ABŞ laboratoriyalarında hazırlanan “om(a)ikron” ştammı...
21.11.2023 [11:03]
Fransanın “separatizm” xəstəliyinin səbəbləri üzə çıxır...
2020-ci ilin noyabrında Azərbaycanın qələbəsi ilə yekunlaşan
Vətən müharibəsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu siyasi reallıqlardan biri də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə başlamaq, başqa sözlə, sülhün əldə olunmasına nail olmaq idi. 2021-ci ilin dekabrından etibarən Brüssel formatı çərçivəsində sülhün əldə olunması istiqamətində gedən proses isə hələ də nəticəsizliyi ilə göz oxşayır. Sülhün əldə olunmaması üçün isə ortada bir sıra subyektiv faktorlar mövcuddur...
Niyə Fransa qınanılmır - səbəbkar kimdir?
İlk növbədə, ortaya çıxan əsas “səbəb” Fransanın timsalında “Avropa marağı” adlanan amildir ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına mane olur. Xronoloji ardıcıllığı izləsək, Fransa Vətən müharibəsindən sonra həm Ermənistanın işğalçı, təcavüzkar siyasətini, həm də artıq ləğv edilmiş separatçı xuntanın “müdafiəsi” ilə bağlı bütün mümkün imkanlardan istifadə edib. Hətta siyasi peşəkarlığa, siyasi konyukturaya zidd sayılsa belə, Fransa prezidenti Makron şəxsən separatizmə əsaslanan fikirlər dilə gətirib. 2022-ci ilin sentyabrında baş verən erməni təxribatları zamanı Fransanın, onun prezidentinin, Senatının, Milli Assambleyasının tutduğu “mövqe” yaddan çıxmayıb. Bu qədər haqsızlığın, ədalətsizliyin, qərəzin və ən əsası anti-demokratik davranışın müqabilində isə Fransaya qarşı nəinki “demokratik dünya” tərəfindən reaksiya verilmədi, hətta rəsmi Paris qınanılmadı belə. Ayrı vaxt dünyada baş verən siyasi proseslərin “jandarmı” qismində dəyərləndirilən, “demokratiyanın keşikçisi” adlandırılan, “beynəlxalq hüququn” təminatçısı kimi “tanıdılan” ABŞ belə məsələyə “kar, kor, lal” qaldı. Bir tərəfdən Vaşinqtonda XİN rəhbərləri və digər dövlət rəsmiləri səviyyəsində görüşlər “təşkil edən”, mövqelərin uzlaşdırılması üçün “səy göstərən”, özünü tərəflərə “bərabər məsafədə” “təqdim edən” ABŞ sanki Fransanın davranışlarını görməzdən gəlirdi. Ortada nonsens yaşanırdı - ABŞ bir tərəfdə “sülh uğrunda mübarizə” sərgiləyir, digər tərəfdə isə sülhə qarşı ən böyük təbliğatı aparan Fransaya qarşı laqeydlik nümayiş etdirirdi. İkili oyunun son nəticəsi isə çox keçmədi ki, özünü biruzə verdi...
Sülh, yoxsa imitasiyası...
2023-cü ilin sentyabrında reallaşdırılan lokal antiterror tədbirləri sülhlə bağlı mühiti daha da dəqiqləşdirdi - artıq qondarma xunta, qondarma rejim silinmişdi. Ermənistan ilə Azərbaycan arasında real şərtlər əsasında danışıqların başlanması üçün zəmin yaranmışdı - Fransanın belə iştirak etdiyi tədbirlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımışdı, ərazilərin tanınması prosesinin istinad nöqtəsi kimi Alma - Atı bəyannaməsi göstərildi. İlk baxışdan ortada elə böyük bir problem yox idi - amma... Fransanın təxribatları ara vermirdi. Qranada görüşünə mane olan, Ermənistan ilə Azərbaycan arasında real danışıqların, ikitərəfli təmasların reallaşmasını həzm edə bilməyən Paris bu dəfə yeni qarşıdurmalar üçün “zəmin yaradırdı” - Ermənistanın silahlandırılması, Aİ-nin adı altında fransalı “deputatların” İrəvanda qondarma xuntanın keçmiş üzvləri ilə görüşlərin təşkil olunması, yenə Aİ-nin çətiri altında fransalı və almaniyalı kəşfiyyatçıların İrəvana “göndərilməsi” kimi faktlar onu göstərir ki, Qərb sülhdən çox onun imitasiyasının arzusundadır. Üzdə bu işə Fransanın başçılıq etdiyi, “böyük bacı” qismində Parisin İrəvanı səhv yönəltdiyi üzə çıxır. Medalyonun o biri üzündə isə....
Fransanı “yoluxduran”...
ABŞ artıq “ədalət tərəzisini” Ermənistanın xeyrinə “əyib” - onsuz da ötən 30 ildə bu “tərəzinin” Azərbaycan tərəfi heç bir zaman “ağır gəlməyib”. İstər Birinci Qarabağ müharibəsi dövründə, istər 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün durumunda çarəsiz qaldığı zamanlarda, istər Azərbaycanın öz haqq səsini dünyaya çatdırması uğrunda çətin mübarizələr apardığı günlərdə, istər haqsız “şərtlər” qarşısında güzəştə məcbur edildiyi illərdə özünü “vasitəçi” kimi qələmə verən ABŞ bütün gücü ilə haqqın yanında yer tutmamışdı. İşğala məruz qalan ölkəyə qarşı “907-ci düzəliş” kimi bir ədalətsizliyə imza atan ölkədən bundan artığını gözləmək bəlkə də lazım deyildi - hər bir halda, özünü “demokrat” adlandıran ölkənin addımları qatı imperialist maraqlardan “qidalanırdı”.
Yenə də eyni ştrixlər gözdən yayınmır - Avropanı, dolayısı ilə Fransanı özünün “nəzarət orbitindən” bir addım belə kənara buraxmayan ABŞ medalyonun görünməz tərəfidir. Separatizmin “om(a)ikron” ştammının “yayılmasına” da şəraiti məhz ABŞ yaradır. Son qondarma “dinləmələr” də, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvienin “patrula” çıxaraq Azərbaycan sərhədlərini “durbinlə” izləməsi də deyilənləri təsdiqləyir - Fransanı bu işdə “ruhlandıran”, “ürəkləndirən”, “arxasında dayanan” məhz Ağ Evdir. Makron ABŞ-ın “kölgəsinə” sığındığı üçün demokratik dünyanın hədəfinə gəlmir - onun bütün özbaşnalığı, separatizmi dəstəkləməsi, yeni müharibələr körükləməsi və bu kimi addımları susqunluqla qarşılanır. ABŞ-ı “arxasına” alan Fransa Azərbaycana qarşı oyunlar oynamaqla, sülhə mane olmaqla Qərbin Cənubi Qafqazla bağlı çirkin planlarını ifşa edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

