Daha bir post ləğv edildi...
14.10.2023 [11:20]
Proses davam edir
Sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi 24 saatlıq antiterror tədbirlərindən sonra regionda yeni vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və qanunsuz rejim özünü buraxıb. Qarabağdakı erməni sakinlərin əksəriyyəti isə könüllü şəkildə Ermənistana gedib. Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq bəzi ermənilər Azərbaycan vətəndaşlığı almaq üçün müraciət ediblər.
Qarabağda separatizmin ləğv edilməsindən sonra Rusiya sülhməramlı kontingentinin bölgədə qalıb-qalmaması da müzakirə mövzusuna çevirilib. Xatırladaq ki, antiterror tədbirlərindən sonra sülhməramlıların bəzi postlarının ləğv olunması prosesinə start verilib. Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Oktyabrın 12-də Rusiya Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının daha bir müşahidə məntəqəsinin bağlandığı haqda məlumat yayıb. Bildirilib ki, sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi fəaliyyəti dayandırılıb. Ümumilikdə, sentyabrın 20-dən Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında sülhməramlılların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq bölgədə yerləşdirilməsi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən baş tutub. Həmin bəyanatın 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin dəyişməsi, dövlətimizin öz suverenliyini tam təmin etməsi rus sülhməramlılarının gələcəyi ilə bağlı suallar da yaradır. Üçt?rəfli Bəyanat 3 ölkə tərəfindən imzalansa da, artıq Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması, bölgədə qanunsuz olaraq yaratdığı qurumun özünü buraxması, qeyri-qanuni hərbi birləşmələrin tərk-silah edilməsi və digər amillər sülhməramlıların gələcəyinə yanaşmada rəsmi İrəvanın mövqeyini əhəmiyyətsiz edir. Xatırladaq ki, Qarabağda antiterror tədbirlərindən sonra Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov rus sülhməramlıların bölgədə qalıb-qalmaması məsələnin Bakı ilə müzakirə ediləcəyini bildirmişdi. Bugünlərdə isə Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezindenti Vladimir Putin də sülhməramlıların statusundan danışıb: “Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”.
Göründüyü kimi, bölgədə yeni vəziyyətin yaranması Rusiya sülhməramılarının fəaliyyətində də dəyişikliklərin baş verməsinə səbəb oldu. Son günlər ardıcıl olaraq sülhməramlıların postlarının ləğv edilməsi fonunda Rusiya hərbi təyyarəsinin Füzuli hava limanına eniş etməsi haqda məlumatlar da hərbi inventarın Azərbaycan ərazisindən çıxarılmağa başlanması anlamına gəlir. Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların ümumiyyətlə nəzarət zonasının qalmadığını deməyə əsas verir. Hazırda Xankəndidə patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki Qarabağda Azərbaycanın suverenliyi tam təmin olunub və müvafiq dövlət qurumları ərazidə fəaliyyətə başlayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

