Qarabağda səsvermə...
09.02.2024 [10:20]
Ermənistanı niyə “narahat” edir?
İcma: Əsl etnik təmizləməni Ermənistan hökuməti həyata keçirib
Fevralın 7-də Azərbaycanda prezident seçkiləri azad, ədalətli və beynəlxalq standartlara uyğun qaydada keçirildi. Bu faktı yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidə missiyaları da təsdiqləyib. Nəzərə alaq ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib.
Budəfəki seçkilər onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir seçkilər bütün ərazilərimizi əhatə edir. Çünki Ermənistanın işğalçılıq siyasəti səbəbindən ərazilərimizin bir hissəsində heç vaxt seçki baş tutmayıb. Bütün bunların fonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində keçirilən prezident seçkilərinin Zəfər seçkisi adlandırılması tamamilə məntiqlidir. Görünür, bu səbəbdəndir ki, seçkilərin ərazi bütövlüyümüzün təmin olunması şəraitində keçirilməsi Ermənistanda “narahatlıq” yaradıb. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Marukyan özünün X səhifəsində Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən Xankəndi şəhərində də səsvermə prosesinin təşkil olunmasını həzm edə bilməyib. Uzun illər separatçıların yuvasına çevrilmiş bu şəhərin tarixi adının özünə qaytarılmasını erməni səfir cılız “məntiqi” ilə şərh etməyə çalışıb. Marukyanın iddiasına görə, sən demə, yerli əhalinin qərarı olmadan şəhərinin adının dəyişdirilməsi mümkün deyilmiş. Ona xatırlatmaq yerinə düşər ki, bu məkanın adı tarixən Xankəndi olub. Ötən əsrin əvvəllərində Sovet İttifaqı qurulandan sonra erməni cinayətkar, əli minlərlə günahsız azərbaycanlının qanına bulaşmış Stepan Şaumyanın adı verilib. İndi isə şəhərin tarixi adı özünə qaytarılıb.
Əlbəttə ki, bütün bunlar sadəcə bir bəhanədir. Ermənistana rahatlıq verməyən uzun illər işğal altında saxladıqları ərazilərimizin azad olunması və bu ərazilərdə seçkilərin keçirilməsidir. Əslində, erməniləri “ruhlandıran” AŞPA-nın ölkəmizlə bağlı son qərarı və almaniyalı parlamentari Frank Şvabenin məlum “canfəşanlığı”dır. Lakin onların hansısa yalan və böhtançı mövqeyi Azərbaycanın iradəsinə təsir edə bilməz. Xatırladaq ki, işğaldan azad olunmuş Xankəndi ilə yanaşı Şuşa, Xocalı, Ağdərə, Xocavənd, Zəngilan, Laçın və ərazilərimizdə səsvermə prosesi təşkil olunub. Məlumat üçün bildirək ki, həmin ərazilərdə 30-a yaxın məntəqə üzrə 23 minə qədər seçici səs vermək hüququna malik olub.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması Edmond Marukyanın açıqlamasına münasibət bildirib. İcmanın bəyanatında bildirilir: Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama verib. Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş, yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır”.
Bəyanatda qeyd olunub ki, Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan Marukyanın diqqətinə çatdırmaq istərdik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurda, Dərələyəzdə, İrəvanda və digər yerlərdə edib. Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına - Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanır. “Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqlaryan ağlında olan E.Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmalıdır”-deyə İcma bəyan edib.
Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının və AŞPA-nın üzvü Frank Şvabenin də son vaxtlar Azərbaycana qarşı fəaliyyətinə münasibət bildirib: “Frank Şvabenin bu fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar. F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər. Lakin tarix göstərir ki, F.Şvabe kimi əli qələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

