Aqressiv ritorika sülh danışıqlarına xələl gətirir
19.10.2023 [10:10]
Nardar BAYRAMLI
Oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ölkəmiz haqqında yalan və əsassız fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi N.Paşinyanın çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib və bəyan edib ki, onun səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
XİN: Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir: “30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur”.
Ermənilər Laçın yolundan sui-istifadə etməyə çalışıb
Diqqətə çatdırılıb ki, Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur. Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə aldıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadratkilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib.
Ermənistanın öhdəlikləri var
Vurğulanıb ki, Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur: “Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir”.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Qarabağda qondarma rejimin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

