“Mandat” oyunu...
13.03.2024 [10:55]
Politoloq: Oskanyanın Avropa turnesi heç bir nəticə verməyəcək
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri, o cümlədən erməni diasporu və lobbisini ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, Qarabağdan Ermənistana köçmüş erməni separatçılarını beynəlxalq gündəmə çıxarmaq istəyirlər. Eyni zamanda, müəyyən dairələr “artsax” mövzusunu müxtəlif platformalara daşımağa çalışırlar. Xatırladaq ki, bu məqsədlə yanvar ayında qondarma “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. Bu cəfəng “qurumun” “məqsədi” “artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir.
Erməni mediasının yazdığına görə, V.Oskanyan və “komitə”nin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədir.
“Hraparak” qəzeti yazır ki, Oskanyanın dəstəsi Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə görüşlər keçirirlər: “Artsax parlamentariləri (?!) Oskanyanın martın ortalarında Ermənistana qayıdışını və onlarla görüşüb görülən işlərlə bağlı məlumat verəcəyini gözləyirlər. Amma onlar artıq bilirlər ki, Oskanyan nazir işlədiyi dövrdəki Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçirib. 3 gündə 16 görüş keçirib. “Komitə” isə hazırda beynəlxalq mandat almaq üçün işlərlə məşğuldur. Bu məqsədlə hüquqi təqdimatların hazırlanması üçün hüquqşünaslarla müzakirələr davam edir”.
Qeyd edək ki, Ermənistanın özündə separatçıların “strukturlarının” fəaliyyəti qadağan edilib. Qanunsuz rejimin sonuncu başçısı Şahramaryan nə qədər cəhd göstərsə də, baş nazir Nikol Paşinyan onu qəbul etmir. Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan hələ vəzifədə olarkən separatçıların İrəvanda fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. O bildirmişdi ki, “Artsax”ın heç bir “dövlət qurumu” Ermənistan ərazisində fəaliyyət göstərə bilməz və bunu təhlükəsizlik məsələsi adlandırmışdı. Onun açıqlaması Ermənistanda ciddi müzakirə mövzusu oldu. Marukyanın səbəbsiz yerə deyil, birbaşa baş nazir Nikol Paşinyanın təlimatı əsasında belə danışdığı qeyd edilirdi. Eyni zamanda, Qarabağdakı separatçıların heç bir vəchlə İrəvanda siyasi fəaliyyətlə məşğul olmayacağı vurğulanır.
Bütün bunların fonunda V.Oskanyanın rəhbərlik etdiyi “komitə”nin qanunsuz fəaliyyətinin də effektsiz olacağı şübhə doğurmur. Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, erməni lobbisi uzun müddətdir V.Oskanyanı siyasi səhnəyə gətirməyə can atırdı. Məqsəd bundan ibarətdir ki, onu hansısa formada Ermənistanın siyasi həyatında təqdim etsinlər, proseslərdə müəyyən rolu olsun. Onun sözlərinə görə, Oskanyanın geopolitik baxışları müəyyən güc mərkəzlərinin maraqlarına uyğundur. Bu səbəbdən də, keçmiş XİN başçısından istifadə etmək istəyirlər.
Politoloq qeyd edib ki, Qarabağda keçirilən antiterror tədbirlərindən sonra dövlət suverenliyimiz bərpa edildi və bu da regionda yeni vəziyyət yaratdı: “Lakin buna baxmayaraq, regionda yeni reallıqları qəbul etmək istəməyən qüvvələr mövcuddur. Onlar çalışır ki, həm Azərbaycanın ərazi bütövlüyünə qarşı ermənilərin fəaliyyəti davam etsin, həm separatizmi cücərtsinlər, həm də beynəlxalq təzyiqlər nəticəsində erməniləri Qarabağa qaytarsınlar. Bununla da, bölgədə müəyyən siyasi proseslər hərəkətlənsin. Bu səbəblərdən Oskanyan belə bir prosesə qoşulub. Bütün bunlar nə qədər təəssüf doğursa da, o qədər də beynəlxalq hüququn tapdanmasıdır. Oskanyan anlamalıdır ki, bu fəaliyyətin heç bir perspektivi yoxdur. Çünki vaxtilə xarici işlər naziri kimi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesində iştirak edib. Və şahidi olub ki, Azərbaycan dövləti ərazi bütövlüyü məsələsində nə qədər qətiyyətli olub”.
Həmsöhbətimiz hesab edir ki, separatizmin yenidən gündəmə gəlməsində müəyyən beynəlxalq dairələr Oskanyana meydan verir: “Düşünmürəm ki, Oskanyanın Avropada keçirdiyi görüşlər hansısa nəticəyə gətirib çıxaracaq. Çünki Azərbaycanın bu istiqamətdə çox güclü siyasi iradəsi və prinsipiallığı var. Digər tərəfdən, qondarma “komitə”yə hər hansı beynəlxalq mandatın verilməsi mümkün deyil. Çünki hansısa beynəlxalq təşkilat belə bir qondarma dəstəyə bu statusu verə bilməz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

