Daha 82 ailə...
18.03.2026 [08:32]
Novruzu doğma yurdda qarşılayacaqlar
Bu gün xalqımızın həyatında ən mühüm və qürurverici proseslərdən biri işğaldan azad edilmiş ərazilərə qayıdışdır. Bu qayıdış sadəcə köç deyil, tarixə yazılan yeni bir mərhələdir. Demək olar ki, hər gün azad olunmuş torpaqlarımıza köç karvanı yola salınır. Bu karvanlar illərlə torpaq həsrətində olan insanların arzularını daşıyır. Hər avtobusun pəncərəsindən baxan gözlərdə eyni sual, eyni ümid var: “Görəsən, kəndim məni necə qarşılayacaq?”.
Bir gündə 3 ünvan...
Dünən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Fərqli istiqamətlərdə aparılan hərbi əməliyyatlar
Məlumdur ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi idi. Müharibə nəticəsində uzun illər işğal altında qalan bir sıra ərazilər, o cümlədən Ağdərə, Xocavənd və Cəbrayıl rayonları azad edildi. Hər üç rayonun azad olunması fərqli istiqamətlərdə aparılan hərbi əməliyyatlar nəticəsində mümkün olub.
Cəbrayıl rayonu müharibənin ilk günlərindən etibarən əsas hücum istiqamətlərindən biri idi. Azərbaycan Ordusu cənub cəbhəsində sürətli və planlı əməliyyatlar həyata keçirərək düşmənin müdafiə xəttini yardı. Nəticədə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun böyük hissəsi azad olundu. Bu uğur Azərbaycan Ordusuna strateji üstünlük qazandırdı və digər istiqamətlərdə hücumların genişlənməsinə şərait yaratdı.
Xocavənd rayonu uğrunda döyüşlər daha mürəkkəb və uzunmüddətli idi. Bu istiqamətdə əsas hədəf Hadrut qəsəbəsi və ətraf yüksəkliklər idi. Şiddətli döyüşlərdən sonra 9 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi azad edildi. Bunun ardınca rayonun digər kəndləri də mərhələli şəkildə nəzarət altına alındı. Xocavənd istiqamətində əldə olunan uğurlar müharibənin ümumi gedişinə ciddi təsir göstərdi.
Ağdərə istiqamətində döyüşlər isə əsasən şimal cəbhəsində aparılırdı. Bu ərazi dağlıq relyefə və möhkəmləndirilmiş müdafiə xəttinə malik idi ki, bu da əməliyyatları çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan Ordusu bu istiqamətdə də irəliləyiş əldə edərək bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Ağdərə istiqamətində tam nəzarətin təmin olunması isə müharibənin sonunda imzalanmış 10 noyabr üçtərəfli bəyanatı ilə mümkün oldu.
Ağdərənin dağları, Xocavəndin bağları, Cəbrayılın geniş düzləri uzun illər səssizliyə bürünmüşdü. Bu gün həmin torpaqlara həyat yenidən qayıdır. Bərpa olunan evlər, çəkilən yollar, qurulan infrastruktur dövlətimizin iradəsi və xalqın səbrinin rəmzidir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58

