Rusiya forpostunu cəzalandıracaqmı?
16.11.2023 [11:12]
Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minsk şəhərində keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsinə rəsmi Moskva münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyəcəyinə təəssüflənir: “Əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik. Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”.
Ermənistanın “Past” nəşri isə xəbər yayıb ki, rəsmi İrəvan təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarışındadır. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildiribmiş. Nəşrin yazdığına görə, Paşinyan ilk növbədə qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var. Dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran ölkə siyasətində bu dönüşün əleyhinədir. Paşinyan qapalı görüşdə əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, sakit və “yumşaq” şəkildə baş verəcək. Ermənistanın baş naziri bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində iştirak etməyəcəyini də açıqlayıb. Həmçinin, hökumət artıq bu strukturların əvəzləyicilərini axtarır və əmin olduğunu bildirib ki, tezliklə də tapılacaq.
Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin KTMT-dən “incikliyinin” səbəbini açıqlayıb. O, qeyd edib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. A.Qriqoryanın sözlərinə görə, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla “hərbi əməliyyatlar” zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb. “Bu andan başlayaraq, bizim KTMT-yə çoxlu suallarımız var və indiyədək suallara cavab almamışıq”, - deyən katib, eyni zamanda Ermənistanın üzvü olduğu KTMT-nin tədbirlərində iştirakdan imtina etməsini demarş adlandırmayıb və bunda problem görmədiyini bildirib. “KTMT-nin davranışı ilə bağlı suallarımız var və biz həmkarlarımızın bu suallara cavab verəcəyini gözləyirik”, - Qriqoryan vurğulayıb. O, Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib ki, “İrəvanın siyasətini davam etdirməyin ən yaxşı yolu budur”.
Təbii ki, Rusiya Ermənistanın bu davranışını cavabsız qoymayacaq. Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamalar da buna dəlalət edir. Lavrov yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qərb ölkələri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, amma buna nail olmayacaq: “Bu, alınmayacaq. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”. Göründüyü kimi, artıq Rusiyanın XİN başçısı bu xəbərdarlığı Ermənistana edib.
Məlumdur ki, Rusiyanın Ermənistana təsir və təzyiq imkanları kifayət qədər genişdir.
İlk növbədə, Ermənistanda Rusiyanın beş minə qədər hərbçisi mövcuddur. Gümrüdə şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Digər tərəfdən, Rusiya Ermənistanı sosial-iqtisadi cəhətdən də tam nəzarətə götürüb. Bu sahələr də Rusiyanın nəzarətindədir. Hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Beləliklə, Paşinyan hakimiyyətinin davranışları Rusiyanın öz forpostuna qarşı müəyyən sərt addımlar atmasına səbəb ola bilər. Ermənistan hakimiyyətinin Qərb tərəfdaşlarının onu nə dərəcədə müdafiə edib-etməyəcəyi isə suallar doğurur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

