Yağışla bağlı növbəti xəbərdarlıq...
26.10.2024 [09:46]
Hansı tədbirlər görülür?
Bir neçə gün öncə-oktyabrın 19-dan 20-nə keçən gecə paytaxta yağan yağış bir sıra fəsadlara yol açmışdı. Belə ki, Sabunçu Dəmir Yolu Vağzalı yaxınlığındakı tunel yağış nəticəsində yolun əsas hissəsinə qədər su altında qalıb. Ərazidə yaranan gölməçə sürücülərə ciddi çətinliklər yaradıb.
Yağışın fəsadları nəticəsində Xəzər Universitetinin yeməkxanasını da su basıb. Bundan başqa, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında da problem yaşanıb. Rəsmi məlumata görə, paytaxta düşən yağıntının miqdarı normadan 3 dəfə çox olub.
Temperatur 4-6 dərəcə aşağı enəcək
Bakıda və Abşeron yarımadasında növbəti dəfə yağış yağacağı və leysan olacağı ilə bağlı xəbərdarlıqlar edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Bəzi boruların istismar müddəti bitib
Yağışın törətdiyi fəsadlarla bağlı açıqlama verən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, yağıntılarla bağlı küçələrdə subasmasının səbəbi yağıntının illik normadan dəfələrlə artıq olması, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda yaranan problemlərdir. Mətbuat katibi qeyd edib ki, Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən borular, drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib: “Təbii ki, bunlar zaman-zaman dəyişdiriləcək. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşiblər, eyni funksiyanı yerinə yetirirlər. Bunların da zaman zaman bir- birindən ayrılması prosesi həyata keçiriləcək”.
Evlər harada gəldi inşa olunur...
Xidmət rəsmisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə Bakıda evlərin, xüsusilə həyət evlərinin sayı artıb və bu evlər harada gəldi inşa olunur: “Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlar qapalı vəziyyətdədir, üzərinə betonlar tökülüb. Hazırda bu kimi neqativ vəziyyətin aradan qaldırılması üçün də işlər görülür”.
Bütün güc səfərbər olunub
C.Musaoğlu bildirib ki, normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı birinci şəxsdən rəhbərliyə qədər hər kəs səfərbər olaraq işləyir: “Problemin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, o cümlədən Regional Su Meliorasiya Xidməti gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir. Elə yerlər var ki, suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, “Bakı şəhərinin Baş planı 2040”da şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət, kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Artıq bu işlərin həyata keçirilməsi üçün işlər başlayıb”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

