Balığı qatıqla, yemişi balla...
23.01.2025 [08:51]
Zəhərlənməmək üçün nə etməli?
Qida zəhərlənmələri bütün fəsillərdə rast gəlinən problemlərdən biridir. Məlumdur ki, payız-qış fəslində qida rasionunda bəzi dəyişikliklər baş verir. Xüsusilə havalar soyuyanda balıq, göbələk və konservləşdirilmiş məhsulların istifadəsi önə keçir. Belə olan halda zəhərlənmə halları da təbii olaraq artır.
Meyvə-tərəvəz yığılmamışdan bir-iki gün əvvəl dərmandan istifadə olunarsa və dərmanlamadan sonra yağış yağmayıbsa, həmçinin məhsullar təmiz yuyulmayıbsa, zəhərlənmə baş verə bilər. Qida məhsullarının düzgün şəraitdə saxlanılmaması da zəhərlənmələrə yol açır.
İlkin yardım
Həkim-terapevt Şahvələd Məmmədov qida zəhərlənmələri zamanı diqqət edilməsi vacib olar məqamlarla bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Onun sözlərinə görə, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur: “Məsələn, səhər hansısa süd məhsulu ilə qidalanan şəxs zəhərləndikdə özündə prodromal dövr yaşaya bilər. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur. İlk növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması həyata keçirilsin, bağırsaqtəmizləyici imalə edilsin. Bu mümkün olmasa, hər 10 kiloqram bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır”.
Nələri birgə yemək olmaz?
Terapevtin sözlərinə görə, elə qidalar var ki, onları birgə qəbul etmək problemlər yaradır: “Yemək çeşidinin müxtəlif olması, eyni vaxtda rəngarəng qidaların qəbulu ən azı mədə-bağırsaq pozulmaları, köp, qəbizlik yaradır. Qatıqla birlikdə balıq yemək olmaz. Bunları birlikdə yemək ağır xəstəliyə səbəb ola bilər. Yemişlə birlikdə bal yemək də çox ağır zəhərlənməyə şərait yaradır. Bundan başqa, qatıqla sirkə birlikdə yeməklərə istifadə olunanda zəhərlənmə yaratması mümkündür.
Südlə təzə pendir, südlə balıq, südlə qatıq da birlikdə yeyiləndə mədə-bağırsaq pozulmaları yaradır. Satışda sarı rəngdə, yağlı göbələklər olur, dadlı da olsa, qaynatmadan qovrulması zəhərlənmə yarada bilər. Üzəri gümüşü, falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yemək olmaz. Müəyyən edilib ki, bu, çox güclü bir kanserogendir, yəni xərçəng əmələ gəlməsinə səbəb olur. Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, əl yandırmayan hala gəldikdən sonra bükmək olar.
Süd, ayran və bananın birlikdə yeyilməsi mədə-bağırsaq pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, çalışmaq lazımdır ki, yemək bir çeşiddən ibarət olsun, yemək çeşidləri artdıqca problemlər də artacaq”.
Düzgün qablaşdırma vacibdir
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır. Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər.
Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı var ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sistemi funksiyasının zəifləməsi, hormonal pozğunluq və zəhərlənmə riski var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

