Bakı aeroportu bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
18.03.2026 [11:24]
Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn bayram günlərində gözlənilən sərnişin artımını nəzərə alaraq 2026-cı il martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, bayram günlərində artan səyahət tələbatını qarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsiz rejimdə çalışacaq.
Uçuşların təhlükəsiz və operativ şəkildə həyata keçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyəti gücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunması məqsədilə əlavə təşkilati tədbirlər görüləcək.
Sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2–3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.
Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün “Airport Express” (H1 xətti) fəaliyyət göstərir. Marşrut “28 May” metro stansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və “Koroğlu” metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir.
Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi “drop-off / pick-up” zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

