BDYPİ qadın sürücülərə çağırış edib
23.09.2025 [15:31]
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub və 159 nəfər xəsarət alıb.
Sükan arxasında əyləşən qadın sürücülərə ünvanlanmış çağırış onlara diqqətli və məsuliyyətli olmaq missiyasını xatırladır: “Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır. Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir: “Bu hərəkətlər hara aparır: insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya?”.
Çağırışda, həmçinin diqqətə çatdırılır ki, ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir:”Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur”.
BDYPİ bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır. “Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür”- deyə çağırışda bildirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

