Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb

10.06.2025 [17:01]

Lənkəranda baş verən qəzada 3-ü yeniyetmə olmaqla, 5 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü K.Xudaverdiyeva, 1984-cü il təvəllüdlü K.Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 372 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31