Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub

“Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub

22.02.2025 [18:52]

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar ayı ərzində 2,9 min müraciət olub, 127 nəfər proqrama cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.

Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.

Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və digər işlərdə kömək göstərirlər.

Könüllülük fəaliyyəti, eyni zamanda, onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31