imkanlar, beynəlxalq əlaqələrin düzgün və keyfiyyətli şəkildə, pafosdan kənar qurulması, yeni enerji siyasətinin milli maraqlara uzlaşdırılması, hərbi vətənpərvərliyin gücləndirilməsi, bununla paralel olaraq qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması... Azərbaycan hakimiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə bu prosesi qüsursuz, zərgər dəqiqliyi ilə həyata keçirdi. Niyə də indi bu prosesdən faydalanılmamalıdır ki? 2020-ci ildəki böyük Zəfər, 2023-cü ildəki tarixi nailiyyət Prezident İlham Əliyevin əməyinin, zəhmətinin bəhrəsidir. Azərbaycan Ordusunun təkmilləşdirilməsi, müasirləşdirilməsi, yeni silahların alınması, yeni strateji imkanların araşdırılması və döyüş taktikalarının mənimsənilməsi birbaşa İlham Əliyevin diqqət mərkəzində idi. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ili bütövlükdə, Azərbaycanın güclənməsinə, geosiyasi dayaqlarının möhkəmlənməsinə, iqtisadi imkanlarının artmasına, dünyada tolerant bir ölkə kimi tanınmasına, ən əsası Cənubi Qafqazda lider statusu qazanmasına həsr olunub. Əli Kərimlinin təmsil olunduğu hakimiyyət isə bir ildə ölkəni nə günə qoymuşdu? Təsəvvür belə etmək istəmərik ki, bu hakimiyyət 1 il də davam etsəydi, nələr baş verərdi...

2016-cı il döyüşlərini belə “öz adı ilə” bağlamağa çalışan Əli Kərimlinin rəzilliyi burada da özünü göstərir - haqqı deməyə cəsarəti çatmır, yalanlarla özünü ön plana çıxarmağa çalışır. Bir balaca partiyanı belə idarə etmək qabiliyyəti olmayan Ə.Kərimli aprel döyüşlərini “özü ilə bağlı xatirələrə” calamaq istəyir...

Prezident İlham Əliyev böyük siyasi ustalıqla regionda yeni geostrateji vəziyyət formalaşdırdı. Əli Kərimlinin yaşadığı şəxsiyyət qüsuru bunu inkar etməyə cəhdlər göstərir - müsahibəni aparan jurnalistin Əli Kərimlinin yalanlarını təkzib etməsi, sözün kəsərək replika verməsi, düzəliş səsləndirməsi AXCP sədrini “əsəbləşdirir”. O görür ki, cəmiyyət artıq bu kimi yalanlara açıq reaksiyalar göstərir.

Kərimli müsahibəsində Paşinyanı tərifləməkdən doymur - hətta siyasi gülünclüklə Rusiya Prezidentinin “illərlə” Paşinyanı “devirmək” cəhdləri göstərdiyini deyir. Ermənistan adlı dövlət isə yalnız və yalnız “for-post” statusuna malikdir və onun nə ordusu, nə iqtisadi resursları, nə daxili imkanları, hətta cəmiyyəti belə “özünün deyil”. Başqa sözlə, Paşinyanı “devirmək istəyib də, devirə bilməmək” ideyası yalnız gülüş doğurur. Sadəcə Ə.Kərimli etiraf etmək istəmir ki, Prezident İlham Əliyev ötən bu illər ərzində bütün siyasi paytaxtlarla münasibətiləri ən yüksək səviyyəyə çatdırmışdı. Milli maraqlara əsaslanan xarici siyasət kursumuz əməkdaşlığı, tərəfdaşlığı və iqtisadi imkanların bərabər araşdırılmasını təlqin edirdi. Prezident İlham Əliyev YENİ ƏSRİN LİDERİdir. Ötən yüzilliyə dolaşıb qalmış Əli Kərimlinin siyasi təfəkkürü bunu dərk etmək qabiliyyətində deyil.  

Gələk Kərimlinin “ikinci obyektiv faktor” olaraq irəli sürdüyü Türkiyənin son illərdə böyük regional gücə çevrilməsi məsələsinə. Bəli, Türkiyə son illərdə böyük regional gücə çevrilib və bu şübhəsizdir - sadəcə Ə.Kərimli burada Azərbaycan faktorunu unudur. Prezident İlham Əliyevin səyləri, ortaya qoyduğu iradə və mövqe Türkiyə - Azərbaycan qardaşlığını ən yüksək zirvəyə daşıdı. Avropanın enerji təhlükəsizliyində Türkiyə-Azərbaycan birliyinin oynadağı rol Ankaranın Qərbdəki mövqelərini bərkitdi. Azərbaycan - Türkiyə qardaşlığının antiterror, təhlükəsizlik məsələlərindəki baxış bucaqlarının uzlaşdırılması, Azərbaycan-İsrail-Türkiyə əməkdaşlığının daha da irəliyə aparılması Yaxın Orta Şərqdə Türkiyə faktorunu daha da qabartdı. Türkiyə bu gün dünyanın ən real güclərindən biridir və Azərbaycanın strateji müttəfiqidir.

Əli Kərimli 1993-cü ildə AXC-Müsavat hakimiyyəti tərəfindən Kəlbəcərin boşaldılmasına diqqət çəkir - oradakı əhalini çıxarmaq üçün AXC-Müsavat hakimiyyətinin başçısı Əbülfəz Elçibəyin mülki vertolyot xahişinin geri çevrilməsini “F-16”-ları Gəncə aeroportunda üzü İrəvana tərəf saxlanması ilə müqayəsi etməyə çalışır. Süleyman Dəmirəli Rəcəb Tayyib Ərdoğan ilə müqayisə edir. AXCP sədri nə üçün vertolyotu istəyən şəxslə, “F-16”-ların Azərbaycana gəlişini təmin edən Prezidenti müqayisə etmir? Türkiyənin hərbi imkanlarının genişlənməsinin bizə üstünlük qazandırdığını deyən Ə.Kərimli niyə açıqlamır ki, bu əlaqələri inkişaf etdirən, strateji zirvəyə daşıyan, “bayraqdarları” Bakıya gətirən  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri idi...

Və gələk ən maraqlı məqama... Əli Kərimli bizim qələbəmizi öz qısır düşüncəsi ilə “təhlil edən” zaman bildirir ki, bizimlə Ermənistan arasındakı əhali və ərazi nisbəti, təxminən Rusiya ilə Ukrayna kimidir: “bir anlıq düşünün ki, Ukraynaya kömək olmasaydı xaricdən, Ukrayna nə qədər dözərdi. Rusiyanın qarşısında. Biz də Ermənistandan 3-4 dəfə güclü dövlətik”. Bu da əlahəzrət təkzibolunmaz fakt - Əli Kərimli nə danışdığını artıq dərk etmək qabiliyyətini itirib, özünü və “fikirlərini” təkzib edir. Ukraynanı işğalçı Ermənistanla müqayisə edir... Bu da AXCP sədrinin “siyasi fəhmi”. Necə deyərlər, kor atın, kor nalbəndi...

Elçibəy hakimiyyəti dövründə Qarabağdakı fəaliyyətlərinə toxunan Kərimlinin iddiaları da özünütəkzibdir. Axı, özü etiraf edirdi ki, Elçibəy Dəmirəldən “mülki əhalini çıxarmaq üçün vertolyot” istəyirdi - niyə hücum etmək üçün silah-sursat, vertolyot istəmirdi?

P. İSMAYILOV

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30