Payızın ilk “sürprizləri”...
19.09.2025 [08:32]
Orqanizmi xəstəliklərdən necə qoruyaq?
Havanın temperaturu aşağı düşdükcə infeksion xəstəliklərin yayılma riski də artır. Qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, havanın rütubətli və soyuq olması, immun sisteminin zəifləməsi mövsümi xəstəliklərin yayılmasını sürətləndirir. Buna görə də həm fərdi, həm də ictimai sağlamlıq baxımından qoruyucu tədbirlərin vaxtında görülməsi xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə, sümük ağrıları, burun axması və boğaz ağrısı bu dövrdə ən çox rast gəlinən şikayətlər sırasındadır. Mütəxəssislər qeyd edir ki, bunun əsas səbəbi bədəndəki qan dövranının zəifləməsidir. Belə ki, hava temperaturunun aşağı düşməsi zamanı oynaqlara daha az oksigen və qidalandırıcı maddə gedir, nəticədə sərtlik və ağrı yaranır. Soyuq hava həm də əzələ toxumalarını gərginləşdirir. Bu da sümüklərin hərəkətini çətinləşdirir və narahatlıq doğurur.
Necə qorunaq?
Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim-terapevt Günel Əliyeva bildirib ki, belə havalarda ən mühüm amillərdən biri immun sisteminin güclü saxlanmasıdır: “Balanslı və vitaminlərlə zəngin qidalanma burada əsas rol oynayır. C vitamini ilə zəngin sitrus meyvələri, göyərti və tərəvəzlər, sink tərkibli qidalar, balıq və yumurta kimi D vitamini mənbələri qış aylarında daha çox istifadə olunmalıdır. Qidalanma ilə yanaşı maye balansı da nəzərə alınmalıdır. Soyuq havada insanlarda susuzluq hissi azaldığı üçün kifayət qədər su içmirlər, halbuki orqanizmin nizamlı işləməsi üçün gündəlik maye qəbulu vacibdir”.
Yuxu rejimi müdafiə mexanizmlərinin bərpasında vacibdir
Həkim qeyd edib ki, fiziki aktivlik soyuq aylarda azalsa da, tamamilə passiv həyat tərzi orqanizmin müqavimətini zəiflədir: “Gün ərzində ən azı qısa gəzintilər, evdə edilən sadə idman hərəkətləri qan dövranını gücləndirir və immun sistemini aktiv saxlayır. Bununla yanaşı, yetərli yuxu rejimi də müdafiə mexanizmlərinin bərpasında əvəzsizdir. Gündəlik 7-8 saatlıq yuxu orqanizmin infeksiyalara qarşı müqavimətini artırır”.
Psixoloji durum da sağlamlıqla əlaqəlidir
G.Əliyevanın sözlərinə görə, gigiyena qaydalarına əməl etmək soyuq havalarda mövsümi xəstəliklərdən qorunmağın əsas üsullarındandır: “Əllərin tez-tez yuyulması, dezinfeksiya vasitələrindən istifadə edilməsi, insanların sıx toplandığı yerlərdə tibbi maska taxmaq virusların yayılma riskini azaldır. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün bu tədbirlər daha vacibdir. Soyuq havada geyim seçimi də sağlamlığa birbaşa təsir göstərir. Orqanizmin temperaturu aşağı düşdükdə immun sisteminin fəaliyyətində zəifləmə baş verir. Bu səbəbdən düzgün geyim seçmək soyuqdan qorunma və xəstəlik riskini minimuma endirir. Psixoloji vəziyyətin də sağlamlıqla sıx bağlı olduğu unudulmamalıdır. Soyuq havalarda gün işığının azalması nəticəsində insanların əhvalında enişlər müşahidə olunur ki, bu da immunitetə təsir edir. Stressin azaldılması, sosial aktivliyin qorunması və hobbilərə vaxt ayırmaq psixoloji balansı saxlamağa kömək edir.
Soyuq havalarda sağlam qalmaq üçün bu sadə, lakin effektiv vərdişlərin gündəlik həyata daxil edilməsi vacibdir. Qidalanma, yuxu, fiziki aktivlik, gigiyena və psixoloji balansın birlikdə qorunması həm fərdi sağlamlığı möhkəmləndirir, həm də ümumi səhiyyə sisteminə düşən yükü azaldır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

