Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20.01.2025 [12:05]

Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra xarici ölkələrdə şəhidlərin xatirəsi yad edilir, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31