Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Okampo yenə “cızır”...

Okampo yenə “cızır”...

21.12.2023 [10:36]

Separatizmi dəstəkləyən korrupsioner hüquqçu özünü ifşa edir

Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar ədalətin mənzərəsi olmaqla yanaşı, həqiqətlərin üzərinə işıq saldı. Beynəlxalq hüququ əsas götürərək bir sıra cinayətlərdə günahlandırılan şəxslərin ədalətli mühakiməsini təşkil və təmin edən Azərbaycan növbəti dəfə nümunəvi davranış sərgilədi - qanun pozan insanlar qanun qarşısında cavab verməlidir. Qarabağdakı xuntanın çöküşü ilə Azərbaycan xalqına və dövlətinə qarşı qeyri-qanuni fəaliyyət göstərmiş, cinayətlərdə günahlandırılan şəxslər Cinayət Məcəlləsinin müvafiq bəndləri əsasında saxlanılaraq mühakimə qarşısına çıxarılıb. Ən əsası isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu şəxslər Azərbaycan qanunlarını pozmaqda, separatizmi yaymaqda, terrorda və digər məsələlərdə günahlandırılırlar. Hətta bunlardan bəziləri, öz günahlarını geniş auditoriya qarşısında etiraf etmiş şəxslərdir.

Azərbaycanın bu humanist mövqeyi isə erməni lobbisi və onun nəzarətində olan şəxslər tərəfindən adekvat qarşılanmır - tam əksinə, fərqli yollarla, əsassız “arqumentlərlə”, yaxud “qətnamə” və “hesabatlar” vasitəsilə prosesə “təsir göstərmək” istəyənlər tapılır ki, onların da bu arzuları elə arzu olaraq qalır. Məsələn, Luis Moreno Okampo kimilərinin hazırladığı “hesabatların” mahiyyəti bəllidir - daima separatizmə dəstək verən, adını “hüquq müdafiəçisi” qoyaraq əslində, cinayətkarları məsuliyyətdən yayındırmağa yönəlik fəaliyyəti ilə diqqət çəkən belələri üçün həqiqət və ədalət anlayışı nisbi anlam daşıyır....

Korrupsioner kimlik...

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, indi isə erməni lobbisinin oyuncağına çevrilmiş Luis Morena Okamponun növbəti qondarma hesabatı da məhz bu qəbildəndir. Okampo ermənilərin əsl sevimlisidir - o, qondarma rejimin təmsilçisi və hazırda Bakıda həbsxanada olan Arutyunyan ilə yaxın dostdur. Məhz Arutyunyanın sifarişi ilə Okampo Azərbaycana qarşı bəzi kampaniyalarda yer alır. Hətta bu ilin yayında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Luis Moreno Okamponun hazırladığı sənədə istinad etmişdi.  

Maraqlıdır ki, digər ermənipərəstlər kimi Okamponun da “sicili” rüşvət və korrupsiya faktları ilə “göz oxşayır”. Erməni lobbisinin “adamı” kimi xarakterizə olunan Okampo qaranlıq keçmişə malik birisidir. Düzdür, o, həyatının bəzi şübhəli məqamlarını pərdələməyə çalışsa da, buna nail olmayıb. BCM-in prokuroru işləyərkən səlahiyyətlərindən “geniş və rahat” şəkildə istifadə etməsi, sərvət qazanması barədə məlumatlar kifayət qədər çoxdur. Məsələn, Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərdə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir.

2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar bankdakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Jurnalist araşdırmaları onunla bağlı təkzibolunmaz faktları üzə çıxarmaqla Okamponun qaranlıq fəaliyyətinə “işıq tutdu”. Bu kimi saysız faktlar Okamponun “hüquqşünas” libası altında gizlənmiş korrupsioner bir “siyasi dəyənək” olduğunu ortaya qoyur.

Beynəlxalq hüquqa qarşı hörmətsizlik...

Okamponun yeni “hesabatına” nəzər saldıqda isə orada bütövlükdə yer alan fikirlərin yalan və böhtandan ibarət olduğu ortaya çıxır. Xocalı qatillərinə “azadlıq” istəyən, hətta onların ədalət mühakiməsi qarşısına çıxarılmasını “soyqırımı” kimi təqdim edən Okampo beynəlxalq hüququ pozaraq Azərbaycanın suveren ərazisi olan Qarabağın adını təhrif edərək orada yaşayan erməniləri  “dağlıq qarabağ etnik qrupu” adlandırıb. Hesabatda Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtanlara “istinad edilməsi” isə əsl məqsədi nümayiş etdirir -Fransa-Ermənistan cütlüyü Azərbaycana qarşı haqsız iddiaları əsasında təşkil edilən platformalarda uğradıqları məğlubiyyəti həzm etmir və bunu fərqli yolla - Okamponun vasitəsilə yenidən “aktlallaşdırmağa” çalışır. Əlbəttə ki, Okamponun bu “cəhdi də heç bir işə yaramır və onun yaydığı bu kağız parçası hüquqi əsasa malik deyil.

Qərbi Azərbaycan İcması bəyanat yaydı...

Yeri gəlmişkən, Okamponun bu qərəzli “hesabatı” ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat yayıb. Bəyanatda bildirilir ki, Xocalı qatillərinin tutulmasına gözyaşı tökən səlibçi mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızma-qaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib: “Cızma-qarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb. Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində, özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Bəyanatda, həmçinin bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31