Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah hava əsasən yağmursuz olacaq

Sabah hava əsasən yağmursuz olacaq

08.05.2025 [12:47]

Mayın 9-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 25° isti olacaq.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Analitik

Dünya

İkinci tura qaldı...

20 May 08:41  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31