Çanaqqala dəniz zəfəri
18.03.2025 [08:30]
Bu gün Çanaqqala şəhidlərinin anım günüdür. Qeyd edək ki, 110 il bundan öncə, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə Antanta dövlətlərinin hərbi birləşmələri (Britaniya və Fransa) ilə Osmanlı ordusu arasında tarixin ən dəhşətli döyüşləri baş verib. Həmin vaxtı Britaniya və Fransa orduları həm dənizdən, həm də qurudan Osmanlı ordusunun mövqelərinə intensiv hücumlar həyata keçirirdilər. On ay davam edən döyüşlərdə 45 min 974 türk əsgəri şəhid olub, 174 min 634 nəfər isə yaralanıb. Çanaqqala döyüşündəki döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Hər il Türkiyədə, eləcə də Azərbaycanda Çanaqqala şəhidlərinin anım günü qeyd olunur, müxtəlif mərasimlər təşkil edilir və onların ruhlarına dualar oxunur.
Döyüş necə başlayıb?
Tarixi məlumatlara görə, 19 fevral 1915-ci ildə, güclü fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqalaya ilk hücum həyata keçirdilər. Admiral Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə cəhd edirdi. Ancaq Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları müttəfiqlərin gəmilərinin boğazı keçməsinə imkan vermədi. Bu minaların partlaması nəticəsində ingilis və fransızların üç döyüş gəmisi məhv oldu, bir neçə gəmiyə isə ciddi ziyan dəydi. İngilis və fransız donanmasının öz istəyinə nail ola bilməməsi və ağır itkilərə məruz qalması onlarda çox ciddi təşviş yaratdı. Bu səbəbdən martın 18-də müttəfiqlərin gəmiləri qurudakı Osmanlı ordusunun mövqelərini şiddətli atəşə tutmağa başladılar. Osmanlı ordusunun Mecidiyye və Hamidiyyə istehkamları daha çox atəş altında idi. Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini anlayan müttəfiqlər Seddülbahir və Arıburnu cəbhəsi istiqamətindən quruya qoşun çıxardılar. Amma Osmanlı əsgərlərinin ciddi müqaviməti ilə üzləşib geri çəkilmək məcburiyyətində qaldılar.
Çanaqqalanın strateji əhəmiyyəti
Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün əhəmiyyətli hesab olunurdu. Həm Britaniyanın, həm də Fransanın məqsədi boğazları ələ keçirməklə Almaniya ilə Osmanlını bir-birindən təcrid etmək və İstanbulu zəbt etməklə Osmanlının Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. Eyni zamanda Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq da əsas hədəflərdən biri idi. Həmin dövrdə məhdud əlverişli çıxış imkanlarına malik olan Rusiya Britaniya və Fransanın dəstəyinə ehtiyac duyurdu. London və Paris bu dəstəyi təmin etmək üçün dörd strateji yolu nəzərdən keçirirdi. Həmin zaman şimal nəqliyyat xətlərindən ikisinin keçilməz, Şimal dənizinin çox böyük hissəsində suların donmuş vəziyyətdə, Baltik dənizinin alman donanmasının nəzarəti altında olduğundan müttəfiqlərin diqqəti İstanbul boğazlarına yönəlmişdi. Avropalılar düşünürdülər ki, onlar Osmanlını asanlıqla məğlub edib boğazları ələ keçirəcəklər, qələbə çalacaqları təqdirdə isə Osmanlının ərazisi olan bütün Yaxın Şərqə nəzarət edəcəklər. Amma Osmanlı ordusunun qətiyyətli və rəşadətli müqaviməti nəticəsində müttəfiqlər ağır məğlubiyyətə uğradılar, onların bütün hədəfləri puç oldu və öz məqsədlərinə nail ola bilmədilər.
Çanaqqalanın Azərbaycan şəhidləri
Çanaqqala cəbhəsində verilən mücadiləyə Türk dünyasının hər yerindən minlərlə insan dəstək vermişdi. Qardaşlıq ənənəsinə sadiq qalan Azərbaycan türkləri könüllü olaraq Çanaqqala döyüşünə qatılaraq Osmanlı əsgərləri ilə çiyin-çiyinə düşmən qüvvələrinə qarşı, vuruşmuşdular. Tarixi faktlara görə, 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid olmuşdur.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 Yanvar 17:30
Hadisə
17 Yanvar 16:51
Xəbər lenti
17 Yanvar 16:19
Dünya
17 Yanvar 15:32
Dünya
17 Yanvar 14:51
Sosial
17 Yanvar 14:20
Dünya
17 Yanvar 13:42
Gündəm
17 Yanvar 13:16
Gündəm
17 Yanvar 12:49
Siyasət
17 Yanvar 12:30
Sosial
17 Yanvar 12:11
Siyasət
17 Yanvar 11:45
İqtisadiyyat
17 Yanvar 11:39
Siyasət
17 Yanvar 11:13
Analitik
17 Yanvar 10:57
Analitik
17 Yanvar 10:35
Analitik
17 Yanvar 10:19
Sosial
17 Yanvar 09:52
Dünya
17 Yanvar 09:15
Ədəbiyyat
17 Yanvar 08:54
Ədəbiyyat
17 Yanvar 08:30
Dünya
17 Yanvar 07:59
Mədəniyyət
17 Yanvar 07:35
Dünya
16 Yanvar 23:17
Dünya
16 Yanvar 22:43
YAP xəbərləri
16 Yanvar 22:36
Dünya
16 Yanvar 22:28
Dünya
16 Yanvar 22:15
Dünya
16 Yanvar 21:47
YAP xəbərləri
16 Yanvar 21:40
Dünya
16 Yanvar 21:20
Hadisə
16 Yanvar 20:58
İqtisadiyyat
16 Yanvar 20:45
Dünya
16 Yanvar 20:26
Dünya
16 Yanvar 19:45
Dünya
16 Yanvar 19:18
Dünya
16 Yanvar 18:25
Hadisə
16 Yanvar 18:14
Analitik
16 Yanvar 17:33
Sosial
16 Yanvar 17:27
Sosial
16 Yanvar 17:25
Sosial
16 Yanvar 17:24
Sosial
16 Yanvar 17:23
Siyasət
16 Yanvar 17:23
YAP xəbərləri
16 Yanvar 16:31
Siyasət
16 Yanvar 16:07
Siyasət
16 Yanvar 15:34
Siyasət
16 Yanvar 15:32
Siyasət
16 Yanvar 15:32
Siyasət
16 Yanvar 15:31
Siyasət
16 Yanvar 15:27
YAP xəbərləri
16 Yanvar 15:25
Sosial
16 Yanvar 15:08
Sosial
16 Yanvar 15:07
Xəbər lenti
16 Yanvar 14:57
İdman
16 Yanvar 14:32
YAP xəbərləri
16 Yanvar 14:22
YAP xəbərləri
16 Yanvar 13:27
YAP xəbərləri
16 Yanvar 13:24
Dünya
16 Yanvar 12:51
Sosial
16 Yanvar 12:45
Dünya
16 Yanvar 12:27
YAP xəbərləri
16 Yanvar 12:23
Sosial
16 Yanvar 12:15
İqtisadiyyat
16 Yanvar 12:13
İqtisadiyyat
16 Yanvar 12:12
Hadisə
16 Yanvar 12:11
Sosial
16 Yanvar 11:48
Mədəniyyət
16 Yanvar 11:30
İqtisadiyyat
16 Yanvar 11:15

