Ermənistanı gözləyən acı tale...
21.02.2024 [11:05]
Əhali bu ölkəni birdəfəlik tərk edir
Ermənistanda mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir. Hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatmaqdadır. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutur. Hazırda baş verənlər Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına səbəb olmaqdadır. Sosial durumu onsuz da ağır olan ermənilər mövcud vəziyyətə etiraz edir. Bu səbəbdən ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmi azalıb. Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşunun kəskin şəkildə azalmasına səbəb bir tərəfdən əcnəbi investorlarda bu ölkənin iqtisadi inkişafına, gələcəyinə inamsızlıq yaranmasıdırsa, digər tərəfdən korrupsiyaya qurşanmış dövlət məmurları tərəfindən onlara göstərilən müxtəlif təzyiqlərdir. Eyni zamanda, ölkədə xarici investisiya üçün münbit şəraitin yaradılmaması, sərmayədarların hüquqlarının dövlət tərəfindən qorunmaması da öz rolunu oynayır.
Belə halda o da xüsusi diqqət cəlb edir ki, Ermənistan rəhbərlərinin təbliğatına baxmayaraq, ölkəni birdəfəlik tərk edənlərin sayı gündən-günə artır. Ermənistan parlamentinin deputatı Elinar Vardanyanın dediyinə görə, son on ildə Ermənistanı təxminən 300 minə yaxın insan tərk edib. Belə ki, 2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə gedib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil, bu dövlətdən ayrılmaq deməkdir. Ermənistan pasportu ilə gedib geri qayıtmayanların sayı 10 il ərzində 291 min 327 nəfərdir. Bu müddət ərzində yalnız 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 min 786 nəfər üstələyib, bu da COV?D pandemiyası məhdudiyyətləri ilə əlaqədar idi. Maraqlıdır ki, 291 min 327 nəfərin yarısı, təxminən 138 min 024-ü Ermənistanı tərk edib və son üç ildə geri qayıtmayıblar. Bu rəqəmlər 2021-ci ildə 73 min 521, 2022-ci ildə 27 min 941, 2023-cü ildə 36 min 512 nəfər olub.
E.Vardanyan bildirib ki, təkcə son üç ildə 138 min 024 Ermənistan vətəndaşı ölkəyə dönməyib: “Üstəgəl, qalan yüz minlərlə vətəndaşımız “Yaşıl Kart” (Amerikaya getmək) arzusundadır. 2019-2021-ci illər üçün “Yaşıl Kart”a müraciət edənlərin statistikası ABŞ-nin rəsmi dərc olunmuş statistikasında ümumiləşdirilib. ABŞ-də daimi yaşamaq üçün səfirliyə 602 min 359 müraciət olub. 2021-c? ildə 160 min 965 nəfər ABŞ-da rezidenturaya müraciət ünvanlayıb. Bu atmosferdə son iki ildə belələrinin sayının nə qədər olacağını təxmin etmək olar. Ermənistandan “Yaşıl Kart”a müraciət edənlərin sayı Gürcüstan və Azərbaycanla müqayisədə bir neçə dəfə çoxdur. Bu, miqrasiya deyil, vətəndaşların kütləvi şəkildə dövləti rədd etmək qərarıdır. İnsanlar ona görə gedirlər ki, dövlətimizə, gələcəyimizə əmin deyillər. Hər kəs sabahla bağlı qeyri-müəyyənlik içindədir”.
Ümumiyyətlə, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdəndən bəri sosial-iqtisadi böhran məngənəsində olub. 30 illik işğal bu ölkəyə heç bir divident gətirmədi, əksinə dalan dövlətə çevirdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ermənlərin vəziyyəti daha da pisləşib. Çünki işğal altında saxladığı torpaqlarımızı qanunsuz olaraq istismar etməkdən də məhrum oldular. Əlbəttə ki, bu cinayətdir və buna görə ədalət məhkəməsi qarşısında cavab verməli olması ayrı mövzudur. Məsələ ondadır ki, Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasından nəticə çıxarmaq istəmir. Hazırda Qərbin himayəsinə sığınmaq istəyən bu ölkəni gələcəkdə də yaxşı heç nə gözləmədiyi ortadadır. Qərb dövlətlərinin yalan vədlərinə ümid edən rəsmi İrəvanın davranışlarından əziyyət çəkən isə sadə əhalidir. Bu səbəbdən də, insanlar bu ölkəni tərk etməyə üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, Qərbin korporativ mənafeyə əsaslanan siyasəti indiyə kimi heç bir ölkəyə və onun xalqına xoşbəxtlik gətirməyib. Bəzi postsovet ölkəkələrinin, eləcə də “ərəb baharı”nın qurbanlarının nümunəsi Qərbə inamın nəticələrini ortaya qoyur. Belə davam edərsə, Ermənistanı da bu acı tale gözləyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

