Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

03.03.2026 [18:24]

Milli Hidrometeorologiya Xidməti martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31