Sumqayıtın ilk rekordçu abituriyenti
27.07.2013 [13:23]
Flora Qafarova: Arzum 700 balı toplamaq idi
Məlum olduğu kimi, iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib və abituriyentlər arasında 4 gənc öz arzularına maksimal nəticə-700 bal qazanmaqla çatıblar. Həmin abituriyentlərdən biri də Flora Qafarovadır.
Qafarova Flora Eldar qızı 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirən F.Qafarovanın belə bir uğura imza atmasında oxuduğu təhsil müəssisəsinin böyük rolu olub. Belə ki, bu təhsil ocağı hər zaman yüksək səviyyəli təhsil metodikası ilə seçilir. 700 bal toplayaraq maksimal nəticəyə imza atan Flora da bizimlə söhbətində oxuduğu məktəbdə təhsilə yüksək diqqət verildiyini deyib.
“Özümə əmin idim”
İlk olaraq qeyd etmək lazımdır ki, Flora Qafarova hələ uşaq yaşlarından yaşıdlarından seçilib. Dərsə can yandırması, müəllimlərin verdiyi tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməsi Floranı hər zaman müəllimlərinin sevimlisi edib. “Məktəbdə hər zaman seçilmişəm. Ona görə hazırlaşanda narahatlıq yaşamadım”, - deyən Flora Qafarova bildirir ki, fənn olimpiadalarında da yer tutub. Gənc tələbə Azərbaycan dili fənni üzrə keçirilən olimpiadada, həmçinin, Vergilər Nazirliyinin olimpiadasında yer tutub. Təbii ki, attestatı Floranın yüksək savadını və istedadının sübutu olan “beş” qiymətləri bəzəyr...
Maksimal nəticə göstərdiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb
Flora Qafarova iki il “Araz” kurslarında hazırlığa gedib. İmtahan zamanı heç bir həyəcanının olmadığını və özünü tam ələ alaraq imtahana diqqət kəsildiyini söyləyən qəhrəmanımız maksimal nəticə göstərdiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb: “Arzum 700 balı toplamaq idi, özümə də əmin idim və nəticəni əldə etdim”.
Gözəl xəbəri onun sevincinə şərik olan və bu sevincdə payı olan insanlarla birgə qarşılayıb. Elə onu ilk təbrik edən də müəllimləri olub. Həddən artıq sevincli olduğunu söyləyən F.Qafarova bildirib ki, bu uğur gözlənilməz olmadı: “İmtahana Sumqayıt şəhərindəki “Araz” kurslarında hazırlaşmışam və həmin müddətdə sınaq imtahamlarında iştirak zamanı göstərdiyim nəticələr tədricən yüksəlirdi. Elə bu yüksəliş mənə hansısa yüksək bir göstəriciyə nail olacağım əminliyini yaradırdı”.
“Sumqayıt şəhərindən olan bir abituriyentin 700 bal toplaması ilk dəfədir ki baş verir”
Təbii ki, Floranın ailəsi də çox sevinir. Flora deyir ki, valideynləri hər zaman ona dəstək olublar: “Onlar istəyirdilər ki, yüksək nəticə əldə edim və bu səbəbdən də hər bir işimdə kömək olublar”.
Valideynləri qızlarının bu böyük uğura imza atması ilə fəxr edirlər. Bildiriblər ki, bu, onlar üçün çox qürurvericidir. Çünki Sumqayıt şəhərindən olan bir abituriyentin 700 bal toplaması ilk dəfədir ki baş verir.
Flora, eyni zamanda, orta məktəbdə bütün fənləri yaxşı oxuduğunu, ən çox isə riyaziyyat fənnini sevdiyini deyib: “Ən çox xoşladığım fənlərdən biri riyaziyyatdır. Doğrudur, üçüncü qrupda riyaziyyat əsas fənn hesab olunmur, lakin mən bu fənni çox xoşlayıram. Tarix və ədəbiyyat fənlərini də xoşlayıram. Məktəbi bitirərkən bütün qiymətlərim əla olub”.
“İngilis dilinə böyük marağım olduğu üçün bu dili mükəmməl öyrənmək istəyirəm”
Amma artıq hər şey arxada qalıb və Flora öz ixtisasını seçərək ali təhsilini davam etdirməlidir. Tərcüməçi olmaq istəyən F.Qafarova deyib ki, ingilis dilinə böyük həvəsi var: “İngilis dilinə böyük marağım olduğu üçün bu dili mükəmməl öyrənmək istəyirəm. III ixtisas qrupunda elə sahələr var ki, mənə həmin ixtisasları seçməyimi məsləhət görürlər, amma o sahələri özümə uyğun hesab saymıram”
“Arzu etdiyim ixtisasa yiyələndikdən sonra ölkəmdə qalıb işləyəcəm, dövlətimə xidmət göstərəcəyəm”
Onu da deyək ki, Flora Qafarovlar ailəsinin ilk övladıdır. Floranın kiçik qardaşı bu il 8-ci sinfə gedəcək. Gənc tələbə gələcəkdə qardaşının da uğur qazanması üçün ona ilk növbədə, dərslərini yaxşı oxumağı məsləhət görür: “Çünki məktəbdə gündəlik dərslərində qazandığı biliklər ona gələcəkdə ali məktəbə hazırlaşarkən çox böyük köməyi olacaq. Məsləhət görürəm ki, dərslərinə hər zaman hazırlıqlı olsun”.
Flora ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən də razılıq edib. Bildirib ki, dövlətimiz gəncərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Floranın oxuduğu məktəb də kompüterlə təchiz olunub və orada gələcəyin tələbələri yeni informasiya texnologiyalarından istifadə edərək biliklərə yiyələnirlər: “Məktəbimiz kompüterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur. Yüksək ixtisaslı, peşəkar müəllimlər mənə dərs deyib, öz müəllimlərimdən hər zaman razı olmuşam”.
O ki, qaldı gələcəyə, Flora hələ geniş planlar qurmayıb. Hətta təhsilini nə vaxtsa xaricdə davam etdirmək perspektivi haqda da fikirləşməyib: “Bəlkə də gələcəkdə xaricdə təhsil almaq qərarına gələ bilərəm, amma indi bu barədə düşünmürəm. Yəqin ki, arzu etdiyim ixtisasa yiyələndikdən sonra ölkəmdə qalıb işləyəcəm, dövlətimə xidmət göstərəcəyəm. İndi isə qazandığım nailiyyətə görə həm oxuduğum məktəbdə, həm də getdiyim hazırlıq kursunda mənə dərs demiş müəllimlərimə öz təşəkkürümü bildirirəm. Çünki onlar olmasa idi, yəqin belə böyük uğur əldə edə bilməzdim”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

