Reytinq arxasında itən dəyərlərimiz...
28.02.2026 [09:32]
Problem həllini tapacaq?
Televiziya məkanı hər zaman diqqət mərkəzində olub. Etiraf edək ki, bu gün yayımlanan bəzi verilişlər, şou proqramlar əyləncə məqsədini itirərək, mənəvi-əxlaqi dəyərlərimizi arxa plana atmaqdadır. Bu proqramlar bir tərəfdən diqqət çəkir, reytinqləri artırır, digər tərəfdən sosial davranış modellərinə, hətta ailə dəyərlərimizə zərbə vurur.
Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları və bu proqramlara dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.
Efirdə baş verənlər yeni hadisələr deyil...
Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli son zamanlar televiziyalardakı neqativ hallarla bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Professor söyləyib ki, efirdə baş verənlər yeni deyil: “Televiziyalar üçün məqsəd yalnız pul qazanmaq, sponsor cəlb etmək və ucuz vasitələrlə reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq. Bu gün efirdə baş verənlər yeni hadisələr deyil. Sadəcə olaraq, efirdə baş verənlərin kəm-kəsirlərinin uzantısı sosial şəbəkələrdə yayılır. Belə olan halda daha çox insan televiziya aparıcıların problemlərindən xəbərdar olur. Zaman etibarilə son illərdə Milli Məclisdən tutmuş adi auditoriyalarda televiziyadakı nöqsanlar tənqid olunub. Xüsusən, şou proqramların vəziyyəti, aparıcıların həddindən artıq sərbəst davranması, etik çərçivələri aşması, verilişə gələn qonaqları təhqir etməsi, tamaşaçıların rəyinə hörmətsiz yanaşmaları barədə çox danışılıb. Hazırda bu məsələyə bir az daha çox diqqət yetirilir”.
Yaxşı verilişlərimiz də var
Professor qeyd edib ki, televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil: “Problemlər televiziyalarda kifayət qədər çoxdur. Lakin televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil. Yaxşı telekanallarımız, yaxşı verilişlərimiz, yaxşı aparıcılarımız da var. Amma söhbət hazırda tamaşaçı narazılığına səbəb olan veriliş seqmentindən - əyləncəli musiqili şou proqramlardan gedir. Bu proqramların bəzi aparıcıları tamaşaçıların zövqünü təmin etmir, etik normaları pozur”.
Əsas məsuliyyət TV rəhbərlərinindir
Q. Məhərrəmli vurğulayıb ki, məqsəd tamaşaçıya yaxşı veriliş təqdim etməkdirsə, belə problemlər həll olunacaq: “Televiziya kanalları bu problemləri həll etmək gücündədir. Əgər məqsəd tamaşaçıya keyfiyyətli veriliş təqdim etməkdirsə, bunu etmək mümkündür. Yox, əgər məqsəd yalnız pul və reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq.
TV-lər bir növ cəmiyyətin güzgüsü hesab olunur. Ekran insanlara zövq verməli olan, onların dünyagörüşünə təsir edən bir məkandır. Bu mənada TV-lərin maarifçiliyi, sosial-pedoqoji və inteqrativ funksiyası ona yönəlməlidir ki, insanlar TV-lərdən nəyi isə əxz etsinlər. Əksi olduqda isə çox pozucu və mənfi təsir bağışlayır, beləliklə, TV-də göstərilən neqativlər daha da geniş tirajlanır. Bu məsələlərdə əsas məsuliyyət ilk növbədə TV rəhbərlərinin üzərindədir. Onlar efirə kimlərin dəvət olunmasına, mövzu seçiminə diqqət yetirməlidirlər, davamlı nöqsanlara yol verənlər barəsində isə müəyyən tədbirlər görməlidirlər. Belə tədbirlər görülmədikdə, TV məkanlardakı nöqsanlar daha geniş yayılmağa başlayır. Ona görə də günahı ilk növbədə TV-lərin rəhbər şəxslərində görürəm. Düşünürəm ki, peşəkarlıq çox vacib məsələdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

