Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir!
04.11.2023 [10:50]
ABŞ keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Ermənilərə lobbiçilik edən təşkilatlardan biri də ABŞ-da fəaliyyət göstərən Lemkin Soyqırımın Qarşısının Alınması İnstitutudur. Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və erməni diasporu ilə sıx əlaqələrə malikdir. Bu təşkilat yarandığı qısa müddət ərzində Azərbaycana qarşı dəfələrlə əsassız iddialarla çıxış edib. Lemkin İnstitutu oktyabrın 31-də yaxın həftələrdə Azərbaycanın Ermənistana “təcavüzü” ehtimalından “dərin narahatlığını” bildirib.
“Amerikanın səsi” xəbər agentliyinin erməni xidməti təşkilatın bu “narahatlığı” ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu göndərib. Dövlət Departamenti isə sorğuya cavab olaraq Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib. ABŞ Dövlət Departamenti “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələri olacağını” vurğulayıb. “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulayırıq ki, həmin suverenliyin və ərazi bütövlüyünün hər hansı pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı tövsiyələrimizi və gözləntilərimizi vurğulayır və vəziyyəti davamlı olaraq izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur və biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”, - deyə ABŞ Dövlət Departamentindən bildirilib.
Qeyd edək ki, oktyabrın 31-də isə Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ Dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı, münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar vəziyyətin həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavab olaraq deyib ki, ölkəmizlə təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək. Ayxan Hacızadə təəssüflə bildirib ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib. Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.
“Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi, Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, - deyən XİN rəsmisi vurğulayıb ki, sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.
Göründüyü kimi, Fransa ilə yanaşı ABŞ-da da Azərbaycanın əleyhinə əsassız kampaniyalar aparılır. Təəssüf doğuran odur ki, hər iki ölkədə bu prosesdə bir çox dövlət rəsmiləri və parlamentarilər də fəallıq göstərirlər. Bu baxımdan, ABŞ Dövlət Departamentinin məlum açıqlaması da bunu təsdiqləyir. Lakin bu cür əsassız yanaşmalar Azərbaycanın iradəsinə təsir göstərər bilməz. Çünki dövlətimizin mövqeyi beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20

