Qadına qarşı zorakılıq heç də əxlaq(sız)la bağlı deyil
28.11.2024 [09:05]
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil
Əlahəzrət faktdır ki, müasir həyatımızda dünyanın hər yerində qadına zorakılıq halları təəssüf ki, bitmir, tükənmir. İllərdir gerçəkləşən “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil. Təəssüf ki, bu qəbildən baş verən digər cinayət hadisələrinə də tez-tez rast gəlirik. Xüsusilə son illər ailə-məişət və şəxsi münasibətlər zəminlərində qeydə alınan xoşagəlməz hadisələrin şahidi oluruq. Bir çox hallarda isə bu hadisələrin “əxlaqsızlıq”la əlaqələndirilməsi diqqət çəkir. Bu hal istisna deyil. Lakin müşahidələrə və statistikaya əsaslansaq görərik ki, qadınlara qarşı zorakılıq heç də həmişə əxlaqla bağlı deyil. Bu yerdə Frido Kahlonun sözləri yada düşür: “Əxlaq və namus deyincə sadəcə qadından danışan hər kəs əxlaqsız və namussuzdur”. Frida Kahlo haqlıdır, haqlı deyil, bu, başqa mövzudur. Lakin idrak etmək lazımdır ki, əxlaqi keyfiyyətləri kişi və ya qadınlıqdan asılı olmayaraq hər kəs daşımağa borcludur. Çünki əxlaq bir dəyərdir və dəyər İNSAN olan hər kəsə məxsusdur. Axı İNSAN ən ali varlıqdır. Belə isə, əxlaq etiketləri nəyə görə cinsi ayrıseçkiliyə bölünməlidir? Əxlaq cins məsələsi deyil, əxlaq mənəviyyatdır, mənəvi irsdir, o görünmür, içdədir, insanın iç dünyasındadır. İçini-iç dünyanı təmiz saxlamaq Yaradanın bizə əmanəti, bizim isə sözlə ifadə edə bilməyəcəyimiz borcumuz deyilmi? Bir anlıq xatırlamağa çalışaq: birinə maddi borcumuz olanda özümüzü necə hiss edirik? Təbii ki, o borcu maksimum tezliklə ödəməyə çalışırıq, ödəyə bilməyəndə isə utanarıq, mənəvi üzüntüyə uğrayarıq, xəcalət çəkirik və s. Bəs mənəvi dünyamızı, mənəvi borcumuzu nədən unuduruq? Yaradılışdan bizə ( qadın-kişi, fərq etməz) verilən əmanətə (insanı insan edən dəyərlərə) sahib çıxmayanda, onu qorumayanda özümüzü necə hiss edirik? Daxili aləmimizin çirkləndiyinin fərqinə varırıqmı? Yoxsa bu məsuliyyəti başqasının üzərinə atmağa çalışırıq? Özünü, daxili aləmini - Yaradanını, ailəsini, doğmalarını, yaxın və uzaq çevrəsini, ölkəsini, dövlətini, millətini düşünməyin, təəssübünü çəkməyin cinsi varmı sizcə? O zaman dünya gündəmindən düşməyən bu yanlış yanaşmanın, qərəzin səbəbi nədir? Bu ayrıseçkiliyə əsas verən amillər: ədalətsizlikdirmi, ayrıseçkilikdirmi? Yoxsa cəhalət və ya cahillikdir? Məhdud dünya görüşümü, savadsızlıqmı, qorxaqlıqmı? Suallar o qədər çox ki,..
Hər kəs ailəsinin, valideyininin, daşıdığı şəcərənin qarşısında, vətəndaş kimi dövlətinin, qanunun qarşısında, ruhani tərəfdən yanaşdıqda isə dünya, kainat qarşısında (yazılan və yazılmayan ) məsuliyyət daşıyır. İnsan oğlu mənəviyyatını qoruya bilməzsə, sadalanan məsuliyyəti dərk etməzsə, təəssübkeşlik hissindən uzaq düşərsə qadına qarşı zorakılığa, şiddətə necə son qoyular?
...Zərurətdəndir ki, 1991-ci ildən bəri hər il “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” adı altında qlobal kampaniya həyata keçirilir. Qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran bu kampaniya hər il eyni vaxtda 25 noyabr - 10 dekabr tarixlərində qadına qarşı zorakılığı dünyanın diqqətində saxlayır. Ötən illər ərzində kampaniyaya 187 ölkədən 6 mindən çox dövlət və qeyri-dövlət qurumları qoşulub. Bu, dünyanın sivil, aydın vətəndaş cəmiyyətinin çalışması, cəhdi, istəyi, tələbidir. Bəli bu, vətəndaş cəmiyyətinin qadınlara zorakılıq kimi qorxunc problemin həlli yolunda daxili və xarici dünyamıza töhfə vermək uğrunda mücadiləsidir. Artıq illərdir ki, Azərbaycan da dünyanın bir parçası olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib. Hər il eyni tarixdə “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında bütün ölkə ərazisində tədbirlərin keçirilməsi, mövzu ilə bağlı xüsusilə böyüyən gənc nəslin maarifləndirilməsi təqdirəlayiqdir.
Mətanət Ağamirli
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına bax
Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39

Dünya
09 Sentyabr 23:34

Xəbər lenti
09 Sentyabr 23:16

Siyasət
09 Sentyabr 22:41

Siyasət
09 Sentyabr 22:28

Siyasət
09 Sentyabr 22:10

Dünya
09 Sentyabr 21:59

Sosial
09 Sentyabr 21:25

Xəbər lenti
09 Sentyabr 21:07

Sosial
09 Sentyabr 20:42

Dünya
09 Sentyabr 20:26

İdman
09 Sentyabr 20:17

Dünya
09 Sentyabr 19:48

Dünya
09 Sentyabr 19:32

Dünya
09 Sentyabr 19:15

İqtisadiyyat
09 Sentyabr 18:33

İdman
09 Sentyabr 17:32

Dünya
09 Sentyabr 16:21

Siyasət
09 Sentyabr 16:04
