YAP Veteranlar Şurasının iclası keçirilib
16.02.2024 [15:26]
Fevralın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
İclası giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə əvvəlcə fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərinin önəmindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Prezident seçkilərinin ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsinin tarixi hadisə olduğunu vurğulayan A.Rəhimzadənin sözlərinə görə, bütün dünya bir daha ölkəmizdə xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, prezident seçkilərindən sonra artıq müstəqil dövlətimizin həyatında yeni mərhələ başlayıb: “Cənab İlham Əliyev andiçmə mərasimində qarşıda dayanan yeni vəzifələri və hədəfləri açıqladı. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrdə də hədəflərimizə çatacağıq”.
Daha sonra iclasın gündəliyi barədə məlumat verilib. Bildirilib ki, gündəliyə YAP Veteranlar Şurasının 2023-cü ildə fəaliyyətinin yekunları və 2024-cü il üçün Tədbirlər Planının müzakirəsi daxildir.
A.Rəhimzadə qeyd edib ki, ötən il YAP Veteranlar Şurası məhsuldar fəaliyyət göstərib. Tədbirlər Planında nəzərdə tutulmuş bütün məsələlər icra olunub, Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər. A.Rəhimzadə xüsusilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin önəmini vurğulayaraq gənclərlə görüşlərin əhəmiyyətinə diqqət çəkib.
2024-cü ilin Tədbirlər Planına gəlincə, YAP Veteranlar Şurasının sədri il ərzində müxtəlif toplantıların keçirilməsinin nəzərdə tutulduğunu, ideoloji məsələlərin, gənclərlə işin, xüsusilə də Heydər Əliyev ideyalarının təşviqi və Prezident İlham Əliyevin siyasətinin təbliğinin daim diqqət mərkəzində olacağını vurğulayıb.
İclasda YAP Veteranlar Şurasının üzvləri çıxış ediblər. Çıxışlarda yeni dönəmdə dövlətimizin və xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanacağına əminlik ifadə olunub. Natiqlər YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunlarını qənaətbəxş qiymətləndirməklə yanaşı, 2024-cü ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

