Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir

27.01.2026 [08:30]

Allaha şükür olsun ki, torpaqlarımız azaddır. Bu qələbədə əziyyəti olan hər kəsin haqqı ölçüyəgəlməzdir. Bu gün ailəmlə birlikdə doğma yurduma qayıdıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib.

Ə. Hüseynov bildirib ki, doğma yurdundan məcburi köçkün düşəndə 36 yaşı var idi: "Bu gün 69 yaşımda geri dönürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların fədakarlığı sayəsində bu gün vətən torpağında addımlayırıq".

O əlavə edib ki, uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir, həm də kövrəldir. Elə anlar var ki, sözlə ifadə etmək olmur.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31