Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xocalıda Novruz konserti keçirilib

Xocalıda Novruz konserti keçirilib

21.03.2025 [09:49]

İşğaldan azad edilən Xocalıda Novruz bayramı böyük sevinclə qeyd edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin mərkəzində keçirilən mərasimdə çıxış edənlər xocalılıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildiriblər.

Bayram şənliyində tonqal qalanıb, xocalılılar tonqal ətrafında rəqs ediblər. Bayram şənliyi Xocalı sakinlərində xoş ovqat yaradıb. Onlar uzun illərdən sonra baharın gəlişini öz doğma elində, evində keçirdiklərinə görə sevincli olduqlarını dilə gətiriblər.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30