Azərbaycanın gələcək inkişafının əsas təminatçısı...
26.09.2024 [12:29]
Gənclərin milli ruhda yetişməsi daim diqqət mərkəzində olmalıdır
Gənclik hər zaman milli gücün aparıcı lokomotivi sayılır. Tarixin bütün dönəmlərində milli ruha, vətənpərvərlik hissinə, dövlətə və millətə bağlılıq kimi ali dəyərlərə malik gənclər öz ölkəsinin inkişafının ən mühüm lokomotivinə çevrilib.
Milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Azərbaycanın inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır.
Qlobalizasiyanın zərərli təsirlərindən qorunmaq üçün...
Müasir dövrdə xarici, xüsusilə, qloballaşmanın yaratdığı ideoloji və mədəni təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir: “İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”.
Bəli, xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə cəmiyyətin inkişafına. Milli maraqlara bağlılığa xələl yetirə bilər. Bunun qarşısının alınması üçün isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, milli kimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirmələri əsasdır. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır.
Ailə və məktəbin gənclərin milli ruhda yetişməsi üçün vəzifəsi...
Ailə və təhsil sistemi isə milli ruhun formalaşmasının ən əsas sütunlarıdır. Ailə bir insanın ilk mənəvi formalaşma məkanıdır. Valideynlərin milli və mənəvi dəyərləri uşaqlarına ötürməsi, onların ilk günlərdən milli kimlik və vətən sevgisi ilə tərbiyə olunmaları vacibdir. Valideynlərin özləri də milli dəyərlərə bağlı olmalıdır ki, uşaqlara düzgün nümunə göstərsinlər. Bu, uşaqların gənclik dövrünə çatanda sağlam milli şüura və mənəvi dəyərlərə sahib olmasına kömək edir.
Eyni zamanda, təhsil sistemi də bu prosesin ayrılmaz tərkib hissəsidir. Təhsil müəssisələri gənclərə bilik verməklə yanaşı, onların milli və vətənpərvər ruhda yetişməsinə də xidmət etməlidir. Məktəblərdə və ali təhsil ocaqlarında ənclərə Azərbaycan tarixini, milli qəhrəmanlarını, mədəni irsini və dövlətçilik ənənələrini öyrətmək əsas məqsəd olmalıdır. Təbii ki, təhsil müəssisələri gəncləri müasir dünyanın çağırışlarına cavab verən bilik və bacarıqlarla təmin etməlidirlər ki, onlar həm daxili, həm də beynəlxalq arenada ölkələrini uğurla təmsil edə bilsinlər - təhsilin məqsədi yalnız peşəkar hazırlıq deyil, eyni zamanda vətəndaşlıq şüuru, vətən sevgisi və mənəvi dəyərlərin inkişaf etdirilməsi sayılmalıdır. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunub. Bildirib ki, biz - bütün cəmiyyət daim diqqətli olmalıyıq: “Mən Xankəndidə də bunu dedim: Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq”.
Təhsil və ailənin birgə səyləri nəticəsində gənclər həm savadlı, həm də milli ruhda formalaşmış vətəndaşlar kimi yetişir. Bu vətəndaşlar gələcəkdə Azərbaycanı irəli aparacaq güclü, müasir və milli dəyərlərə sadiq cəmiyyətin təməlini təşkil edəcəklər.
Milli ruhda böyüyən, savadlı və vətənpərvər gənclər Azərbaycanın gələcək inkişafı üçün ən vacib resursdur. Onların xarici təsirlərə müqavimət göstərə bilməsi, milli maraqları qoruyaraq dünya arenasında Azərbaycanı layiqincə təmsil etməsi milli təhsil və ailə sisteminin əsas vəzifələrindən biridir. Bu istiqamətdə atılan hər bir addım, həm ölkənin daxili sabitliyini, həm də beynəlxalq müstəvidə mövqeyini gücləndirəcəkdir.
Gənclərimiz Vətən müharibəsindəki qələbədə mühüm rol oynadı...
Azərbaycanın dövlət siyasətində gənclərə göstərilən diqqət və qayğı müstəqillik illərindən etibarən xüsusi önəm daşıyıb. Gənclərin milli ruhda yetişdirilməsi və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan addımlar, müxtəlif dövlət proqramları və təşəbbüslər bu sahədə dövlətin ardıcıl siyasətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, məhz bu məqsədlərə xidmət edir. 2005-ci ildə “Azərbaycan gəncliyi” dövlət proqramı ilə başlayan bu diqqət, gənclərin təhsil alması, vətənpərvər ruhda formalaşması və müasir dünyaya inteqrasiya etməsi üçün möhkəm baza yaradıb. Bu diqqətin ən bariz nümunəsi 2020-ci ildə Vətən müharibəsində gənc nəsilin göstərdiyi şücaət və vətənpərvərlik ruhunda özünü əks etdirdi. Vətən müharibəsi zamanı Azərbaycan gəncləri, milli ruhda yetişdirilmələrinin, ölkəyə bağlılıqlarının və dövlətin gənclərə verdiyi dəstəyin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdilər. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər. Prezident İlham Əliyev Milli Məclisin ilk iclasındakı çıxışında vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!: “Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.
Azərbaycan gənclərinin hər bir uğuru dövlətin onlara verdiyi dəstəyin və dövlət proqramlarının effektivliyini sübut edir. Gənclərin milli ruhda yetişməsi üçün açılan Gənclər Evləri, yaradılan Gənclər Fondu və digər dövlət strukturları gənclərə öz istedadlarını göstərmək və ölkənin inkişafına töhfə vermək üçün geniş imkanlar təmin edir. 2020-ci ildə qazandığımız qələbə bu işlərin bariz nəticəsi kimi tarixə düşdü.
Vətən müharibəsində göstərilən qəhrəmanlıq sadəcə cəbhə bölgəsində deyil, həm də ölkə daxilində ictimai həmrəylikdə də öz əksini tapdı. Müharibə dövründə xaricdə yaşayan azərbaycanlı gənclər bir çox könüllü təşkilatlar vasitəsilə öz həmvətənlərinə dəstək verdi, cəbhə arxasında çalışan, yaralı əsgərlərə yardım edən, informasiya müharibəsində fəal iştirak edən gənclər isə Azərbaycan xalqının birliyini və milli vətənpərvərlik ruhunu daha da gücləndirdi.
Bu gün Azərbaycan gəncləri həm müasir texnologiyaların verdiyi imkanlarla ölkənin inkişafına töhfə verir, həm də tarixi yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq qalırlar. Vətən müharibəsindəki qələbə dövlətin gənclər siyasətinin düzgün istiqamətdə olduğunu bir daha sübut etdi. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi məhz bu gənclərin vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin ediləcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53